Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-637/2025 21.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X3 iştirakları ilə, xx xxxx 2004-cü il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 14 oktyabr 2025-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı Siyəzən şəhərinin O. Qoçəliyev küçəsindəki 57 saylı evdə psixotrop maddə metamfetamindən istifadə etmiş, bundan sonra, 18 oktyabr 2025-ci il tarixdə, saat 16:00 radələrində narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində çağırıldığı Siyəzən RPŞ-də üzərində keçirilən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, sonradan müayinə zamanı onun psixotrop maddədən və narkotik vasitədən qanunsuz olaraq istifadə etməsi müəyyən edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 21 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 07 noyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, ünvan 1 ünvanında atası X2 və anası X5 ilə birlikdə yaşayır. Belə ki, 2023-cü ildə həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra, yəni, təxminən iki il olar narkotik vasitə qurudulmuş marixuanadan ümumilikdə 2-3 dəfə istifadə etmişdir. 14 oktyabr 2025-ci il tarixdə, təxminən saat 18:00 radələrində Siyəzən şəhərinin Xətai küçəsi ilə hərəkətdə olarkən yerdə, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan qızılı rəngli siqaret kağızı bükülüsünü görüb götürmüş, bu vasitəni istifadə etmək üçün cibinə qoymuşdur. Bundan sonra, eyni tarixdə, saat 21:00 radələrində yaşadığı Siyəzən şəhərinin O. Qoçəliyev küçəsindəki 57 saylı evdə olarkən, tapmış olduğu psixotrop maddə metamfetaminin bir qismindən çəkmək yolu ilə istifadə etməklə, qalan hissəsini sözügedən evin sanitar qovşağındakı kanalizasiya xəttinə atmışdır. Beləliklə, 18 oktyabr 2025-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğu üçün Siyəzən rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi İkraməddin Zəkiyev tərəfindən RPŞ-yə dəvət edilmişdir. Bundan sonra, həmin tarixdə, saat 16:00 radələrində RPŞ-də üzərində şəxsi axtarış keçirilsə də, qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra o, analiz götürülməsi üçün Sumqayıt şəhərinə, müvafiq ekspertizaya aparılmış, habelə, həmin gün, təxminən saat 22-23:00 radələrində RPŞ-də izahatı alındıqdan sonra sərbəst buraxılmışdır. Bundan başqa o, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamışdır. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 14 oktyabr 2025-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı Siyəzən şəhərinin O. Qoçəliyev küçəsindəki 57 saylı evdə psixotrop maddə metamfetamindən istifadə etmiş, bundan sonra, 18 oktyabr 2025-ci il tarixdə, saat 16:00 radələrində narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində çağırıldığı Siyəzən RPŞ-də üzərində keçirilən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, sonradan müayinə zamanı onun psixotrop maddədən və narkotik vasitədən qanunsuz olaraq istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan 07 noyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün sözügedən qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin Ambulator X1 Ekspert komissiyası tərəfindən 28 oktyabr 2025-ci il tarixdə verilmiş 6727 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Şəxs başlanğıc mərhələli opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 18 oktyabr 2025-ci il tarixli, A/2372 nömrəli tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Sözügedən Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 76.1-ci maddəsinə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi, gənc yaşda olmaqla, ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Sözügedən Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Bundan başqa, Şəxs 18 noyabr 2025-ci il tarixdə, saat 16:00 radələrində narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində Siyəzən RPŞ-yə çağırılmış, orada onun üzərinə şəxsi axtarış keçirilmiş, qanunsuz əşya və predmet aşkar olunmasa da, polis əməkdaşları tərəfindən analiz götürülməsi üçün Sumqayıt şəhərinə, müvafiq ekspertizaya aparılmış, habelə həmin tarixdə, təxminən saat 22-23:00 radələrində sərbəst buraxılmışdır. Göründüyü kimi, Şəxs inzibati qaydada, eləcə də şübhəli şəxs qismində tutulmasa da, onun azadlığı qısa müddətə məhdudlaşdırılmışdır. Beləliklə, hesab edirəm ki, qeyd edilən hal Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilərkən nəzərə alınmalıdır. Həmçinin, Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 55, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-637/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-637/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver