Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-674/2025 15.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 02 oktyabr 2025-ci il tarixli, EQ seriyalı, 31044285 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının və protokolunun ləğv edilməsi barədə X3 şikayətini və ona əlavə edilmiş materialları nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X4 02 oktyabr 2025-ci il tarixdə, saat 13:18-də Bakı istiqaməti üzrə M-1 129 km, Şabran rayonunun Mollakamallı kəndində “Mercedes Benz” Axor 1840 markalı, ** XE *** dövlət qeydiyyat nişanlı yük avtomobilini iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında 02 oktyabr 2025ci il tarixdə X3 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair həmin tarixli, EQ seriyalı, 31044285 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən barəsində tərtib edilmiş 02 oktyabr 2025-ci il tarixli, EQ seriyalı, 31044285 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın və protokolun ləğv edilməklə, Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X4 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından ona əlavə olunmuş sənədlər ilə birlikdə Xalid Abdulrəhimova geri qaytarılmalıdır. Çünki, X4 barəsində çıxarılmış 02 oktyabr 2025-ci il tarixli, EQ seriyalı, 31044285 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verilmə müddəti qanunvericilikdə 20 gün müəyyən edilmişdir. Lakin, həmin qərar Xalid Abdulrəhimov barəsində 02 oktyabr 2025-ci il tarixdə çıxarılsa da, bu qərardan şikayət sonuncu tərəfindən 12 dekabr 2025-ci il tarixdə imzalanmış, 15 dekabr 2025-ci il tarixdə isə məhkəməyə təqdim olunmuşdur. Həmçinin, şikayətdə sözügedən inzibati tənbeh vermə haqqında elektron qərar barədə məlumatın, eyni tarixdə Xalid Abdulrəhimovun mobil telefonuna SMS vasitəsilə çatdırılması, yəni, bu qərarın qəbul edilməsindən onun 02 oktyabr 2025-ci il tarixdən məlumatlı olması göstərilmişdir. Aərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 57.5-1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan rəsmi qaydada verilmiş hesab olunur. Qeyd edilən Məcəllənin 57-1.1.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir. Sözügedən Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127- 4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə qeyd olunanlara və təqdim olunmuş sənədlərə əsasən hesab edir ki, hazırkı iş üzrə qanunun qeyd edilən tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Bu səbəbdən də, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 02 oktyabr 2025-ci il tarixli, EQ seriyalı, 31044285 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından və protokolundan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından şikayət ona əlavə edilmiş sənədlər ilə birlikdə Xalid Abdulrəhimova geri qaytarılmalıdır. Həmçinin, şikayətçiyə, müddəti üzrlü səbəbdən buraxdığı halda şikayətinə müddətin bərpasına dair vəsatəti əlavə etməklə, məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 02 oktyabr 2025-ci il tarixli, EQ seriyalı, 31044285 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının və protokolunun ləğv edilməsi barədə verdiyi şikayət ona əlavə olunmuş sənədlər ilə birlikdə Xalid Abdulrəhimova geri qaytarılsın. Şikayətçiyə, müddəti üzrlü səbəbdən buraxdığı halda şikayətinə müddətin bərpasına dair vəsatəti əlavə etməklə, məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-674/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-674/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver