Məhkəmə qərarları › İş №3(059)-607/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-607/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-607/2025 31.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızı, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X1 iştirakları ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Dəvəçi rayonunun Ağbaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şabran rayonunun Ağbaş kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1, 333.2, 342.1.1 və 342.5-ci maddələri ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİM: Şəxs 30 oktyabr 2025-ci il tarixdə, saat 22:15 radələrində “Vaz 2106” markalı, **- BU-*** dövlət qeydiyyatlı nişanlı avtomobil ilə Siyəzən şəhərinin H.Əliyev küçəsi ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, eləcə də xarici işıq cihazları nasaz olan nəqliyyat vasitəsini istismar etmə qaydalarını pozduğuna görə saxlanılmış, bu zaman onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 16 sentyabr 2025-ci il tarixdə inzibati tənbeh olunmasına baxmayaraq, inzibati tənbeh edilməsinə dair qərar qüvvəyə mindiyi gündən bir il ərzində avtomobili təkrar sərxoş vəziyyətdə idarə etdiyi, nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə idarə etməyə cəhd etdiyi müəyyən olunmuş və barəsində Siyəzən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X3 tərəfindən 31 oktyabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X3 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 31 oktyabr 2025-ci il tarixdə, saat təxminən 23:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində xidmətdə olarkən “Vaz 2106” markalı, **-BU-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin arxa stoplarının nasaz olduğunu görüb, həmin nəqliyyat vasitəsinə saxla işarəsi vermişlər. Həmçinin, DİN-nin 102 xidmətinə zəng etmiş şəxs **-BU-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin təhlükəli sürülməsi və qəza şəraiti yaratması barədə məlumat vermişdir. Beləliklə, **-BU-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin sürücü saxla işarəsinə məhəl verməyərək, idarə etdiyi avtomobili “məhkəmənin işıqforundan” sola idarə etmiş, habelə onlarda onun ardınca getmişlər. Bundan sonra, sözügedən avtomobilin sürücüsü Şəxs avtomobili saxlayarkən onun bir il ərzində avtomobili təkrar sərxoş vəziyyətdə idarə etdiyi müəyyən etmişlər. Beləliklə, sürücüdən avtomobildən enməsi tələb edilsə də, sonuncu bundan və avtomobilin açarlarını avtomobili duracağa yerləşdirmək məqsədi ilə təqdim etməkdən imtina etməklə bərabər hadisə yerindən yayınmağa çalışmışdır. Daha sonra, PPXB-nun əməkdaşları efir vasitəsi ilə hadisə yerinə çağırılmış və beləliklə, sürücü Şəxs rayon Polis Şöbəsinə aparılmış, habelə avtomobili dayanacağa yerləşdirilməklə, sürücünün izahatı alındıqdan sonra sərbəst buraxılmışdır. Eyni zamanda, həmin vaxt avtomobildə digər şəxslər o cümlədən azyaşlı uşaqda olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 333.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 30 oktyabr 2025-ci il tarixdə həmkəndlisi olan Elməddinlə birgə spirtli içki olan pivə qəbul edərkən, sonuncuya anasının təcilli tibbi yardım avtomobili vasitəsi ilə xəstəxanaya aparılması barədə məlumat verilmişdir. Bundan sonra, onlar onun idarəçiliyində “Vaz 2106” markalı, **-BU-*** dövlət qeydiyyatlı nişanlı avtomobil ilə Siyəzən rayon Mərkəzi Xəstəxanasına gedərək, Elməddin anasını oradan götürüb, yaşadıqları Şabran rayonunun Ağbaş kəndində qayıdarkən Siyəzən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmışlar. Həmin vaxt, idarə etdiyi avtomobilin açarlarını təqdim etməkdən imtina etsə də, hazırda əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin PPXB-nün polis nəfəri X2 izahatında göstərdi ki, 30 oktyabr 2025-ci il tarixdə xidmətdə olarkən yol patrul xidməti efiri vasitəsi ilə köməyə çağırılmışlar. Beləliklə, hadisə yerinə yaxınlaşarkən sonradan adının Eldar olduğunu bildiyin şəxsin, polisinin qanuni tələblərinə tabesizlik göstərdiyinin, idarəçiliyində olan avtomobilin açarlarını təqdim etməkdən imtina etdiyinin və səs-küy saldığının şahidi olmuşlar. Beləliklə, Şəxs tərəflərin post patrul xidməti avtomobili vasitəsi ilə rayon Polis Şöbəsinə aparılmışdır. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş şəxsin, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin, həmçinin şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 327.1, 333.2, 342.1.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi öz təsdiqini tapmışdır. Belə ki, Şəxs 30 oktyabr 2025-ci il tarixdə, saat 22:15 radələrində “Vaz 2106” markalı, **-BU-*** dövlət qeydiyyatlı nişanlı avtomobil ilə Siyəzən şəhərinin H.Əliyev küçəsi ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, eləcə də xarici işıq cihazları nasaz olan nəqliyyat vasitəsini istismar etmə qaydalarını pozduğuna görə saxlanılmış,bu zaman onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 16 sentyabr 2025-ci tarixdə inzibati tənbeh olunmasına baxmayaraq, inzibati tənbeh edilməsinə dair qərar qüvvəyə mindiyi gündən bir il ərzində avtomobili təkrar sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Bundan əlavə inzibati xəta materialına əlavə edilmiş 30 oktyabr 2025-ci il tarixli, 7075 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, həmin gün Şəxs spirtli içki qəbul etməsi ilə əlaqədar alkoqol sərxoşluğu faktı aşkar edilmişdir. İş materiallarında olan Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru tərəfindən tərtib olunmuş aktdan görünür ki, “Vaz 2106” markalı, **-BU-*** dövlət qeydiyyatlı nişanlı avtomobil saxlanca qəbul edilmişdir. İş materiallarında olan 11 dekabr 2019-cu il tarixdə verilmiş AE seriyalı, 628053 nömrəli B C kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ vardır. İş materiallarında olan 06 sentyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında 16 sentyabr 2025-ci il tarixdə qəbul edilmiş və qanuni qüvvəsini almış TP seriyalı, ******* nömrəli qərarın surətlərindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3-cü və 333.1ci maddələri ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 16 sentyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın surətindən, eləcə də “AsanPay” ödəniş portalından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə Şəxs tətbiq edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında 16 sentyabr 2025-ci il tarixli qərar hazırkı inzibati xəta hadisəsi baş verənədək qüvvəyə minmiş, habelə həmin cərimə ödənilməmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 284.2, 286, 290.3, 294-5.5, 294-6, 295.6, 296.2, 300.1, 302, 304, 325.1, 326, 327.8, 327-1.2, 327-1.3, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 428.12, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 602-4, 603, 605, 606.1, 606.3, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.1.1 və 342.5-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 327.1, 342.1.1 və 342.5-ci maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Sözügedən Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, əmlak vəziyyətini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini, o cümlədən bir il ərzində alkoqoldan istifadə etməsi ilə əlaqədar inzibati xəta törətməsinə görə müvafiq olaraq inzibati tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da tərbiyələnmək niyyətinin olmamasını, nəzərə alaraq, Şəxs İXM-nin 333.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, ciddi inzibati həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/3 həddində tənbeh tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.3, 34, 35, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinsin və o, inzibati tənbeh olaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 05 (beş) gün müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli 31 oktyabr 2025-ci il tarixdən saat 15:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1, 342.1.1 və 342.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Siyəzən RPŞ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar