Məhkəmə qərarları › İş №3(059)-78/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-78/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-78/2024 23.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxxxx 1991-ci il tarixdə Beyləqan rayonunun, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Beyləqan rayonunun, Yuxarı Çəmənli ərazi dairəsinin, Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 22 aprel 2024-cü il tarixdə, saat 21:30 radələrində Siyəzən rayon Polis Şöbəsinin inzibati binasında polisin ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının iş rejimini pozmuş, həmçinin, onların nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayıb, öz hərəkətlərini davam etdirməklə , ictimai qaydanı pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 22 aprel 2024-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 3(059)-78/2024 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-78/2024 saylı və 3(059)- 79/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-78/2024 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X2 tərtib etdiyi protokolları müdafiə etməklə, onların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 22 aprel 2024-cü il tarixdə, saat 21:30 radələrində Siyəzən RPŞ-də əməliyyat qrupunun üzvü olarkən, RPŞ-nin inzibati binasının 2-ci mərtəbəsində yerləşən CAB-nin baş əməliyyat müvəkkili Şahid1 xidməti otağından səs-küy gəldiyini eşidib, ora getmiş, habelə otaqda mübahisə yarandığını, orada masanın üzərində olan əşyaların yerdə dağınıq şəkildə olduğunu görmüşdür. Belə ki, həmin vaxt otaqda olan Şəxs nalayiq ifadələr işlətdiyindən, sonuncunu Şahid1 ilə birlikdə nizam intizama dəvət edib, dəfələrlə polisin iş rejimini pozmamasını təklif etməklərinə baxmayaraq, Gülağa buna məhəl qoymamış, öz hüquqazidd əməllərini davam etdirmişdir. Bundan bir qədər sonra, həmin tarixdə Şahid1 tərəfindən tərtib olunmuş raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokolları tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 22 aprel 2024-cü il tarixdə Siyəzən RPŞ-dən ona mobil telefon vasitəsilə zəng olunaraq RPŞ-yə gəlməsi təklif olunmuş, habelə həmin gün, nahardan sonra ora getmişdir. Orada olarkən polis əməkdaşları tərəfindən Tural adlı şəxsə məxsus traktorun yandırılması ilə bağlı şübhəli şəxs qismində dəvət olunduğu ona bildirilsə də, RPŞ-də olduğu müddət ərzində nalayiq ifadələr işlətməmiş, habelə polisin qanuni tələblərinə tabesizlik göstərməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələri ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 izahatında göstərdi ki, Siyəzən rayonunun Böyük Həmyə kəndi ərazisində traktorun yandırılması ilə bağlı RPŞ-nin icraatında olan cinayət işi ilə əlaqədar 54134 nömrəli əməliyyat axtarış işi açılmışdır. Məhz bu minvalla 22 aprel 2024-cü il tarixdə sözügedən cinayət işi ilə əlaqədar olaraq Şəxs şübhəli şəxs qismində RPŞ-nə dəvət olunmuş, bu zaman onunla aparılan sorğu-sualdan hiddətlənən sonuncu onu xidməti otağında işdən azad etdirəcəyi ilə hədələyərək, polisin ünvanına nalayiq ifadələr işlətməklə səs-küy salmış, habelə masasının üzərində olan monitoru, eləcə də, sənədləri yerə dağıtmışdır. Bundan sonra, səs-küyə Siyəzən RPŞ-nin KTQ-nun baş inspektorukriminalist Şahid2 və İTB-nin sahə rəisi X2 gəlmiş, habelə sonuncuların köməkliyi ilə Şəxs sakitləşdirməyə çalışsalar da, hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin KTQ-nun baş inspektoru-kriminalist Şahid2 izahatında göstərdi ki, 22 aprel 2024-cü il tarixdə, saat 21:30 radələrində Siyəzən RPŞ-də xidməti otağında olan zaman, yan otaqdan, yəni baş əməliyyat müvəkkili Şahid1 xidməti otağından səs-küy gəldiyini eşidib, ora keçmiş, habelə bu zaman Şəxs Şahid1 ilə mübahisə etdiyini, izahat vermədiyini, sonuncunun nizam intizama riayət etməsi barədə təklifinə məhəl qoymadığını, ucadan polisin ünvanına nalayiq ifadələr işlətdiyini, masanın üzərində olan kağızları və monitoru yerə atdığını, tabesizlik göstərdiyini görmüşdür. Bundan sonra, RPŞ-nin İTB-nin sahə rəisi X2 da ora gəlmiş, habelə sənədləşdirmə işləri aparılmışdır. Belə ki, mübahisə və sənədləşdirmə işləri ümumilikdə təxminən 30 dəqiqə davam etmişdir. İşdə olan sənədlərdən, o cümlədən raportlardan, fotoşəkillərdən və izahatlardan görünür ki, Şəxs Siyəzən rayon Polis Şöbəsinin inzibati binasında polisin ünvanına nalayiq ifadələr işlədərək polis əməkdaşlarının iş rejimini pozmuş, həmçinin, onların nizamintizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayıb, öz hərəkətlərini davam etdirməklə , ictimai qaydanı pozmuşdur. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 01 iyun 2022-ci il təvəllüdlü Hüseynəli adında bir azyaşlı uşaqı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, himayəsində bir azyaşlı uşağının olması kimi yüngülləşdirən halın olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni vaxtda iki inzibati xəta törətməsini, bu cür davranışları ilə idarəçilik qaydalarının pozulduğunu, eləcə də bilavasitə ümumilikdə cəmiyyətin mənəviəxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, başlanmış cinayət işi ilə əlaqədar olaraq izahatı alınması üçün dəvət olunduğu Siyəzən RPŞ-də xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onların qanuni tələblərinə əməl etməyib, polisin iş fəaliyyətini pozmasını, habelə hərəkətlərini davam etdirərək, polisin ünvanına nalayiq ifadələr işlətməsini, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 22 aprel 2024-cü il tarixdən saat 21:37-dən inzibati qaydada tutulması və buraxılmadan məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 22 aprel 2024-cü il tarixdən saat 21:37-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar