Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-66/2022 12.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Hüquqi ünvanı Siyəzən şəhəri, B.Səfəroğlu küçəsi 1 olan Şəxs ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 548.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, "xxxx" ASC Mərkəzi Bankın 25 yanvar 2022-ci il tarixli, 01- 26-2-2022-1034 saylı məktubu ilə tələb edilən sənədləri (2019-cu və 2020-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədləri və həmin illərin sonuna müəssisənin mühasibat balansı, illərin nəticələri üzrə mənfəət və zərər haqqında hesabatı, habelə son 5 il ərzində səhmdarlara dividendlərin hesablanıb-hesablanmaması, hesablanmışdırsa, dividendlərin məbləği barədə məlumatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 02 mart 2022-ci il tarixli, EP seriyalı, ******* saylı inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Sözügedən inzibati xəta haqqında protokolda Şəxs ASC tərəfindən inzibati xətanın törədildiyi vaxt 04 fevral 2022-ci il tarix göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, "xxxx" ASC İXM-nin 548.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC Mərkəzi Bankın 25 yanvar 2022-ci il tarixli, 01-26-2-2022-1034 saylı məktubu ilə tələb edilən sənədləri (2019-cu və 2020-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədləri və həmin illərin sonuna müəssisənin mühasibat balansı, illərin nəticələri üzrə mənfəət və zərər haqqında hesabatı, habelə son 5 il ərzində səhmdarlara dividendlərin hesablanıb-hesablanmaması, hesablanmışdırsa, dividendlərin məbləği barədə məlumatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 07 yanvar 2022-ci il tarixli, 01.26-2-2022-168 nömrəli məktubunun surətindən görünür ki, Minacəddin Cəfərovun, Əlihüseyn Binyətovun və Elşən Novruzovun müraciətində qeyd qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlumatı zəruri sənədlər (2019-cu və 2020-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər və həmin illərin sonuna müəssisənin mühasibat balansını, illərin nəticələri üzrə mənfəət və zərər haqqında hesabatını, habelə son 5 il ərzində səhmdarlara dividendlərin hesablanıbhesablanmaması, hesablanmışdırsa, dividendlərin məbləği barədə məlumat) əlavə edilməklə, 7 gün ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin 14 yanvar 2022-ci il tarixli, 01/03-76 nömrəli məktubunun surətindən görünür ki, "xxxx" ASC üzrə X1 hesabında 75 ədəd, X2 hesabında 100 ədəd, X3 hesabında 8 ədəd öhdəliklərlə yüklənməmiş adi adlı səhm mövcuddur. 26 noyabr 2005-ci il tarixində depozitar sisteminin yenilənməsi ilə əlaqədar miqrasiya edilmiş məlumatlarda artıq həmin səhmlər səhmdarların hesabında mövcud olmuşdur. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 25 yanvar 2022-ci il tarixli, 01.26-2-2022-1034 nömrəli məktubundan görünür ki, Mərkəzi Bankın 07 yanvar 2022-ci il tarixli, 01.26-2-2022-168 nömrəli sorğusu ilə tələb edilən sənəd və məlumatların təqdim edilmədiyi bildirilməklə, sözügedən məlumatların 5 gün ərzində Mərkəzi Banka təqdim edilməsi "xxxx" ASC-yə təklif edilmiş, əks halda Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Odur ki, "xxxx" ASC İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, "xxxx" ASC-yə İXM-nin 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, cəmiyyətə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-66/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-66/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver