Məhkəmə qərarları › İş №3(059)-77/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-77/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-77/2023 11.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 2000-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 08 aprel 2023-cü il tarixdə, saat 17:00 radələrində Siyəzən rayonunun “Pirin altı” adlanan ərazisində yüksək səslə danışmaması və nalayiq ifadələr işlətməməsi ilə əlaqədar ictimai qaydanı mühafizə edən Siyəzən RPŞ-nin əməkdaşlarının nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə məhəl qoymamış, habelə onların yanında öz hüquqazidd hərəkətlərini davam etdirərək, sonuncuların onlarla şöbəyə getməklə, bağlı qanuni tələbinə də qəsdən tabe olmayaraq, oradan qaçmağa cəhd göstərmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 11 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 08 aprel 2023-cü il tarixdə, saat 17:00 radələrində Siyəzən rayonunun “Pirin altı” adlanan ərazisində qarğıdalı (popkorn) satarkən biri mülkü geyimdə, digəri isə polis formasında olan iki nəfər ona yaxınlaşaraq, özlərini təqdim etmiş, hansı səbəbdən ictimai yerdə uca səslə danışıb, nalayiq ifadələr işlətməsini soruşmuşlar. Bundan əlavə, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, həmin vaxt istifadə etməmiş, ancaq özünü narahat hiss etmişdir. Eyni zamanda, polis əməkdaşları onu RPŞ-yə aparacaqlarını bildirdiklərində, qorxduğuna görə şöbəyə getmək istəməmişdir. Daha sonra, polis əməkdaşları onu avtomobilə əyləşdirib, aparmaq istədikdə, qaçmağa çalışsa da, buna nail ola bilməmiş, sonuncular tərəfindən saxlanılaraq, Siyəzən RPŞ-yə aparılmış, orada olarkən nalayiq ifadələr işlətməmiş, həmçinin avtomobilə və yaxud hər hansı bir inventara zərər yetirməmişdir. Bundan sonra, həmin gün Siyəzən RPŞ-dən azad edilərək, məhkəməyə gələcəyi bildirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili X4 izahatında göstərdi ki, o, Şəxs əvvəllər tanımamışdır. 08 aprel 2023-cü il tarixdə, saat 17:00 radələrində Siyəzən rayonunun “Pirin altı” adlanan ərazisində Siyəzən RPŞ-nin YYÇPİTQ-nun baş inspektoru X1 ilə birlikdə sonuncunun şəxsi avtomobili ilə xidmət aparan zaman bir nəfər şəxsin, yəni Şəxs yüksək səslə danışdığını, həmçinin manqalın yanında ünvansız nalayiq ifadələr işlətdiyini eşidib, ona yaxınlaşaraq, özlərini təqdim etmiş, habelə Şəxs hansı səbəbdən nalayiq ifadələr işlətdiyini soruşmaqla, sakitləşməsini istədiklərində, sonuncu onların qanuni tələblərinə tabe olmayıb, qaçsa da, Əbdülkərim Məmmədov onu saxlamışdır. Daha sonra, yenidən Şəxs qanunun tələblərinə riayət etməklə, ictimai yerdə səs-küy salmaması və nalayiq ifadələr işlətməməsi bildirilsə də, o, buna məhəl qoymayaraq, təkrarən qaçmağa cəhd göstərmişdir. Həmin vaxt, Şəxs narkotik vasitələrin təsiri altında olduğunu hiss etmiş, habelə ona qanuni tələblərə riayət etməsini bildirib, onlarla birlikdə Siyəzən RPŞ-yə getməsini tələb etsələr də, o, yenidən buna etiraz etmişdir. Daha sonra, Şəxs tərəflərindən məcburi şəkildə avtomaşına əyləşdirilərək, RPŞyə aparılıb, təhvil verilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən görünür ki, Şəxs 08 aprel 2023-cü il tarixdə, saat 17:00 radələrində Siyəzən rayonunun “Pirin altı” adlanan ərazisində yüksək səslə danışmaması və nalayiq ifadələr işlətməməsi ilə əlaqədar ictimai qaydanı mühafizə edən Siyəzən RPŞnin əməkdaşlarının nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə məhəl qoymamış, habelə onların yanında öz hüquqazidd hərəkətlərini davam etdirərək, sonuncuların onlarla şöbəyə getməklə bağlı qanuni tələbinə də qəsdən tabe olmayaraq, oradan qaçmağa cəhd göstərmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi və gənc yaşda olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Eyni zamanda, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 3(059)-204/2022 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, təqsirinin dərəcəsini, o cümlədən son bir il ərzində inzibati xəta törətməsinə görə müvafiq olaraq inzibati tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da tərbiyələnmək niyyətinin olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar