Məhkəmə qərarları › İş №3(059)-65/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-65/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-65/2024 28.03.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə 18 fevral 1973-cü il tarixdə Quba rayonunun Muçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonunun Xaltan ərazi dairəsi, Muçu kəndində qeydiyyatda olmaqla, Siyəzən rayonunun Beşdam kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.2, 332.3 və 332.4-cü maddələri ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 28 mart 2024-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 24 iyul 2023-cü il tarixdə, saat 09:55-də, Siyəzən-Məşrif avtomobil yolunun Siyəzən rayonun Eynibulaq kəndindən keçən hissəsində idarəçiliyindəki “Uaz-31519-095-01” minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə əks hərəkət zolağında hərəkətdə olarkən, Zərərçəkmiş şəxs1 idarə etdiyi Mitsubishi L200 markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə sözügedən avtomobilə 5175 manat məbləğində maddi zərər dəyməklə yanaşı, Zərərçəkmiş şəxs1, eləcə də sərnişinləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, habelə digər avtomobilin sərnişini Zərərçəkmiş şəxs4 yüngül bədən xəsarətləri almışlar. Məhkəmə iclasında iştirak edən Siyəzən Rayon Polis Şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 24 iyul 2023-cü il tarixdə, saat 09:55 radələrində Siyəzən-Məşrif avtomobil yolunun Siyəzən rayonun Eynibulaq kəndindən keçən hissəsində Şəxs idarə etdiyi UAZ markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 yol vərəqəsi əsasında idarə etdiyi Mitsubishi L200 markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, habelə hadisə nəticəsində xəsarət almış şəxslər Siyəzən rayon Mərkəzi Xəstəxanasına aparılmış, eləcə də, Şəxs barəsində araşdırılma aparılması Siyəzən RPŞ-nin İB-nin sabiq müstəntiqi X3 həvalə edilmişdir. Bundan sonra, aparılmış araşdırma nəticəsində qəbul edilmiş qərar, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 332.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün aidiyyəti üzrə Siyəzən RPŞnin DYPB-yə göndərilmişdir. Daha sonra, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 332.2, 332.3 və 332.4-cü maddələri ilə protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, 24 iyul 2023-cü il tarixdə, saat 09:55 radələrində Siyəzən-Məşrif avtomobil yolu ilə Quba rayonunun Muçu kəndi istiqamətində etibarnamə əsasında idarəçiliyindəki UAZ markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə əks hərəkət zolağında təxminən 60- 70 km/saat sürətlə hərəkətdə olarkən, hava şəraitinin günəşli olması səbəbindən Zərərçəkmiş şəxs1 idarə etdiyi Mitsubishi L200 markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görməmiş, nəticədə avtomobillər arasında toqquşma baş vermişdir. Bu zaman özü və avtomobilində sərnişin qismində əyləşmiş Elşən və İlham Əzizov qardaşları bədən xəsarətləri almışlar. Hazırda əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Mitsubishi L200 markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil işlədiyi SOCAR Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinə məxsus olmaqla, həmin avtomobili yol vərəqəsi əsasında idarə edir. 24 iyul 2023-cü il tarixdə, saat 09:55 radələrində yol vərəqəsi əsasında idarə etdiyi avtomobillə Qaz-İstismar idarəsinin işçiləri Mübariz Məmmədovu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Siyəzən X6 sahəsinin Siyəzən rayonunun Eynibulaq kənd ərazisində yerləşən inzibati binasından götürüb, Siyəzən-Məşrif avtomobil yolu ilə Siyəzən rayonu istiqamətində öz hərəkət zolağında 60-70 km/saat sürətlə hərəkətdə olarkən, anidən qarşısına Şəxs idarə etdiyi UAZ markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil çıxmış, nəticədə avtomobillər arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində özü və avtomobilində olan Mübariz Məmmədov, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 bədən xəsarətləri almış, özünün müayinə və müalicəsinə təxminən 600-700 manat pul xərcləmiş, həmçinin idarə etdiyi avtomobilə təxminən 5100 manata yaxın zərər dəymişdir. Hazırda dəymiş zərər ödənilməsə də, Şəxs qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs4 izahatında göstərdi ki, 24 iyul 2023-cü il tarixdə, saat 09:55 radələrində Siyəzən-Məşrif avtomobil yolu ilə Quba rayonunun Muçu kəndi istiqamətində Şəxs idarə etdiyi UAZ markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduqları vaxt o, avtomobilin arxa sağ, qardaşı İlham Əzizov isə avtomobilin qabaq sağ tərəfində əyləşmişdir. O, mobil telefon ilə məşğul olan zaman anidən toqquşma hadisəsi baş vermiş, nəticədə çənəsindən yüngül xəsarət alsa da, Şəxs qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, 24 iyul 2023-cü il tarixdə, saat 09:55 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi Mitsubishi L200 markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən X6 sahəsinin Siyəzən rayonunun Eynibulaq kənd ərazisində yerləşən inzibati binasından Siyəzən-Məşrif avtomobil yolu ilə Siyəzən rayonu istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən, o avtomobilin sağ arxa tərəfində əyləmişdir. Bundan başqa, sözügedən avtomobildə ondan əlavə digər iş yoldaşları Mübariz Məmmədov və Zərərçəkmiş şəxs3 də olmuşdur. Eyni zamanda, yolun Eynibulaq kəndinə yaxın hissəsində döngədən keçdikləri vaxt, anidən qarşılarına çıxmış UAZ markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə öz hərəkət zolağında hərəkətdə olan avtomobilləri arasında toqquşma baş vermiş, habelə nəticədə boynundan və ayağından xəsarət alsa da, Şəxs qarşı hər hansı bir formada şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, 24 iyul 2023-cü il tarixdə, saat 09:55 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi Mitsubishi L200 markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən X6 sahəsinin Siyəzən rayonunun Eynibulaq kənd ərazisində yerləşən inzibati binasından Siyəzən-Məşrif avtomobil yolu ilə Siyəzən rayonu istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən, o avtomobilin sol arxa tərəfində əyləmişdir. Bundan başqa, sözügedən avtomobildə ondan əlavə digər iş yoldaşları Mübariz Məmmədov və Zərərçəkmiş şəxs2 da olmuşdur. Eyni zamanda, yolun Eynibulaq kəndinə yaxın hissəsində döngədən keçdikləri vaxt, anidən qarşılarına çıxmış UAZ markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə öz hərəkət zolağında hərəkətdə olan avtomobilləri arasında toqquşma baş vermiş, habelə nəticədə ayaqlarından xəsarət almış, həmçinin təxminən 15 dəqiqə sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili və oradan keçən digər şəxslərin avtomobilləri ilə Siyəzən rayon MDM-yə aparılmışdır. Hazırda Şəxs qarşı şikayəti yoxdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, sürücülük vəsiqəsinin, eləcə də etibarnamənin surətlərindən görünür ki, X2 məxsus “Uaz-31519-095- 01” minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil 25 oktyabr 2022-ci il tarixdən 25 oktyabr 2023-cü il tarixədək Şəxs etibarnaməli idarəçiliyində olmuşdur. Bundan başqa, Şəxs 30 iyun 2021-ci il tarixdən 30 iyun 2031-ci il tarixədək “C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli, ziyan aktının surətindən görünür ki, Mitsubishi L200 markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5175 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 məhkəmə-kimyəvi ekspertizasının 08 avqust 2023-cü il tarixli, 2694/K saylı rəyindən görünür ki, Şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 məhkəmə-tibb ekspertizasının 12 avqust 2023-cü il tarixli, 140 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində sol said nahiyəsinin yumşaq toxumalarının dirsək oynağını tutan hematoma halında əziyi aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 24 iyul 2023cü il tarixə uyğun gəlir, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 məhkəmə-tibb ekspertizasının 12 avqust 2023-cü il tarixli, 141 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində boyun nahiyəsinin yumşaq toxumalarının və sol ayaq-baldır oynağının əziyi, sağ əlin 5-ci barmağının, sağ baldırın və sol topuq nahiyəsinin sıyrılmış yaraları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 24 iyul 2023-cü il tarixə uyğun gəlir, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 məhkəmə-tibb ekspertizasının 05 sentyabr 2023-cü il tarixli, 145 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində baş beyin silkələnməsi, sol göz qapağı və sol göz yuvasıyanı yumşaq toxumanın əziyi, sol qaş nahiyəsinin, sağ əlin baş barmağının, sağ dizin əzilmiş yaraları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi şəraitdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 24 iyul 2023-cü il tarixə uyğun gəlir, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 məhkəmə-tibb ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 188 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində başın alın nahiyəsinin yumşaq toxumalarının hematoma halında əziyi, alt çənə nahiyəsinin və boyun nahiyəsinin yaraları, sağ çiyin qurşağının əziyi və sağ dizin sıyrılmış yarası aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 24 iyul 2023cü il tarixə uyğun gəlir, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 28 mart 2008-ci il təvəllüdlü Lamiyə adında bir yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 332.2 və 332.3-cü maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 332.2 və 332.3-cü maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin 4-cü hissəsinin 4-cü bəndinə əsasən “C” kateqoriyası “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçündür. Bu Qanunun sözügedən maddəsinin 4-cü hissəsinin 3-cü bəndinə əsasən “B” kateqoriyası, “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3,500 kqdan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri, qoşqusunun icazə verilən maksimal kütləsi 750 kqdan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçündür. Bu mənada, iş materiallarında olan mötəbər sübutlarla müəyyən edildi ki, “C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malik olan Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ (“B” kateqoriyası) olmadan “Uaz-31519-095-01” minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, habelə 24 iyul 2023-cü il tarixdə, saat 09:55-də, Siyəzən-Məşrif avtomobil yolunun Siyəzən rayonun Eynibulaq kəndindən keçən hissəsində təqsirli hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi Mitsubishi L200 markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmaqla, həmin avtomaşına maddi zərər vurmuş, həmçinin Zərərçəkmiş şəxs1, eləcə də sərnişinləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, habelə digər avtomobilin sərnişini Zərərçəkmiş şəxs4 yüngül bədən xəsarətləri almışlar. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmaması, kifayət qədər yaşı olmaqla, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, yuxarıda sadalanan yüngülləşdirən halların isə olmasını nəzərə alaraq, Şəxs İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda, Şəxs inzibati xəta törətməsi nəticəsində yaranmış zərərləri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması zərərçəkmiş şəxslərə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.2 və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Siyəzən RPŞ-yə göndərilsin. Şəxs inzibati xəta törətməsi nəticəsində yaranmış zərərləri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması zərərçəkmiş şəxslərə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar