Məhkəmə qərarları › İş №3(059)-59/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-59/2023

04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-59/2023 04.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Bəylər Ramiz oğlu Şəxs Qüdrət oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş materialda, Şəxs Qüdrət oğlunun Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətdiyi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəməyə təqdim edilmiş materialları yoxlayaraq hesab edirəm ki, müxtəlif vaxtlarda törədilmiş hər iki inzibati xətaya dair işlər eyni şəxs, yəni Şəxs Qüdrət oğluna aid olduğundan və bu işlərin baxılması Azərbaycan Respublikası İXM-nin 34.2 və 43.1-ci maddələrinə əsasən Siyəzən Rayon Məhkəməsinin səlahiyyətləri çərçivəsində həll edildiyindən həmin inzibati xətalara dair işlərə bir icraatda baxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, materiallar məhkəmədə baxılacaq dərəcədə tam toplanmışdır. Əlavə material toplanılmasına və sənəd tələb edilməsinə ehtiyac yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 420-ci maddəsinə əsasən, QƏRARA ALDİM: Şəxs Qüdrət oğlu barəsində məhkəməyə daxil olmuş inzibati iş məhkəmə baxışına hazırlanmış hesab edilsin. 3(059)-58/2023 və 3(059)-59/2023 nömrəli inzibati xəta materiallar birləşdirilərək 3(059)-58/2023 nömrə altında baxılsın. İnzibati xəta materiala baxılması 19 aprel 2023-cü il tarixə, saat 16:20-ə Siyəzən Rayon Məhkəməsinin binasında (ünvan:ünvan 2v

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar