Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-76/2022 11.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə 12 dekabr 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin A.Zahirov küçəsindəki 34 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 09 aprel 2022-ci il tarixdə saat 12:30-da Siyəzən şəhəri, S. Xeyrullayev küçəsində oğurluq hadisəsi və barəsində olan 850016 nömrəli axtarış işi ilə bağlı ictimai qaydanı mühafizə edən polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə dəvət olunan zaman qaçaraq tabesizlik göstərmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən 11 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Anar Əmirov tərəfindən tərtib edilmiş raport icraatına daxil olmuş və həmin raportla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində onun tərəfindən material toplanmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Siyəzən RPŞ-də axtarışda olduğunu bilsə də, çağırışlara getməkdən dəfələrlə yayınmış, hətta yaşadığı Siyəzən şəhərinin A.Zahirov küçəsindəki 34 saylı evə gəlmiş polis əməkdaşlarından qaçıb gizlənmişdir. 09 aprel 2022-ci il tarixdə, saat 12:30 radələrində Siyəzən şəhərinin S. Xeyrullayev küçəsində hərəkət edərkən Siyəzən RPŞ-nin əvvəldən tanıdığı mülki geyimli əməkdaşları ona yaxınlaşıb, oğurluq hadisəsi ilə bağlı şübhəli, eləcə də axtarışda olduğunu bildirərək, onu RPŞ-yə dəvət etmişlər. O, buna ciddi şəkildə narazılıq etməklə, təklif əsasında getməkdən imtina edib, sözügedən küçə ilə qaçmağa başlamışdır. Bu zaman polis əməkdaşları onu səsləyərək, dayanmasını istəsələr də, o, bu təklifə əhəmiyyət vermədən qaçmağa davam etmişdir. Lakin, arxası ilə qaçan polis əməkdaşları onu saxlaya bilmiş, habelə təkrarən onu RPŞ-yə dəvət etmişlər. Buna baxmayaraq, o, yenidən polis əməkdaşlarına öz iradını kəskin şəkildə bildirib, onlarla RPŞ-yə getməkdən imtina etməklə, təkrarən qaçmağa cəhd etsə də, öz istəyinə nail ola bilməmiş, habelə RPŞ-yə aparılaraq, növbətçi hissəyə təhvil verilmişdir. O, etdiyi əməlin məsuliyyətini dərk edir. Odur ki, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili X5 izahatında göstərdi ki, 09 aprel 2022-ci il tarixdə CAB-ın əməliyyat müvəkkili X8 ilə birgə Siyəzən rayonunun ərazisində xidmətdə olduqları vaxt, saat 12:30 radələrində şəhərin S. Xeyrullayev küçəsində İTB-də 850016 nömrəli axtarış işi ilə axtarılan, habelə rayon sakini X1 evində baş vermiş oğurluqda şübhəli Şəxs görüb, ona yaxınlaşmış və axtarışda olduğu üçün sonuncunu RPŞ-yə dəvət etmişlər. Lakin, Şəxs axtarışda olduğunu bildikdə, qaçmağa başlamış, onlar isə arxası ilə qaçaraq, ondan dayanmasını tələb etmişlər. Buna baxmayaraq, Şəxs onların qanuni tələblərinə məhəl qoymadan qaçmağa davam etmişdir. Bir müddət sonra Şəxs saxlamağa müvəffəq olsalar da, sonuncu yenidən onlarla RPŞ-yə getməkdən imtina edərək, qaçmağa cəhd göstərmiş, lakin buna nail ola bilməmiş, habelə RPŞ-yə aparılaraq növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X8 şahid Babək Güləliyevin izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs 09 aprel 2022-ci il tarixdə saat 12:30-da Siyəzən şəhəri, S. Xeyrullayev küçəsində oğurluq hadisəsi və barəsində olan 850016 nömrəli axtarış işi ilə bağlı ictimai qaydanı mühafizə edən polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə dəvət olunan zaman qaçaraq tabesizlik göstərmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs əməlində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məsuliyyəti ağırlaşdıran halın olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər mülkiyyət, eləcə də idarəçilik qaydaları əleyhinə inzibati xətalar törətməsinə görə müvafiq olaraq inzibati tənbehlər edilməsinə, eləcə də mülkiyyət əleyhinə cinayət törətməsi ilə əlaqədar məhkum olunmasına baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yüngülləşdirici halı nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 09 aprel 2022-ci il tarixdə, saat 12:30 radələrindən faktiki saxlanılması, habelə həmin gün saat 15:28-də inzibati qaydada tutulması, bundan sonra azad edilməyərək, məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 09 aprel 2022-ci il tarixdən saat 12:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-76/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-76/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver