Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-611/2025 04.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hаkim Quluzadə Günel Cəbrayıl qızı Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş materialda, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətdiyi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəməyə təqdim edilmiş materialları yoxlayaraq hesab edirəm ki, müxtəlif vaxtlarda törədilmiş hər iki inzibati xətaya dair işlər eyni şəxs, yəni Şəxs aid olduğundan və bu işlərin baxılması Azərbaycan Respublikası İXM-nin 34.2 və 43.1-ci maddələrinə əsasən Siyəzən Rayon Məhkəməsinin səlahiyyətləri çərçivəsində həll edildiyindən həmin inzibati xətalara dair işlərə bir icraatda baxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, materiallar məhkəmədə baxılacaq dərəcədə tam toplanmışdır. Əlavə material toplanılmasına və sənəd tələb edilməsinə ehtiyac yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 420-ci maddəsinə əsasən, QƏRARA ALDİM: Şəxs barəsində məhkəməyə daxil olmuş inzibati iş məhkəmə baxışına hazırlanmış hesab edilsin. 3(059)-610/2025 və 3(059)-611/2025 nömrəli inzibati xəta haqqında materiallar birləşdirilərək 3(059)-610/2025 nömrə altında baxılsın. İnzibati xətaya dair materiala baxılması 04 noyabr 2025-ci il tarixə, saat 11:20-yə Siyəzən Rayon Məhkəməsinin binasında (ünvan:ünvan 2ə
Məhkəmə qərarları › İş №3(059)-611/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-611/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver