Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-70/2025 31.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X4, İnzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25445416 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25445416 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə, barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 09 yanvar 2025-ci il tarixində Bakı şəhəri istiqamətində Xızı rayonu Giləzi kəndi ərazisində **-UK-*** dövlət qeydiyyat nişanlı Yəhərli dartıcı və **-YE-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yarım qoşqu ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında (X12 X9 Kistler 9835a) Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə barəsində 09 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25445416 nömrəli qərarlı elektron inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə olunması, habelə nəqliyyat vasitəsinin görüntülərinə dair fotoşəkillər elə həmin tarixdə mobil telefonuna SMS vasitəsi ilə göndərilmiş, lakin 09 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25445416 nömrəli inzibati xəta haqqında elektron qərarı isə 13 yanvar 2025-ci il tarixdə Siyəzən rayon PŞnin DYPB-dən müraciəti əsasında əldə etmişdir. Beləliklə, inzibati xəta haqqında elektron protokolun, qərarın məzmununa və video görüntülərə əsasən müəyyən olunur ki, idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı yükün çəkisi guya iddia olunana görə limit 40000 kq olduğu halda, çəki normadan artıq 42950 kq olmuş və bununla da ona Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə 600 manat inzibati cərimə tətbiq edilmişdir. Ona tətbiq olunan inzibati xətanın əsasız olması və idarə etdiyi nəqliyyat vasitəsinin yük götürmə qabiliyyətinə münasibətdə nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşılmaması aşağıdakılar ilə müəyyən olunur. Belə ki, adəti üzrə yük avtomaşını karxanada yükləndikdən sonra, elə yerindəcə 08 yanvar 2025-ci il tarixdə çəkilərək ona avtomaşının yükü (çəkisi) dolu halda 40.500 kq. olmasına dair 08 yanvar 2025-ci il tarixli (saat 19:38:50) 157544 nömrəli qaimə verilmiş və yükün çəkisi Azərbaycan Respublikası İXMnin 353-cü maddəsini tələbinə görə İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini icazə verilən ümumi kütlə üzrə 5 faiz və daha artıq aşmadığına görə Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. Qeyd etdiyi kimi Xızı rayonu Giləzi kəndi ərazisində **-UK-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə hərəkətdə olarkən mobil telefonuna SMS gəlmiş və məlum olmuşdur ki, guya iddia etdiklərinə görə limit 40000 kq olduğu halda, avtomaşının çəkisi normadan artıq 42950 kq olmuş və bununla da ona AR İXM-nin 343.2-ci maddəsi ilə 600 manat inzibati cərimə tətbiq edilmişdir. Odur ki, o, yük avtomaşındakı yükü boşaltmadan məhkəmədə haqlı olduğunu, yəni inzibati xəta hadisəsini törətmədiyini sübut etmək üçün Balaxanı rayonundan yerləşən tərəzidə 09 yanvar 2025-ci ildə, saat 08.26:45 yükü çəkdirmiş və yük 40.350 kq olduğuna dair ona 09 yanvar 2025-ci il tarixli, 283976 nömrəli qaimə verilmişdir. Haqlı olduğunu dəqiqləşdirdikdən sonra, o DİN-nin 102 çağrı mərkəzinin tövsiyəsi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi AYNA-ya zəng edib, öz iradını bildirmiş, habelə DYP-yə getmiş və çəkiyə dair qaimələri onlara təqdim etmişdir. Orada ona bildirilmişdir ki, cərimənin silinməsi üçün gərək AYNA-dan onlara rəsmi göstəriş olsun, əks təqdirdə cəriməni silə bilməzlər. Beləliklə, bu iki orqan məsələnin həllini bir-birinin üzərinə ataraq onu “başlarından etmişlər”. Beləliklə yükləmə yerində 08 yanvar 2025-ci il tarixdə çəkilərkən avtomaşının çəkisi (yükü) dolu halda 40.500 kq. olduğuna dair 08 yanvar 2025-ci il tarixli (saat 19:38:50) 157544 nömrəli qaiməyə və elektron qaydada 09 yanvar 2025-ci il tarixli (saat 06:25:13-da) EQ seriyalı, 25445416 nömrəli inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında elektron qərarın tərtib edildikdən sonra isə, Balaxanı rayonundan yerləşən tərəzidə 09 yanvar 2025-ci il tarixdə, saat 08.26:45 avtomaşını çəkdirərkən yükün (çəkisi) 40.350 kq olduğuna görə məlum olur ki, o, barəsində tətbiq edilən inzibati xəta hadisəsini törətməmişdir. Ona görə ki, guya baş vermiş inzibati xəta hadisəsinə tətbiq edilmiş AR İXM-nin 353-cü maddəsini tələbinə görə “İriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini icazə verilən ümumi kütlə üzrə 5 faiz və daha artıq aşmaqla törədildikdə bu maddənin tərkibi yaranır. Lakin, qanuna görə habelə video görüntülərdə (limit :40000 kq) göstərildiyinə görə onun inzibati xəta törətməsi üçün avtomaşının çəkisi həqiqətən maraqlı şəxslərin video görüntüdə göstərdikəri 42950 kq həcmində olmalıdır. Avtomaşının yükləmə məntəqəsində çəkisinə görə verilən qaimədə qeyd edilən çəki 40.500 kq. və yük kütlə parametrlərini ölçən elektron tərəzilərin qeydindən sonra (inzibati protokol tərtib edildikdən sonra ölçülən çəki 40.350 kq. olmasından məlum olur ki, o, iddia edilən inzibati xəta hadisəsi törətməmişdir. Belə ki, Azərbaycan Respublikası NK-nin 2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” qaydalarına əsasən 3.X3 X10” X3 X10 (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır: 2 nömrəli cədvəl-ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə-40 ton. Azərbaycan Respublikası İXM-nin 353-cü maddəsini tələbinə görə “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini icazə verilən ümumi kütlə üzrə 5 faiz və daha artıq aşmaqla törədildikdə bu maddənin tərkibi yaranır. Yəni, ona münasibətdə qanun qeyd olunur ki, əgər X3 X10 40 t x <5 % =40(+<2t ~ <42t) başqa sözlə onun idarə etdiyim avtomaşının kütləsi 42 tonu aşsaydı onda əməlim Azərbaycan Respublikası İXM-nin 353-cü maddəsi ilə tövsif olunub barəsində inzibati xəta tədbiri görülə bilərdi. Göründüyü kimi çəki barəsində qaimələr sübut edir ki, o, hərəkətdə olarkən normadan artıq yük daşımamışdır. Odur ki, işin yuxarıda qeyd edilən faktiki hallarına və aşağıda göstərilən hüquq normalarına əsasən onun barəsində elektron qaydada tərtib edilmiş 09 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25445416 nömrəli inzibati xəta haqqında protokol və eyni zamanda qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən baxılan şikayət ilə bağlı məhkəməyə mülahizə ünvanlanmış və mülahizədə göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Eyni zamanda, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli, 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəqəmsal inkişaf, elektron hökumət, telekommunikasiya, poçt, kosmik fəaliyyət, yüksək texnologiyalar (rəqəmsal texnologiyalar, informasiya texnologiyaları, mikroelektronika, süni intellekt, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar), fərdi məlumatlar və nəqliyyat (avtomobil, dəmiryol, dəniz və hava nəqliyyatı, eləcə də naviqasiya) sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli, 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 3 nömrəli əlavə olan “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 36-cı hissəsinə əsasən ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkəti icazə əsasında həyata keçirilən fəaliyyət növlərindən biri kimi təsdiq edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hərəkət vaxtı və hərəkət sürətinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla həyata keçirilir. Qanunvericiliyin qeyd olunan müddəalarından məlum olduğu kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, o cümlədən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X1 Məcəlləsinin 353-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti mövcud deyildir. Odur ki, mülahizənin nəzərə alınması xahiş edilmişdir. Qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verməklə, əlavə olaraq izahatında göstərdi ki, barəsində inzibati xəta haqında qərar qəbul edilən tarixdə avtomobildə şebel daşımış, habelə avtomobili Şabran rayonun Gəndov kəndi ərazisində quraşdırılmış tərəzidə çəkilməklə, artıq çəkinin olmaması müəyyən edilsə də, bu barədə ona qaimə verilməmişdir. Bununla yanaşı, sözügedən elektron tərəzinin quraşdırıldığı yol ilə eyni istiqamətdə, ard-arda gedən iki yük avtomobilindən birinin çəkisi normadan artıq, digərinin isə normada olması müəyyən olunur. Eyni zamanda, sürücülərin şikayəti əsasında mübahisəli elektron tərəzinin təmirinə başlanılmışdır. Bununla belə, avtomaşına 5 faiz artıq kütlə yüklənməsinə icazə verildiyi üçün, karxanadan çıxarkən avtomobilinin çəkisi 40550 kiloqram olmuşdur. Odur ki, şikayətinin təmin edilməsi, barəsində elektron qaydada tərtib edilmiş 09 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25445416 nömrəli inzibati xəta haqqında protokol və eyni zamanda qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin nümayəndəsi X5 izahatında bildirdi ki, hazırki inzibati xəta hadisəsi xüsusi texniki vasitə ilə aşkar edilmiş inzibati xətadır. Xüsusi texniki vasitədə göstərildiyi kimi, sürücünün avtomaşında daşıdığı yük normadan artıq olduğu üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən quraşdırılmaqla, müvafiq sertifikata malik olan tərəzi ilə ölçülmüş və Baş X15 İdarəsi mərkəzi informasiya sisteminə inteqrasiya olunmaqla, barəsində elektron qərar qəbul edilmişdir. Həmin ərazidə və respublikanın digər ərazilərində yerləşdirilmiş ölçmə vasitələrinin müvafiq şəhadətnamələri mövcuddur. Bundan başqa, qanunda qeyd olunmuş avtomaşına 5 faiz artıq kütlə yüklənməsinə icazə verilməsi əvvəllər stasionar postlarda yerləşdirilmiş tərəzilər üçün nəzərdə tutulmaqla yanaşı, bu hal kütlənin yaş və ya havanın yağışlı olması üçün nəzərdə tutulmuş, həmçinin elektron ölmə vasitələrinə şamil olunmamışdır. Həmçinin, yolun nahamar olması avtomobildə yükün çox ölçülməsinə dəlalət etmir, belə ki, bu hal avtomobildə olan oxlar ilə ölçülür ki, bu ölçü aparılarkən oxlar arasında zaman fərqi saniyədən də az müddətdir. Adətən sürücülər avtomobillərini karxanalara məxsus olmaqla, heç bir şəhadətnaməsi olmayan tərəzilər ilə çəkirlər ki, bu tərəzilər ilə dövlət tərəfindən quraşdırılmış ölçmə vasitələrində iki ton fərq edir. Odur ki, şikayətin təmin edilməməsi, elektron qaydada tərtib edilmiş 09 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25445416 nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Yol Patrul Xidmətin Alayının inzibati təcrübə üzrə qrupunun inspektoru X7 bildirmişdir ki, Almaniya Federasiyasında istehsal edilmiş “Shacman” markalı yük avtomobilinə karxana ərazisində 60 ton çəkidə kütlə daşınmasına icazə verilsə də, magistral yollarda bu kütlənin daşınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 415 saylı Qərarında qeyd olunduğu kimi, 5 oxlu yük avtomobilinə 40 tona qədər yükün daşınmasına icazə verilir. Bundan əlavə, karxanalarda avtomobillərə traktorlar vasitəsi ilə yüklənən kütlə, avtomobilin dartıcıya yaxın olan hissəsinə çox, arxa tərəfə az vurulur. Avtomobildə olan oxlar ilə isə yük ölçülərkən, hər oxun üzərində olan yük çəkilərək, avtomobilin ümumi yükü hesablanır. Eyni zamanda, şikayətçi tərəfindən təqdim edilmiş qaimədən sonuncunun karxanadan çıxarkən avtomobilinin çəkisinin 550 kiloqram artıq çəkidə olması öz təsdiqini tapır. Qanunvericilikdə avtomobildə olan kütlənin yol verilən kütlədən 5 faiz artıq olmasına icazə verilməsi elektron qaydada ölçülən çəkilərə şamil edilmir. Respublika ərazisində ilk dəfə Bakı-Quba magistral yolunun 128-kilometrliyində quraşdırılmış elektron ölçmə vasitəsi “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin və Türkiyə Respublikası ərazisində fəaliyyət göstərən şirkətin birgə təşkilatçılığı ilə quraşdırılmışdır ki, bu fəsildən olan elektron ölçmə vasitələrinin yanlış ölçmə ehtimalı yoxdur. Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən 09 yanvar 2025-ci il tarixdə tərtib edilmiş EQ seriyalı, 25445416 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X6 09 yanvar 2025-ci il tarixdə, saat 06:25-də “MAN TGX18.440 YÜK” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xızı rayonun Giləzi kəndi ərazisindən keçən Bakı-Quba yolunun 65.1-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “VELVELE” başlıqlı 157544 saylı qaimədən görünür ki, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixdə saat 19:38-də boş çəkisinin 15550 kiloqram, net çəkisinin 24950 kiloqram, dolu çəkisinin 40500 kiloqram olması qeyd edilmiş və həmin qaimə operator tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş “BALAXANİ” başlıqlı 283976 saylı qaimədən görünür ki, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixdə saat 08:26-dA boş çəkisinin 15550 kiloqram, net çəkisinin 24800 kiloqram, dolu çəkisinin 40350 kiloqram olması qeyd edilmiş və həmin qaimə adı və vəzifəsi qeyd edilməyən operator tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiihnisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” X8 “ölçmə vasitələrinin yoxlanılması haqqında” R№033193, ÖVY № 160512 olan şəhadətnaməsinin surətindən görünür ki, 9835A tipli ölçə vasitəsinin son yoxlama tarixi 02 sentyabr 2024-cü il olmaqla, 02 sentyabr 2025-ci il tarixədək istifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 52ci bəndinə əsasən iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarının ümumi müddəalarının 3-cü bəndinə əlavə edilmiş 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya malik olan avtomobilin ümumi kütləsi 40 ton həddi aşmamalıdır. Məhkəmə iş materiallarını və yuxarıda göstərilən qanunvericilik normalarını qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, X6 09 yanvar 2025-ci il tarixdə, saat 06:25-də “MAN TGX18.440 YÜK” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xızı rayonun Giləzi kəndi ərazisindən keçən Bakı-Quba yolunun 65.1-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən 40 ton kütlə parametrlərini 2950 kq aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozmuş və bu hal 9835A nömrəli, ölçmə vasitələrinin yoxlanılması haqqında qüvvədə olan şəhadətnaməsi olan X12 X9 vasitəsilə qeydə alınmış və həmin məlumatlar foto və videoçəkilişi ilə birlikdə DİN BDYP İdarəsinin elektron sisteminə inteqrasiya edilmişdir. Bundan sonra X6 barəsində mübahisəli inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət müəyyən edilməsi göstərilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, X6 tərəfindən İXM ilə yol verilən 5 faiz artıq yük kütləsi də aşılmış və onun çəkisi 42950 kq olmaqla inzibati xətaya yol vermişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Ə.Mirzəyev şikayət ərizəsinə sübut kimi yalnız yükün yola çıxmazdan əvvəl ölçülməsi ilə bağlı “VELVELE” başlıqlı 157544 saylı qaimə və yük yerinə çatan zaman ölçülməsi ilə bağlı “BALAXANİ” başlıqlı 283976 saylı qaimə əlavə etmişdir ki, həmin qaimələrə nəzər saldıqda onlardan birinin ümumiyyətlə imzalanmadığı, digəri isə imzalansa da kim tərəfindən imzalandığı qeyd edilməmiş, ümumiyyətlə həmin qaimələrin kim tərəfindən və hansı əsasla verildiyi göstərilməmişdir. Məhkəmə iclasında Ə.Mirzəyev həmin qaimələrin onların şirkəti tərəfindən onlara məxsus tərəzidə çəkilərək verildiyi bildirilsə də, həmin tərəzilərin lisenziyasının olub-olmaması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, hətta həmin qaimələr sübut kimi qəbul edilsə belə, həmin qaimələrdə Ə.Mirzəyev tərəfindən avtomobilin yük yerindən çıxarkən 40500 kq, yük təyinat yerinə çatarkən 40350 kq olmaqla qanunla yol verilən 40000 kq çəki həddinin aşıldığı müəyyən edilmiş və bu hal onun özü tərəfindən də etiraf edilmişdir. Məhkəmə iclasında İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş qanunla müəyyən olunmuş yükün kütləsinin 5 faiz və daha artıq olduğu təqdirdə inzibati məsuliyyət yaratması halı müzakirə edilmiş və protokol tərtib etmiş şəxsin nümayəndəsi həmin yükün yeraltında quraşdırılmış tərəzilər vasitəsilə qeydə alınması, elektron tərəzilərdə səhvə yol verilə bilmə ehtimalı və hava şəraiti nəzərə alınmaqla müəyyənləşdirildiyi, hər bir halda sürücü tərəfindən qanunla müəyyən edilmiş 40 tondan artıq yük daşınmasına icazə verilmədiyi göstərilmişdir. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, X4 şikayətində irəli sürdüyü dəlillər onun subyektiv mülahizələrinə əsaslanmaqla onun tərəfindən dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25445416 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmadığına və şikayətçi X4 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin 09 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25445416 saylı qərarının ləğv edilməsi barədə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X6 tərəfindən verilmiş şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-70/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-70/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver