Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-75/2024 08.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X4 iştirakları ilə 18 avqust 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhərinin Fizuli küçəsindəki 39 saylı evdə qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X6 icra sənədi üzrə borclu Şəxs İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra sənədinə əsasən 2460,70 manat borcu Zərərçəkmiş şəxs ödəməmişdir. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X6 tərəfindən 08 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X6 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 09 fevral 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra vərəqəsi daxil olmuş, habelə bununla bağlı həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxs yaşadığı ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Belə ki, sözügedən icra vərəqəsinə əsasən borclu Raman Sədrəddinovdan tələbkar Zərərçəkmiş şəxs xeyrinə 3300 manat və 320 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə pul tutulmalı, həmçinin borclular Raman və Şəxslardan müştərək qaydada tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 38%-i, yəni 11,40 manatı tutularaq ödənilməlidir. Qeyd etdiklərinə əsasən borclu Şəxs ona düşən 2460,70 manat borcu tələbkar Zərərçəkmiş şəxs ödəməlidir. Bundan başqa, 26 iyul 2023-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, habelə həmin qərar, icra vərəqəsi və icraata başlamaq haqqında qərar ilə birlikdə borclu Şəxs yaşadığı ünvana göndərilmişdir. Daha sonra, 26 yanvar 2024-cü il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş, habelə borclu Şəxs Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən 08 aprel 2024cü il tarixdə, təxminən saat 11:00 radələrində saxlanılaraq rayon icra və probasiya şöbəsinə gətirilib təhvil verilmişdir. Saxlanılanadək sözügedən icra sənədi ilə bağlı borclu Şəxs, tələbkar Zərərçəkmiş şəxs heç bir ödəniş etməmiş, lakin hazırda sonuncuya borcundan 500 manat qaytarmaq istəsə də, tələbkar pulunun hissə-hissə deyil, tam olaraq ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 15 may 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək sözügedən icra vərəqəsinin icrası ilə bağlı ona köməklik göstərilməsini xahiş etmiş, habelə həmin tarixədək sözügedən icra vərəqəsindən məlumatı olmamışdır. Belə ki, saxlanılanadək axtarışda olduğunu bilmiş, habelə həmin müddətdə Siyəzən Rayon Məhkəməsinə icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizə ilə müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir. Bundan başqa, avtoyuma məntəqəsində yuyucu işləməklə, aylıq təxminən 400-500 manat gəlir əldə edir, lakin himayəsində xəstə uşağı olduğundan Zərərçəkmiş şəxs borcundan ödəniş edə bilməmişdir. Bununla yanaşı, hazırda tələbkar Zərərçəkmiş şəxs 500 manat ödəniş etməyə hazır olmaqla, qalıq borcunu 3 ay ərzində sonuncuya ödəyəcəkdir. Odur ki, ailəsinin yeganə qazanc gətirəni olmaqla, dolanışığını təmin etməsinin, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində biri xəstə olmaqla, iki uşağının olmasının nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 4 ildən artıq olar, borclular Kamil və Raman Sədrəddinov qardaşları ona olan borclarını ödəmirlər. Belə ki, borclular “Facebook” sosial şəbəkəsində olan “Siyəzən Azərbaycan” səhifəsində ona qarşı kəskin nalayiq ifadələr işlədərək, pulu qəti şəkildə verməyəcəklərini bildirmişlər. Bununla yanaşı, borcluların qohumları da, onunla əlaqə saxlamış, ona qarşı nalayiq təhqiramiz ifadələr işlətmişlərr. Bundan başqa, ona olan borcun hissə-hissə deyil, tam şəkildə ödənilməsini tələb etməklə, borcu uzun müddət ödəmədiyinə görə Şəxs barəsində ciddi tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı sənədi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. həmçinin SMS çağırışlar göndərilmişdir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra sənədinə əsasən borclular X1 və Şəxs müştərək qaydada tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 38%-i, yəni 11,40 manatı tutularaq ödənilməlidir. Bundan başqa, Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 8(059)- 32/2023 saylı qərardadı ilə bu məhkəmənin 02 iyun 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmışdır. Həmçinin, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra sənədinin icrası ilə əlaqədar rayon icra və probasiya şöbəsi tərəfindən 26 yanvar 2024-cü il tarixdə borclu Şəxs barədə axtarış elan edilmişdir. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 8(059)- 4/2024 saylı qərardadı ilə bu məhkəmənin 02 iyun 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən 08 aprel 2024-cü il tarixdə tərtib edilməklə, Siyəzən Rayon Məhkəməsinə, eləcə də rayon icra və probasiya şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, borclu Şəxs müxtəlif bəhanələrlə Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra sənədinin icrasından boyun qaçırmaqla qərəzli olaraq təmin etməmiş, bu səbəbdən də borcunu tam ödəmədiyi halda barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 26 oktyabr 2015-ci il təvəllüdlü Nadir və 26 iyul 2019-cu il təvəllüdlü Nilay adında uşaqları vardır. İş materiallarına əlavə olunmuş Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin 12 iyul 2023-cü il tarixli, 963 nömrəli məktubunun surətindən görünür ki, 12 iyul 2023-cü il tarixdə Quba rayon PNRM-də həkim psixiatrik komissiyasında olmuş26 oktyabr 2015-ci il təvəllüdlü X2 orta dərəcəli əqli gerilik, davranış pozğunluqları ilə, nitqin artikulyasiyasının spesifik pozuntusu diaqnozu qoyulmaqla, ona X3 Mərkəzində həkim psixiatrın, nevropatoloqun müşahidəsi məsləhət görülmüş və uşağın əlavə qulluğa və nəzarətə ehtiyacı olması bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən onun fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, ailəsinin yeganə qazanc gətirəni olaraq, dolanışığını təmin etməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində biri xəstə olmaqla, iki övladının və real olaraq 500 manat ödəniş etməyə cəhd göstərməklə, ödənişləri davam etdirmək niyyətinin olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, ailəsinin yeganə qazanc gətirəni olaraq, dolanışığını təmin etməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, himayəsində biri xəstə olmaqla, iki övladının və real olaraq 500 manat ödəniş etməyə cəhd göstərməklə, ödənişləri davam etdirmək niyyətinin olması kimi yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-75/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-75/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver