Məhkəmə qərarları › İş №3(059)-67/2024

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-67/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-67/2024 01.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş "xxxx" ASC-nin (VÖEN **********) Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materialı nəzərdən keçirərək, müəyyən etdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, 10 mart 2024-cü il tarixdə "xxxx" ASC tərəfindən Rusiya Federasiyasından keçməklə, Azərbaycan Respublikasının gömrük ərazisinə 95674131, 95550208, 95990537, 95990453, 95472155, 91111054, 95744306, 95484606, 95458436, 95101002, 95664520, 95965828, 95883062, 95551636, 95533121, 59889378, 59948877, 95115507, 59454413, 59454330 nömrəli dəmiryol nəqliyyatı vasitələri ilə idxal edilmiş qarğıdalı yüklərinə dair qısa idxal bəyannamələrinin yüklər gömrük ərazisinə gətirilməzdən əvvəl, elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, 11 mart 2024-cü il tarixdə "xxxx" ASC tərəfindən Rusiya Federasiyasından keçməklə, Azərbaycan Respublikasının gömrük ərazisinə 98293855, 91148742, 91148775, 98288079 və 91148932 nömrəli dəmiryol nəqliyyatı vasitələri ilə idxal edilmiş qarğıdalı yüklərinə dair qısa idxal bəyannaməsinin yüklər gömrük ərazisinə gətirilməzdən əvvəl, elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Həmçinin, 12 mart 2024-cü il tarixdə Siyəzən-Broyler” ASC tərəfindən Türkiyə Respublikasından keçməklə, Azərbaycan Respublikasının gömrük ərazisinə AL003BN/SS395P nömrə nişanlı nəqliyyat vasitəsində daxil olmuş “mayalanmış yumurta”ların qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən "xxxx" ASC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair müvafiq olaraq 19 mart 2024-cü il tarixli, 01400-02207/24, 01400-02205/24, 01400-02210/24, 01400-02206/24 və 01400-02209/24 saylı inzibati xətalar törətməsi barədə protokollar tərtib olunmuşdur. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 3(059)- 67/2024 saylı qərardadı ilə "xxxx" ASC barəsində məhkəməyə daxil olmuş 3(059)-67/2024 saylı, 3(059)-68/2024 saylı, 3(059)-69/2024 saylı, 3(059)-70/2024 saylı və 3(059)-71/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-67/2024 nömrə altında baxışa təyin edilmişdir. Həmçinin, Siyəzən Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 3(059)-67/2024 saylı qərarı ilə Siyəzən-Broyler” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, cəmiyyətə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 3(105)-227/2024 saylı qərarı ilə Siyəzən Rayon Məhkəməsinin 3(059)-67/2024 saylı, 02 aprel 2024-cü il tarixli qərardadı və 17 aprel 2024cü il tarixli qərarı ləğv edilməklə, işə yenidən baxılması üçün material Siyəzən Rayon Məhkəməsinə, hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi öz qərarında hazırkı inzibati xətanın törədildiyi yerin, inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin yerləşdiyi yer olmasını qeyd etmişdir. Belə olan halda, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında materiallar aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında vurğulanmışdır ki, “... İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir. Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Gömrük qaydaları əleyhinə olan inzibati xətaların hərəkətsizliklə baş verdiyi hallarda onların törədildiyi yer kimi Gömrük Məcəlləsinin tələblərinə müvafiq olaraq gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edilməli olduğu yeri, bütün başqa hallarda gömrük borcunun yaranmasına səbəb olan halların baş verdiyi yeri, malların aidiyyəti gömrük proseduru altında yerləşdirilməli olduğu yeri, həmin prosedur daxilində gömrük ərazisinə gətirilməli olduğu yeri və ya gömrük orqanlarında olan məlumatlar inzibati xətanın bir neçə yerdə törədilməsini müəyyənləşdirməyə imkan verdiyi hallarda, gömrük borcunun yarandığı ilk yeri göstərmək olar. Burada xüsusilə qeyd edilməlidir ki, formal və ya maddi tərkibli olmasından asılı olmayaraq bəyannaməyə düzgün olmayan məlumatların daxil edilib elektron qaydada göndərilməsində ifadə olunan inzibati xətaların törədildiyi yeri müəyyən etmək olduqca mürəkkəbdir. İnformasiya texnologiyaları sahəsində inzibati xətaların əksəriyyəti elektron şəbəkələrdə törədilmiş olur. Bu zaman hüquqazidd əməlin törədildiyi yer və ictimai təhlükəli nəticələrin baş verdiyi yer müxtəlif ərazilərdə ola bilər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş belə inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı yerdə baxılmalıdır. İnzibati xətanın aşkarlandığı yer dedikdə, inzibati xətanın baş verməsinə, həmçinin hüquqpozmanın digər hallarına dair inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsin protokol tərtib etdiyi yer başa düşülür...”. İstinad edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarından göründüyü kimi informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Məhkəmə Konstitusiya Məhkəməsinin sözügedən qərarının tələblərinə əsasən belə nəticəyə gəlir ki, hazırkı inzibati xətaların törədildiyi yer, inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən səlahiyyəti orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin yerləşdiyi yer hesab olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, qeyd olunan səlahiyyətli orqanın hüquqi ünvanı ünvan 1əlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən "xxxx" ASC barəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar