Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-675/2025 15.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Cəfərov X2 Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(059)-595/2023 saylı icra sənədinə əsasən 5183,64 manat məbləğində borcu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən yayınmış və barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən 15 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi protokolu müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, sözügedən icra sənədinə əsasən 5683,64 manat məbləğində pul Şəxs alınaraq, tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin, 12 dekabr 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi protokol tərtib edilərək, məhkəməyə təqdim edilməsinə, habelə o, İXM-nin bu maddəsi ilə təqsirli bilinib və ona inzibati tənbeh olaraq 500 manat inzibati cərimə təyin olunmasına baxmayarq, birinci cari ilin oktyabr ayında borcundan cəmi 300 manat ödəniş etmişdir. Tələbkar isə icra şöbəsinə mütəmadi olaraq şikayət edərək, borcun ödənilməsi tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərmişdir ki, o, evlərin təmiri ilə məşğul olaraq dolanışığını təmin edir. Lakin, yataq xəstəsi olan anasına qulluq etməsi səbəbindən, həmçinin hazırda qış fəsilli olmasından işləyə bilmir. Bununla belə, çətinliklə digər xərclərini o cümlədən, anasının dərman, həmçinin kommunal xərclərini qarşılayır. Bundan başqa, ölkə xaricində ona təklif edilən işlərdə işləsə borcuna ödəyə bilər, lakin ölkədən çıxmaq hüququ müvəqqəti məhdudlaşdırıldığı üçün bunu həyata keçirə bilmir. Belə ki, borcunu ödəməkdən qərəzli şəkildə boyun qaçırmasa da, ölkə daxilində olan əmək haqqı ilə borcunu ödəmək iqtidarında deyildir. Bundan əlavə, tələbkar borcun ödənilməsində deyil, onun həbs olunmasında maraqlıdır. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 86 yaşlı anasını evdə tək qoyaraq işləyib, qazancı ilə borlarını ödəyir. Həmçinin, Şəxs yaşlı anasını evdə tək qoyub, işləməkdən imtina etdiyi halda, ölkə xaricində işləmək istədiyini bildirir. Odur ki, borcun ödənilməsi, əks halda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Siyəzən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(059)-595/2023 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə xx.xx.2024-cü ildə icraata başlamaq haqqında qərar qəbul edilmiş, bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, bildiriş onun tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qəbul edilsə də, bugünə qədər tələbi tam şəkildə könüllü olaraq icra etməmişdir. Borclunun gəliri və əmlakı barədə elektron qaydada sorğu verilsə də, tələbin yönəldilə biləcəyi gəlir və əmlak aşkar edilməmişdir. Habelə, Şəxs qeydiyyatda olmaqla, yaşadığı ünvana baxış keçirilmiş, lakin tələbin yönələ biləcəyi əmlakın olmaması müəyyən edilmiş və bu barədə 30 sentyabr 2025-ci il tarixdə şahidlərin iştirakı ilə akt tərtib edilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs Siyəzən rayon icra və probasiya şöbəsinə 15 dekabr 2025-ci il tarixli ərizə ilə müraciət edərək, Şəxs borcu tam şəkildə ödəmədiyi təqdirdə, sonuncunun inzibati qaydada məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə müraciət edilməsini xahiş etmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 3(059)- 348/2024 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona inzibati tənbeh olaraq və ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədləri üzrə borcun miqdarının kifayət qədər olmasını, ötən müddət ərzində lazımınca ödənişlərin olmamasını, icra sənədlərinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 15 dekabr 2025-ci il tarixdən saat 16:50-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-675/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-675/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver