Məhkəmə qərarları › İş №3(059)-613/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-613/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-613/2025 24.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 19 avqust 2025-ci il tarixli, EQ seriyalı, 30054671 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 19 avqust 2025-ci il tarixli, EQ seriyalı 30054671 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə, barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təyin edilmiş cərimənin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, hazırda "xxxx" MMC-nin rəsmi işçisi olmaqla bərabər cəmiyyətə məxsus nəqliyyat vasitəsi ilə şirkətin yüklərini daşıyır. Bundan başqa, xx.xx.2025-ci il tarixdə, saat 07:16:45-də idarə etdiyi “X6 1841” yük markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı şəhəri istiqamətində yolun 129-cu kilometrliyində hərəkət edərkən nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi əsas göstərilməklə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəqliyyat vasitəsinin çəkisi barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə ötürülmüş, onun iştirakı olmadan real vaxt rejimində, elektron sənəd şəklində xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30054671 saylı inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış və o, Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən 600 manat məbləğində cərimə edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında qərarın qəbul edildiyi xx.xx.2025ci il tarixdə "xxxx" MMC-nin rəsmi işçisi olmaqla həmin şirkətə məxsus idarə etdiyi “X6 1841” yük markalı, **-JE-*** dövlət nəqliyyat vasitəsində daşıdığı yükün miqdarı qanunvericilikdə nəzərdə tutulmuş həddi yəni, 40000 kiloqramı aşmamışdır. Habelə, şikayətə əlavə etdiyi xx.xx.2025-ci il tarixli yük barədə çekdən göründüyü kimi, həmin tarixdə “X6 1841” yük markalı, **-JE-*** dövlət nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi 39800 kiloqram olmuş, nəqliyyat vasitəsində qeyd olunan sənəddə göstərilən yükdən əlavə yük olmamışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə idarə etdiyi nəqliyyat vasitəsində inzibati xətanın baş verdiyi tarixdə daşınmış yükün çəkisi barədə sənədləri tələb etmədən və heç bir araşdırma aparmadan onun guya həmin tarixdə inzibati xəta törətməsini təsdiq edildiyini qeyd etmiş, lakin onun yol-hərəkəti qaydalarını pozduğunu təsdiq edən hər hansı bir sübutu ona təqdim etməmiş və ya qəbul edilmiş qərara əlavə etməmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən onun Azərbaycan Respublikasının İXM-nin 353.2ci maddəsi ilə təqsirli olmağı barədə gəlinmiş qənaət yanlışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən heç bir araşdırma aparılmamış və heç bir əsaslı səbəb olmadan onu təqsirli bilmişdir. Göründüyü kimi, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmağı öz təsdiqini tapmamışdır. Ona görə də, hazırda məhkəməyə müraciət etmişdir. Qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verməklə, əlavə olaraq izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə məxsus yük avtomobili karxanadan çınqıl daşımış, habelə bu zaman avtomobilin çəkisi 39800 kiloqram olmaqla yanaşı ona bu barədə qəbz təqdim edilmişdir. Qeyd edir ki, karxanada olan tərəzinin müvafiq şəhadətnaməsi olsa da, şikayətinə həmin şəhadətnaməni əlavə etməmişdir. Beləliklə, Şabran rayonunun ərazisində keçən avtomobil yoluna iki ədəd xüsusi texniki vasitə yerləşdirilmiş, həmçinin bu texniki vasitələrdən biri onun idarə etdiyi avtomobilin çəkisinin 43 tona yaxın olması barədə məlumat ötürsə də, digər texniki vasitə bu halı aşkar etməmişdir. Bundan başqa, tətbiqdən istifadə etməmələri səbəbindən barəsində hazırki inzibati xəta haqqında qərarın qəbul edilməsindən məlumatlı olmamış, habelə bu barədə bildikdən sonra cəmiyyət tərəfindən əvvəl Baş Dövlət Yol Polis İdarəsinə müraciət edilmiş, daha sonra, məhkəməyə hazırki şikayət ərizəsi verilmişdir. Odur ki, şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayətçinin izahatını iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən 19 avqust 2025-ci il tarixdə tərtib edilmiş EQ seriyalı, 30054671 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X4 19 avqust 2025-ci il tarixdə, saat 07:16:45-də idarə etdiyi “X6 1841” yük markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Şabran rayonun Mollakamallı kəndi ərazisindən keçən Bakı-Quba yolunun 129-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Tərəzi Qəbzi” başlıqlı 49271 saylı qaimədən görünür ki, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixdə saat 06:11:44-də tara çəkisi 12800 kiloqram, netto çəkisi 27000 kiloqram, brutto çəkisi 39800 kiloqram olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 52-ci bəndinə əsasən iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarının ümumi müddəalarının 3-cü bəndinə əlavə edilmiş 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya malik olan avtomobilin ümumi kütləsi 40 ton həddi aşmamalıdır. Məhkəmə iş materiallarını və yuxarıda göstərilən qanunvericilik normalarını qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, xx.xx.2025-ci il tarixdə, saat 07:16:45-də idarə etdiyi “X6 1841” yük markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şabran rayonun Mollakamallı kəndi ərazisindən keçən Bakı-Quba yolunun 129-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən 40 ton kütlə parametrlərini 2730 kiloqram aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozmuş və bu hal 9835A hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsilə qeydə alınmış və həmin məlumatlar foto və videoçəkilişi ilə birlikdə Azərbaycan Respublikası DİN BDYP İdarəsinin elektron sisteminə inteqrasiya edilmişdir. Bundan sonra, X4 barəsində mübahisəli inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət müəyyən edilməsi göstərilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, X4 tərəfindən İXM ilə yol verilən 5 faiz artıq yük kütləsi də aşılmış və onun çəkisi 42730 kiloqram olmaqla inzibati xətaya yol vermişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Elçin Cəfərov şikayət ərizəsinə sübut kimi yalnız yükün yola çıxmazdan əvvəl ölçülməsi ilə bağlı “Tərəzi Qəbzi” başlıqlı 49271 saylı qaiməni əlavə etmiş, habelə həmin qaimənin avtomobilinə yük vurduğu karxananın tərəzisində çəkilərək verildiyi bildirilsə də, həmin tərəzinin lisenziyasının olub-olmaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, X3 şikayətində irəli sürdüyü dəlillər onun subyektiv mülahizələrinə əsaslanmaqla onun tərəfindən dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 19 avqust 2025-ci il tarixli, EQ seriyalı, 30054671 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 19 avqust 2025ci il tarixli, EQ seriyalı, 30054671 saylı qərarının ləğv edilməsi barədə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 tərəfindən verilmiş şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar