Məhkəmə qərarları › İş №3(059)-671/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-671/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-671/2025 12.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Paşayev X3 RPŞ-nin CAB-nin əməkdaşlarına daxil olmuş məlumat əsasında 10 may 2025-ci il tarixdə, saat 16:45-də Siyəzən şəhərinin B.Bayramov küçəsində saxlanılaraq, üzərində keçirilən şəxsi axtarış zamanı 0,121 qram çəkidə narkotik vasitə heroin və 0,044 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən 12 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Paşayev X3 şəhərinin B. Bayramov küçəsində şübhəli şəxs qismində saxlanılmış, habelə sonuncu təklif əsasında üzərində olan narkotikləri təqdim etmiş, həmçinin bununla bağlı müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra, həmin fakt üzrə araşdırma Siyəzən RPŞ-nin İB-də aparılmış, habelə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən hazırki inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Həmçinin, 10 may 2025-ci il tarixdə işdən gələrkən yerdə olmaqla diqqətini cəlb etdiyi baxdığında içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan siqaret qutusunu görüb götürmüş, habelə qutunun içərisindəki predmetləri şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan bir qədər sonra, ona yaxınlaşmış polis əməkdaşlarının təklifi əsasında üzərində olan narkotikləri sonunculara təqdim etmişdir. Hazırda himayəsində azyaşlı övladının olmasının nəzərə alınmasını və ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan 10 may 2025-ci il tarixli əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan görünür ki, həmin gün saat 17:49-dan saat 17:59-dək olan müddət ərzində Siyəzən şəhərinin B. Bayramov küçəsində Şəxs üstü yoxlanılan zaman sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində üç ədəd gümüşü rəngli bükülülər olan bir ədəd şəffaf rəngli sellofan paketi təqdim etmiş, habelə təqdim edilmiş üç ədəd bükülülərə baxış keçirilərkən iki ədədinin içərisindən narkotik vasitə heroin bir ədədinin içərisindən isə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 10 iyun 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun haqqında Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün sözügedən qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarına olan 02 iyun 2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Şəxs götürülmüş qalıq çəkisi 0,081 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,024 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının 11 may 2025-ci il tarixli, 16/305 nömrəli rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxs əynində olan qara idman şalvarının sağ yan cibində aşkar olunmuş 03 ədəd siqaret kağızına bükülmüş 02 ədəd qəhvəyi rəngli maddə və 01 ədəd kristal şəkilində olan maddə...” sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf polietilen torbacıqda, 02 (iki) ədəd gümüşü rəngli kağız bükümlərində ayrı-ayrıldıqda təmiz çəkiləri 0,062 qram, 0,059 qram, ümumi təmiz çəkisi 0,121 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heriondir, 01 (bir) ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,044 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata 0,04 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,081 qram, 0,02 qram sərf edildikdən sonra psixotrop maddə metafetaminin qalıq çəkisi 0,024 qram təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəməbioloji ekspertiza tədqiqatının dəyəri 63 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 Ekspert komissiyası tərəfindən 12 may 2025-ci il tarixdə verilmiş 2716 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhəri ND-də (F12x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan 10 may 2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokolun surətindən görünür ki, Şəxs həmin tarixdə, saat 16:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 11 may 2025-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərarın surətindən görünür ki, həmin tarixdə, saat 16:20-də Şəxs azad edilərək, onun şübhəli şəxs statusuna xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 27 iyun 2017-ci il təvəllüdlü Damla adında bir azyaşlı uşağı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bir azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan şəxsin məsuliyyəti ağırlaşdıran hallarının olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, lakin, onun məsuliyyətini yüngülləşdirici halın olmasını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsinə yaxın həddə inzibati həbs təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs 10 may 2025-ci il tarixdə, saat 16:45-də şübhəli şəxs kimi tutularaq, 11 may 2025-ci il tarixdə, saat 16:20-də azad edilmişdir ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və ona təyin ediləcək inzibati həbsin müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinin İ, İİİ, İV, V və Vİİ hissələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Eyni zamanda, Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən Şəxs aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,081 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,024 qram olan psixotrop maddə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 (bir altmış üç) manat məhkəmə xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 55, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 14 (on dörd) gün müddətində inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 12 dekabr 2025-ci il tarixdən saat 16:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Şəxs götürülmüş maddi sübut, qalıq çəkisi 0,081 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,024 qram olan psixotrop maddə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs məhkəmə məsrəfi hesab olunan 63 (bir altmış üç) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar