Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-625/2025 12.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 06 avqust 1969-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyində quyuların əsaslı və yeraltı təmiri üzrə usta vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.2-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Quba-Xaçmaz regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİM: Əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən “Vəzifə Təlimatının” 1-ci hissəsinin 1-ci, 4-cü, 13-cü və 27-ci bəndlərinin tələblərinin yerinə yetirilməməsi nəticəsində 15 sentyabr 2025-ci il tarixdə, Siyəzən rayonunun ərazisində X1 yüngül zərər vurulmuş və Şəxs barəsində X7 Xidmətinin Quba- Xaçmaz regional şöbəsinin baş əmək müfəttişi Şalbuzov Asif Qərib oğlu tərəfindən 13 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, şöbə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 198.2-ci maddəsi ilə təqsirli bilərək inzibati araşdırma dövründə verdiyi izahatlara uyğun izahat verdi və barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 24 sentyabr 2025-ci il tarixli, 169 nömrəli ekspert rəyindən görünür ki, X9 bədəni üzərində sağ əlin 4-cü barmağının uc falanqasının amputasiyası aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilər, yaranma müddəti 15 sentyabr 2025-ci il tarixə uyğun gəlir və ümumi əmək qabiliyyətinin cüzi hissəsinin (5%) dayanıqlı itirilməsi əlamətinə əsasən sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin rəis müavini İlqar Məmmədovun 10 oktyabr 2025-ci il tarixli, 3-17- 5/3-2-1257/2025 nömrəli əmrinin və bu əmrə əsasən yaradılmış komissiyanın təhqiqatın rəyinin surətindən görünür ki, “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin işçisi X9 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiq edilməsi məqsədilə X7 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi Şalbuzov Asif Qərib oğlunun sədrliyi, idarənin Həmkarlar İttifaqı Komitəsinin sədri X5 və idarənin Baş mühəndis əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müavini X2 ibarət üzlərdən komissiya yaradılmış, habelə bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” NQÇİ-nin “Quyuların əsaslı və yeraltı təmiri sahəsi”nin quyuların əsaslı və yeraltı təmiri üzrə ustası Şəxs nəzarətsizliyinə görə cavabdehliyi müəyyən edilmiş, təhqiqat aktının 4.2-ci bəndinə əsasən bədbəxt hadisənin baş verməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” NQÇİ-nin “Quyuların əsaslı və Yeraltı Təmiri sahəsi”nin quyuların əsaslı təmiri üzrə qazmaçısı X9 ehtiyatsızlığı müəyyən edilmiş, təhqiqat aktının 4.3-cü bəndinə əsasən bədbəxt hadisənin baş verməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin qaldırıcının maşinisti X3 ehtiyatsızlığı müəyyən edilmiş, X11 ilə baş vermiş bədbəxt hadisə istehsalatla əlaqəli olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilmiş və “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən uçota alınması və İZ formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin rəhbərliyi tərəfindən təmin edilməsi tapşırılmışdır. İşdə olan “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların əsaslı və yeraltı təmiri sahəsinin Quyuların əsaslı və yeraltı təmiri üzrə ustasının (böyük usta da daxil olmaqla) vəzifə təlimatının 1-ci hissəsinin 1-ci, 4-cü, 13-cü və 27-ci bəndlərindən görünür ki, istehsalat briqadasına rəhbərliyi həyata keçirmək, quyuların əsaslı və yeraltı təmiri üzrə işlərə rəhbərlik etmək, alət və avadanlıqların sazlığına texniki baxışın keçirilməsini, təhlükəsizlik tələblərinə uyğun olmalarını yoxlamaq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görmək, həmçinin onlara riayət edilməsinə nəzarət etmək Quyuların əsaslı və yeraltı təmiri üzrə ustasının vəzifə öhdəliyidir. Məhkəmə, məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq Şəxs İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin aşağı həddində cərimə tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 1000 (bir min) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-625/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-625/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver