Məhkəmə qərarları › İş №3(059)-70/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-70/2021

12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-70/2021 12.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxxxx 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs tanışı X3 ilə birgə bir qrup şəxs halında xx xxxx 2021-ci il tarixdə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhəri, H. Aslanov küçəsindəki 16 saylı evin həyətyanı sahəsindən ona məxsus dəyəri 20 manat olan 1 ədəd ördəyi, daha sonra, eyni qaydada xx xxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində dəyəri 20 manat olan 1 ədəd ördəyi, ümumilikdə 2 ədəd ördəyi oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 40 manat məbləğində ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən xx xxxx 2021-ci il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(059)-70/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-70/2021 saylı və 3(059)- 71/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-70/2021 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs tanışı X3 ilə birgə bir qrup şəxs halında xx xxxx 2021-ci il tarixdə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhəri, H. Aslanov küçəsindəki 16 saylı evin həyətyanı sahəsindən ona məxsus dəyəri 20 manat olan 1 ədəd ördəyi, daha sonra, eyni qaydada xx xxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində dəyəri 20 manat olan 1 ədəd ördəyi, ümumilikdə 2 ədəd ördəyi oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 40 manat məbləğində ziyan vurduğunu bildirdi. Həmçinin, o, xx xxxx 2021-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. O, xx xxxx 2021-ci il tarixdə Zərərçəkmiş şəxs evinin yaxınlığından keçərkən həyətində bir neçə ördəyin olduğunu görüb həmin ördəkləri oğurlamaq qərarına gəlmiş və bu məqsədlə həmin gün tanışı X3 ilə görüşüb, sonuncuya yaxınlıqda ördək gördüyünü və həmin ördəyi oğurlamaq istədiyini bildirmişdir. Həmin vaxt Elnur da sözügedən ördəyi oğurlanmağa razılaşdığı üçün onlar birlikdə axşam saat 17:00 radələrində Zərərçəkmiş şəxs evinin həyətyanı sahəsinə yaxınlaşmışlar. Bu zaman Elnur ətrafa nəzarət etdiyi üçün o, rahatlıqla çəpərdən keçməklə, həyətə daxil olaraq ördəklərdən birini götürüb geri çıxmışdır. Bundan sonra, o, qeyd olunan ördəyi satmaq istəsə də, həmin gün niyyətinə nail ola bilməmiş, Elnurla birlikdə evə gedərək oğurlamış olduqları ördəyi kəsərək bişirib yemişlər. Növbəti gün, yəni xx xxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində o, təkrarən Elnur Məmmədyarovla birlikdə Zərərçəkmiş şəxs evinin həyətinə tərəf yaxınlaşmış və orada heç kimin olmadığına əmin olduqdan sonra eyni qaydada həyətə daxil olaraq ördəklərdən daha birini götürmüş və geri çıxaraq oradan uzaqlaşmışlar. Həmin gün də onlar oğurlamış olduqları ördəyi satmaq istəsələr də, buna nail ola bilməmişlər. Oğurladıqları sonuncu ördəyi də Elnurla eyni qaydada kəsərək yemişlər. Sonuncu oğurluqlarından bir gün sonra o, Siyəzən şəhərində H.Əliyev küçəsində, avtovağzal ərazisində olan zaman rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq RPŞ-yə dəvət etdikdən sonra orada törətdiyi əməlləri etiraf etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Bununla belə, əməlindən səmimi peşmançılıq çəkdiyinə görə ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, hazırda Siyəzən rayonunda fəhləliklə etməklə məşğul olur. O, yaşadığı Siyəzən şəhəri, H. Aslanov küçəsindəki 16 saylı evin həyətyanı sahəsində 6 ədəd ördək saxlamaqla, həmin ördəkləri hər axşam saat 22:00 radələrində hinlərinə salır. xx xxxx 2021-ci il tarixdə səhər saatlarında o, sözügedən ördəkləri həyətyanı sahəyə buraxdıqdan sonra arvadı ilə bərabər evdən çıxmış və axşam saatlarında geri qayıtmışdır. Həmin vaxtı o, həyətdəki ördəkləri hinlərinə salmaq istəyərkən 6 ədəd ördəkdən birinin yerində olmadığını görüb qonşuya keçdiyini fikirləşmişdir. Növbəti gün, yəni xx xxxx 2021-ci il tarixdə o, təkrarən 5 ədəd ördəklərini hindən çıxardaraq həyətyanı sahəyə buraxıb, evdən çıxmış və həmin günü axşam saatlarında evə qayıdarkən ördəklərindən birinin də çatışmadığını görüb onu qonşuluqda axtarmağa başlamışdır. Lakin, qonşuluqda bu barədə heç kimin məlumatının olmadığını öyrəndikdən sonra o, 2 ədəd ördəklərinin naməlum şəxslər tərəfindən oğurlandığını müəyyən etdiyi üçün xx xxxx 2021-ci il tarixdə bu barədə ərizə ilə Siyəzən RPŞ-yə müraciət etmiş, həmçinin qonşuluqda yaşayan Şəxs və Elnur Məmmədyarovdan şübhələndiyini qeyd etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 40 manat ziyan dəymişdir. Yaşadığı evin həyətyanı sahəsindən oğurluq etmiş Şəxslə aralarında barışıq yoxdur, ona dəymiş zərər ödənilməmişdir, buna görə də şikayətçidir və sonuncu barəsində həbslə bağlı olmayan ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edir. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlardan görünür ki, Şəxs və X1 əməllərində cinayət tərkibinin əlamətləri olmadığından onların barəsində cinayət işinin başlanması rədd edilmiş və barələrində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs tanışı X3 ilə birgə bir qrup şəxs halında xx xxxx 2021-ci il tarixdə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhəri, H. Aslanov küçəsindəki 16 saylı evin həyətyanı sahəsindən ona məxsus dəyəri 20 manat olan 1 ədəd ördəyi, daha sonra, eyni qaydada xx xxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində dəyəri 20 manat olan 1 ədəd ördəyi, ümumilikdə 2 ədəd ördəyi oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 40 manat məbləğində ziyan vurmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi onun səmimi peşmançılıq çəkməsi nəzərə alınır. İnzibati xətaya inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, habelə inzibati xəta törədən zaman həmin əməldə iştirakının dərəcəsini, zərərçəkən şəxsin şikayətçi olmasını və az miqdarda dəyən ziyanın ödənilməməsini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, onun İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 18:15-dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-1, 31.4-1, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 180 (bir yüz səksən) saat ictimai işlər təyin olunsun. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. İnzibati tənbehin müddəti Şəxs ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə tapşırılsın. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Zərərçəkmiş şəxs Şəxs inzibati xətanı törətməsi nəticəsində ona 40 manat məbləğində dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar