Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-6/2021 26.01.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi ilə xx xxxxxx 1964-cü il tarixdə keçmiş Jdanov rayonu, Əhmədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olan, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, xx xxxx 2020-ci il tarixdə, saat 17:35 radələrində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 115-ci kilometrliyində Şəxs idarə etdiyi "HOWO” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Ford Expedition” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil yolun Quba rayonu istiqamətindəki hərəkət hissəsi üzərində toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 bədən xəsarəti almışdır. Sonuncu dəfə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, zərərçəkmiş və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxslər və inzibati xəta haqqında protokolu tərtib edən şəxs məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Bununla belə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq əvvəlki məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, işdə olan xx xxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar DİN-in BDYPİ-nin Yol-Patrul Xidməti Alayına göndərilmişdir. Həmçinin, qərardan görünür ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin İİİ bəndinin tələblərini pozmaqla, yol nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli, 352 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ diz nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi aşkar edilmişdir. Həmin xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin X3 müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, xx xxxx 2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə yəni yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli, 353 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində QKBT.Baş beyin silkələnməsi, sağ qulaq seyvanının yarası, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Bakı şəhər X4 müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, xx xxxx 2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 8/1386 nömrəli rəyindən görünür ki, iş materiallarında olan fotoşəkillərə görə nəqliyyat vasitələri üzərində olan əzikləri, onların xarakterini və deformasiyaların istiqamətlərini tam müəyyən etmək mümkün olmadığından fotoşəkillərə əsasən ekspertiza yolu ilə ilkin kontakt anında avtomobillərin bir-birinə nəzərən qarşılıqlı vəziyyətlərini, yəni toqquşma bucağını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, ekspert rəyindən görünür ki, Howo markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobilin ekspertizaya təqdim olunmuş arxa sol təkərlərinin pokrışkaları üzərində partlama xarakterli zədələr yoxdur, pokrışkaların üzərində olan zədələr kəsilmə xarakterlidir və həmin zədələr toqquşma zamanı yaranmağa xarakterikdir. Eyni zamanda, rəydən görünür ki, Howo markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa, hərəkət üçün təhlükə yaranan anda Howo markalı avtomobilin arxa hissəsi ilə Ford Expedition markalı avtomobilin qabaq hissəsi arasındakı məsafənin 8,2-14,1-21 metrdən kiçik olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində Ford Expedition markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 200 manat təşkil edir. Həmçinin, işdə olan sənədlərdən, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxslərin ibtidai araşdırma zamanı verdikləri izahatlardan hərəkət üçün təhlükə yaranan anda Howo markalı avtomobilin arxa hissəsi ilə Ford Expedition markalı avtomobilin qabaq hissəsi arasındakı məsafənin 8,2-14,1-21 metrdən kiçik olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, təqdim olunmuş sübutlar əsasında, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 17:35 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 115-ci kilometrliyində idarə etdiyi "HOWO” markalı ** JT *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Ford Expedition” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun Quba rayonu istiqamətindəki hərəkət hissəsi üzərində toqquşması, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül bədən xəsarətləri yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məhkəmə xərci Şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. 2) Şəxs məhkəmə məsrəfi hesab olunan 200 (iki yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. 3) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-6/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-6/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver