Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-73/2024 05.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X3 iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhərinin Heydər Əliyev prospektindəki 139 saylı evin 4-cü mənzilində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X7 icra sənədi üzrə borclu Şəxs İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(005)-120/2022 saylı icra vərəqəsinin icrasını təmin etməyərək, azyaşlı uşağı tələbkara verməkdən yayınır, həmçinin uşağın atası ilə getməsinə təsir etmir. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X7 tərəfindən 05 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X7 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 05 aprel 2024-cü il tarixdə yetkinlik yaşına çatmayan X2 borclu Şəxs alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi üçün icra tədbiri təyin olunmuş, lakin, Gövhər, Əsnanın qulaq xəstəliyi ilə bağlı evdə olduğunu bildirdiyindən, sonuncu ilə söhbət aparılması üçün Siyəzən Rayon İcra Hakimiyyətinin böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqularının müdafiəsi üzrə komissiyanın məsul katibi X8, 4 nömrəli məktəbin psixoloqu X4 ilə birlikdə onların hazırda yaşadıqları ünvan 1 ünvanına gedilmiş, habelə sonuncular Əsna ilə müvafiq söhbət aparmış, bununla bağlı akt tərtib olunmuşdur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(005)-120/2022 saylı icra vərəqəsinə əsasən 28 fevral 2014-cü il təvəllüdlü X6, anası Şəxs alınaraq, atası Zərərçəkmiş şəxs verilməli, eləcə də, ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul Şəxs dövlətin nəfinə tutulmalıdır. Sözügedən icra vərəqəsi üzrə dəfələrlə icra tədbirləri keçirilmiş, həmçinin 12 iyun 2023-cü il tarixdə Şəxs digər icra vərəqəsi üzrə barəsində protokol tərtib edilərək məhkəməyə verildiyi zaman, Əsna məcburi olaraq videoçəkilişlə atası İlqara təhvil verilmiş, bununla bağlı akt tərtib olunmuş, habelə sonuncunun ərizəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli icra vərəqəsinə xitam verilmişdir. Daha sonra, Zərərçəkmiş şəxs Siyəzən rayon icra və probasiya şöbəsinə müraciət edərək qızı Əsnanın onun yanında olmadığını bildirmiş, habelə bununla bağlı ona hüquq və vəzifələri izah edilərək, icranın davam etdirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərardadına əsasən 13 dekabr 2023-cü il tarixdə yenidən icraata başlamaq haqqında qərar qəbul olunmuş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Daha sonra, 24 yanvar 2024-cü il tarixə icra tədbiri təyin edilmiş, həmçinin Gövhər və Əsna Novruzovalar rayon icra və probasiya şöbəsinə gəlsələr də, Zərərçəkmiş şəxs gəlməməsi, eləcə də, hava şəraitinin soyuq olması ilə əlaqədar Gövhər və Əsna getmiş, növbəti icra tədbiri 16 fevral 2024-cü il tarixə təyin edilmiş, həmçinin həmin tarixdə Şəxs digər otağa keçirilərək, Əsna Novruzova atası İlqara verilmiş, lakin Əsna ağlayaraq atasına getməmiş və halı pisləşdiyindən TTTY çağırılaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Belə ki, Şəxs təyin olunmuş icra tədbirlərinə gəlsə də, Əsnaya atası İlqar ilə getməli olduğu barədə profilaktik söhbətlər aparmamaqla, ona təsir etmir. Bundan başqa, 05 aprel 2024-cü il tarixdə təyin olunmuş icra tədbiri zamanı psixoloq Yeganə Məmmədova, Əsna Novruzovanın səlis şəkildə öz fikrini ifadə etdiyini, atasına getmək istəmədiyini, ona anası Gövhər tərəfindən əvvəllər atası ilə getməsi barədə təsir göstərdiyini bilmədiyini, lakin, hal-hazırda uşağa heç bir təsirin olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək, izahatında göstərdi ki, 12 iyun 2023-cü il tarixdə, saat 18:00 radələrində qızı Əsna ondan alınaraq atası İlqara verilmiş, lakin 10-15 dəqiqə sonra sonuncu ona mobil telefon vasitəsilə zəng vuraraq Əsnanın ağlamasını bildirmiş, habelə qızını gətirib onun anası və atası ilə yaşadığı ünvan 1 ünvanında təhvil vermişdir. Bundan sonra, 06 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısından onun xəbəri olmadan qızı Əsnanı götürüb, əmisi İsmixanın Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən evinə aparmışdır. Daha sonra, adını demək istəmədiyi şəxs ona sms yazaraq, qızı Əsnanın ağladığını, onsuz qala bilmədiyini qeyd etmişdir. Bundan sonra o, 19 noyabr 2023-cü il tarixdə qızı Əsnanı görmək üçün Sabunçu RPİ-nin əməkdaşı ilə birlikdə İlqarın əmisi İsmixanın Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən evinə getmiş, orada ona və polis əməkdaşına İlqar, eləcə də qohumları hücum etmişdir. Daha sonra, qızı Əsnanı görməsi üçün gətirmədiklərinə görə icra məmuruna məlumat vermiş, 20 noyabr 2023-cü il tarixdə keçmiş qayınatası Süleyman Novruzov ona zəng vuraraq, Əsnanı görməsi üçün onların yaşadıqları evə gəlməsini istəmişdir. Bundan sonra o, keçmiş qayınatası Süleyman Novruzovun yaşadığı ünvana getmiş, orada oğlu Süleyman ona yaxın gəlməsə də, qızı Əsnanın ağladığını görmüşdür. Belə ki, Əsna ilə 6 saatlıq görüş aldığından sonuncunu özü ilə aparıb 6 saatdan sonra gətirib təhvil verəcəyini bildirmiş, habelə qızı ilə çıxıb getmişdir. Görüş zamanı Əsna ağlayaraq ondan ayrılmaq istəmədiyini, onunla birlikdə qalmaq istədiyini, atası ilə birlikdə olarkən masanın üzərində olan bıçaq ilə özünü öldürmək istədiyini qeyd etdiyindən, polis əməkdaşına mobil telefon vasitəsi ilə zəng vuraraq qızının ondan ayrılmaq istəmədiyini, bu səbəbdən də, atasına təhvil verə bilməyəcəyini bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs videogörüntü ilə zəng vurmuş, bu zaman qızı Əsna atası İlqara onu çox istədiyini, lakin onunla birlikdə qalmaq istəmədiyini qeyd etmişdir. Daha sonra, Əsna ağlayıb ondan ayrılmaq istəmədiyindən məcbur olub uşağı özü ilə aparmışdır. Bundan sonra, 24 yanvar 2024-cü il tarixə təyin edilmiş icra tədbiri zamanı qızı Əsna ilə birlikdə Siyəzən rayon icra və probasiya şöbəsinə gəlmiş, lakin Zərərçəkmiş şəxs gəlməməsi, eləcə də, hava şəraitinin soyuq olması ilə əlaqədar geri qayıtmışlar. Daha sonra, 16 fevral 2024-cü il tarixə təyin olunmuş icra tədbiri zamanı, qızı Əsna ondan alınaraq atası İlqara verilmiş, lakin Əsna ağlayaraq atasına getməyib, onun yanına qayıtmış, habelə bu zaman sonuncuda qıcolma baş verdiyindən təcili təxirəsalınmaz tibbi yardıma müraciət etmişdir. Bundan başqa, qızı xəstə olduğundan 05 aprel 2024-cü il tarixdə psixoloq Yeganə Məmmədova, onların yaşadıqları evdə onun iştirakı olmadan Əsna ilə söhbət aparmış, sonuncu atası ilə getmək istəmədiyini bildirmişdir. O, Əsna Novruzovaya atası İlqar ilə getməməsi barədə heç bir təzyiq göstərmir, habelə uşaqların ananın himayəsinə verilməsi tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, lakin babası vəfat etdiyindən məhkəmədə iddia qaldıra bilməmişdir. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 12 iyun 2023-cü il tarixdə qızı Əsna ona təhvil verilərək videoçəkiliş vasitəsilə, avtomobilinə əyləşdirilmiş, habelə hərəkətdə olan zaman Şəxs atası ilə qohumu da, onun arxası ilə gəldiklərindən, qızını özü ilə apara bilməmişdir. Bundan sonra, 06 noyabr 2023-cü il tarixdə işi olduğundan Siyəzən rayonuna gəlmiş, habelə qızı Əsnanı götürüb yaşadığı Bakı şəhəri Nərimanov rayonuna aparmışdır. Daha sonra, 20 noyabr 2023-cü il tarixdə Şəxs ora gələrək, qızı Əsnanı uşaqla görüşmək üçün götürüb özü ilə aparmış, lakin geri qaytarmamışdır. Bundan başqa,16 fevral 2024-cü il tarixə təyin olunmuş icra tədbiri zamanı, Şəxs, qızı Əsna, alınaraq ona verildiyində isə sonuncu ağlayaraq anasının yanına getmişdir. Belə ki, qızı Əsna, Gövhərin və sonuncunun anasının təsiri altındadır. Odur ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan mötəbər sənədlərin surətlərindən görünür ki, 28 fevral 2014-cü il təvəllüdlü X2 anası, borclu Şəxs alınaraq, atası, tələbkar Zərərçəkmiş şəxs verilməsi, həmçinin 120 manat ekspertiza xərcinin borcludan dövlətin nəfinə tutulması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(005)-120/2022 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin əməkdaşlarının, həmçinin İlqar, Gövhər Novruzovlar və hal şahidləri Süleyman Novruzov, Sərrah Güləliyev tərəfindən tərtib edilmiş 12 iyun 2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(005)-120/2022 saylı icra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs qızı Əsna Novruzovanı atası Zərərçəkmiş şəxs təhvil verilməsi üçün rayon icra və probasiya şöbəsinə gətirmiş, habelə tələbkar Zərərçəkmiş şəxs qızı Əsnanı maneəsiz olaraq təhvil almaqla, uşaqla bərabər özünə məxsus avtomobilə əyləşib çıxıb getmişdir. İşdə olan tələbkar Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş 12 iyun 2023-cü il tarixli ərizədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(005)-120/2022 saylı icra vərəqəsinə əsasən ona verilməli olan 28 fevral 2014-cü il təvəllüdlü X6 borclu Şəxs tərəfindən rayon icra və probasiya şöbəsinə gətirilmiş, habelə o, sərbəst şəkildə, maneəsiz rayon icra və probasiya şöbəsinin əməkdaşlarının köməkliyi ilə uşağını şəxsi avtomobilinə əyləşdirib aparmışdır. Bununla da, məhkəmə qətnaməsinin icrası tam təmin olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru Cəmilə Babayeva tərəfindən qəbul edilmiş 21 iyul 2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, icra sənədində qeyd olunan tələblər borclu Şəxs tərəfindən tam şəkildə təmin olunduğundan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(005)-120/2022 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2023cü il tarixli, 8(005)-373/2023 saylı qərardadının surətindən görünür ki, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru Cəmilə Babayevanın icra sənədinin icraatına xitam verilməsi haqqında 21 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-120/2022 saylı icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. İşdə olan 13 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-120/2022 saylı icra sənədi üzrə icraata başlanılmış və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 16 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-120/2022 saylı icra vərəqəsi üzrə icra tədbirləri zamanı yetkinlik yaşına çatmayan 28 fevral 2014-cü il təvəllüdlü X6 atasına getməmiş, sonradan sonuncunun halı pisləşmiş və TTTY çağırılaraq o, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, bununla da icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. İşdə olan “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin 19 fevral 2024-cü il tarixli, 18-1-69/2-G-74-xx-xx/2024 saylı arayışının surətindən görünür ki, 28 fevral 2014-cü il təvəllüdlü X6 16 fevral 2024-cü il tarixdə, saat 13:11 və 19:25 radələrində TTTY bölməsinə müraciət etmiş, habelə ona nevrasteniya, qıcolmadan sonrakı vəziyyət, baş ağrısı diaqnozu qoyulmuşdur. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin əməkdaşları, Siyəzən Rayon İcra Hakimiyyətinin böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqularının müdafiəsi üzrə komissiyanın məsul katibi X8, 4 nömrəli məktəbin psixoloqu X4 və Şəxs tərəfindən tərtib edilmiş 05 aprel 2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(005)-120/2022 saylı icra vərəqəsi üzrə icra tədbirləri zamanı X2 xəstələnməsi, qulağının ağrıması səbəbi ilə yataqda müalicə alması müəyyən olunmuş, həmçinin sonuncu yenə də, atası ilə getmək istəmədiyini və anası ilə qalmaq istəməsini bildirmişdir. Həmçinin, Günel Ağayeva bildirmişdir ki, Əsna Novruzova atası ilə getmək istəmir, həmçinin anası ona təsir etmir. Bundan başqa, psixoloq Yeganə Məmmədova, Əsna Novruzovanın səlis şəkildə öz fikrini ifadə etdiyini, atasına getmək istəmədiyini, ananın uşağa əvvəllər təsir göstərdiyini bilmədiyini, lakin, hal-hazırda uşağa heç bir təsirin olmadığını qeyd etmişdir. İşdə olan 05 aprel 2024-cü il tarixli izahatının surətində Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-120/2022 saylı icra vərəqəsi üzrə ekspertiza təqqiqatının dəyəri olan 120 manatı ödədiyini, uşağı Əsna Novruzovanın atasına getməsi üçün əlindən gələni etdiyini, lakin Əsnanın getmək istəmədiyini, həmçinin sonuncunun atasına getməsi üçün heç bir təzyiq göstərmədiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Bakı 12 saylı Mediasiya Təşkilatının 29 yanvar 2024cü il tarixli, MŞB/12/2024-00016 saylı arayışının surətindən görünür ki, uşaqların ananın himayəsinə verilməsi tələbi ilə bağlı tərəflər Şəxs və Zərərçəkmiş şəxs prosesin davam etdirilməsinə razılıq verməmişlər. Məhkəmə iclasında nümayiş etdirilməklə, tədqiq olunmuş videogörüntüdə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa oturacağında oğlu Süleymanın və qızı Əsnanın əyləşdikləri, eləcə də, Əsna Novruzovanın ucadan ağlaması müşahidə olunur. İcra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi halın mövcud olmadığı barədə nəticəyə gəlirəm. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Yəni, bu maddə qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinin qeyd olunan aktları qərəzli icra etməmə və icrasına maneçilik törətmə kimi iki üsulunu nəzərdə tutmuşdur. Sözügedən hər iki üsul İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci üsul şəxsin hərəkətinə qiymətverici yanaşma olduğu halda, ikinci üsul konkret, əməli hərəkətlərində ehtiva olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə iclası zamanı tədqiq olunmuş möbətər sübutlar, həmçinin öyrənilmiş icra işi ilə müəyyən edilmişdir ki, hazırda Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaradan spesifik əlamətlər, yəni Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(005)-120/2022 saylı icra vərəqəsini qərəzli icra etməmə və bu icra sənədinin icrasına maneçilik törətmə halları aşkar edilməmişdir. Belə ki, borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkətlər edilməmiş, habelə sözügedən icra sənədi üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pulu ödəmiş, eləcə də, Siyəzən rayon icra və probasiya şöbəsinin çağırışlarına vaxtlıvaxtında getməklə, 28 fevral 2014-cü il təvəllüdlü Əsna Novruzovanı da atası, tələbkar Zərərçəkmiş şəxs verilməsi üçün rayon icra və probasiya şöbəsinə aparmış, icra hərəkətləri zamanı uşağın atası, tələbkarla getməsinə şərait yaratmaq məqsədilə kənarda dayanmaqla, icra hərəkətlərinin həyata keçirilməsi üçün maneçilik yaratmamış (inzibati xəta haqqında materiala və icra işinə əlavə edilmiş aktlara əsasən), lakin Əsna Novruzova özü hər dəfəsində atası, tələbkar Zərərçəkmiş şəxsla getməkdən imtina etməklə, bunu kəskin şəkildə emosional formada ifadə etmişdir. Hətta, 28 fevral 2014-cü il təvəllüdlü Əsna 12 iyun 2023-cü il tarixdə atası ilə getsə də, sonradan yenidən anası, borclu Şəxs yanına qayıtmış, sonuncuya emosional bağlılığını nümayiş etdirmişdir. Bundan sonra, məlum icra sənədi üzrə icra tədbirləri yenidən davam etdirilsə də, görülən tədbirlər uşağın iradəvi hərəkətləri nəticəsində başa çatmamışdır. Eyni zamanda, Siyəzən rayon icra və probasiya şöbəsinin əməkdaşlarının, Siyəzən Rayon İcra Hakimiyyətinin böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqularının müdafiəsi üzrə komissiyanın məsul katibi X5, 4 nömrəli məktəbin psixoloqu X1 və Şəxs iştirakları ilə 05 aprel 2024-cü il tarixdə tərtib edilmiş aktda da Əsna Novruzovanın fikirlərini səlis şəkildə ifadə etməsi, uşağın atası ilə getmək istəməməsi, habelə uşağa heç bir təsirin olmaması aşkar şəkildə göstərilmişdir. Beləliklə, bütün bu göstərilənlər hazırkı vəziyyətdə icra sənədinin borclu Şəxs tərəfindən həqiqətən də, qəsdən icra edilməməsinə əsas olan fikirləri aradan qaldırır. Bu mənada, hesab edirəm ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(005)-120/2022 saylı icra vərəqəsinin “uşağın ataya verilməsi” hissəsində icrasının mümkünsüzlüyü borclu Şəxs hərəkətləri ilə birbaşa bağlı, səbəbliəlaqədə olmamışdır ki, belə olan halda da onun əməlində inzibati xəta əməlinin tərkibi olması qənaətinə gəlib, onu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilmək yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gələrək, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi hazırda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da belə nəticəyə gəlmək olar ki, icra sənədinin icra edilməməsi, borclunun icradan boyun qaçırması, icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-73/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-73/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver