Məhkəmə qərarları › İş №3(059)-586/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-586/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-586/2025 12.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3, onun qanuni nümayəndəsi, eləcə də, Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxx 1975-ci il tarixdə Qubadlı rayonunun İşıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində təşkilatçı vəzifəsində işləyən, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs 28 iyul 2025-ci il tarixdə, saat 11:45-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən 95-ci kilometrliyində idarə etdiyi “Nissan Tiida” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırtması nəticəsinə, sonuncu və sərnişinlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 bədən xəsarətləri almışlar və bu barədə Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinin Yol-Patrul Xidməti Alayının İ Tağımının polis baş serjantı X2 tərəfindən 22 oktyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan, Azərbaycan Respublikası DİNnin Baş X8 İdarəsinin Yol-Patrul Xidməti Alayına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Alay nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, dörd ildir avtomobil idarə edir. Bundan başqa, 28 iyul 2025-ci il tarixində idarəçiliyində olan avtomaşınla Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən 95-ci kilometrliyi ilə Quba rayonu istiqamətində hərəkətdə olarkən, özünü narahat hiss etdiyi üçün avtomobilin idarəetməsini ani olaraq itirmiş və nəticədə idarə etdiyi avtomobili aşırmışdır. Habelə, hadisə zamanı özü xəsarət almasa da, avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətləri almışlar. Bundan sonra onlar əvvəl Siyəzən rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Sumqayıt şəhərinə aparılmışlar. Hazırda, zərərçəkmiş şəxslər ilə barışmışdır. Odur ki, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, 28 iyul 2025-ci il tarixdə Şəxs idarəçiliyində olan avtomobil ilə Xaçmaz rayonun Nabran qəsəbəsinə istirahətə gedərkən, sonuncu avtomobilin idarəetməsini itirmiş və nəticədə qəza baş vermişdir. Hazırda səhhətində heç bir problem olmamaqla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun iş yoldaşıdır. Belə ki, 28 iyul 2025-ci il tarixdə Şəxs idarə etdiyi avtomobil ilə Xaçmaz rayonun Nabran qəsəbəsinə istirahətə gedərkən, sonuncu avtomobilin idarəetməsini itirmiş və nəticədə qəza baş vermişdir. Həmçinin digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 da, onunla birlikdə Şəxs idarə etdiyi avtomobildə olmuşlar. Habelə, hadisə nəticəsində yüngül bədən xəsarəti alsalar da, hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etdi. Məhkəmə, məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, işdən, o cümlədən yol-nəqliyyat hadisəsinin sxeminin surətindən görünür ki, Şəxs idarə etdiyi “Nissan Tiida” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 28 iyul 2025-ci il tarixdə, saat 11:45-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən 95-ci kilometrliyində yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİ və TBŞ tərəfindən 27 dekabr 2021-ci il tarixdə verilmiş BD seriyalı, 022311 nömrəli sürücülük vəsiqəsinin, Sumqayıt RQİ və TBŞ tərəfindən 13 oktyabr 2023-cü il tarixdə verilmiş BD seriyalı, 453721 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, X5 tərəfindən 13 oktyabr 2023-cü il tarixdə verilmiş etibarnamənin, eləcə də, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 29 iyul 2025-ci il tarixli, 4850 nömrəli aktın surətlərindən görünür ki, X3 məxsus “Nissan Tiida” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşın Elxan Şirinov tərəfindən 13 oktyabr 2023-cü il tarixdən 8 il 2 ay 14 gün müddətinə Şəxs idarəçiliyinə verilmiş, həmçinin sonuncu xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək etibarlılıq müddəti olan “B1, B, C1, C,” kateqoriyalı sürücülük hüququna malik olmaqla, avtomobilini ayıq vəziyyətdə idarə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 28 iyul 2025-ci il tarixli, 1196 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində döş qəfəsinin sağ yan səthinin qançırı, sağ V qabırğanın az yerdəyişən sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yaranmış, Liman Hospitalına müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, 28 iyul 2025-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 28 iyul 2025-ci il tarixli, 1197 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində alın nahiyəsinin qançırı, döş qəfəsinin geniş ölçülü qançırı halında əziyi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yaranmış, Liman Hospitalına müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, 28 iyul 2025-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 28 iyul 2025-ci il tarixli, 1198 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 Siyəzən rayon mərkəzi xəstəxanasına müraciət edərkən onun bədəni üzərində burnun səthi travması, baş beyin silkələnməsi, dəqiqləşdirilməmiş kəllədaxili travma xəsarətləri olmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yaranmış, Siyəzən rayon mərkəzi xəstəxanasına müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, 28 iyul 2025-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2025-ci il tarixli, 8/1833 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Nissan Tiida” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 29 sentyabr 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində CM-nin 263.1-ci maddəsinin tərkibi olduğu qənaətinə gəlinmiş, təqsirləndirilən və zərərçəkmiş şəxslər arasında barışıq əldə edildiyindən onun haqqında cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarına olan zərərçəkmiş şəxslərin hər biri tərəfindən tərtib edilmiş 12 noyabr 2025-ci il tarixli ərizələrin surətindən görünür ki, onlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmaqla bərabər sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, təqdim olunmuş sübutlar əsasında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sürücü Şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunu etməmiş, nəticədə onun təqsirli hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs2 və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 yüngül, Zərərçəkmiş şəxs1 isə az ağır bədən xəsarətləri almış, aralarında barışıq əldə olunduğu üçün barəsində cinayət işinin başlanılması rədd edilmiş, bununla da, Sevil Bəhbudbəyli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Zərərçəkmiş şəxslərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı qarşı şikayət və tələblərinin olmaması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların mövcudluğunu, zərərçəkmiş şəxslərin inzibati xəta törədən şəxsə qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar