Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-80/2024 15.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 353.5-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin YPXA-nın İ tağımının baş yol patrul xidməti inspektoru X2 tərəfindən tərtib olunmuş 26 yanvar 2024cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 yanvar 2024-cü il tarixdə, saat 15:01-də idarə etdiyi “HOWO 8X4 ZZ3317N3867W” yük markalı, ** SD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Siyəzən rayonunun ərazisindən keçən Bakı-Quba-Dağıstan sərhədi yolunun 83 kilometrliyi ilə hərəkətdə olarkən idarə etdiyi iriqabaritli və ağırçəkili avtomobildəki yükə münasibətdə il ərzində təkrar icazə verilən çəkini aşmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 353.5-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 07 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətsə də, bu xətaya görə tənbeh edildiyi cərimə cəzasını ödəmişdir. Bundan başqa, o, 26 yanvar 2024-cü il tarixdə idarə etdiyi “HOWO 8X4 ZZ3317N3867W” yük markalı, ** SD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Siyəzən rayonunun Qalaaltı kəndi ərazisində çay daşları yüklətdirmiş, habelə həmin tarixdə, saat 15:01-də idarə etdiyi avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun 83 kilometrliyi ilə Bakı istiqamətində hərəkətdə olarkən yəni, Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən stasionar posta çatmasına az qalmış, avtomobili saxlanılmış, bu zaman idarə etdiyi avtomobil yüklə birlikdə çəkildikdə avtomobilin 2 ton artıq çəkidə, yəni 34 ton çəkidə olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan, Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin 3 saylı X1 26 yanvar 2024-cü il tarixli, 100499 nömrəli qaiməsindən görünür ki, həmin tarixdə “HOWO” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daşınan yükün 37 ton 535 kq çəkidə olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “X7 Sınaq” MMC “Ölçmə vasitələrinin yoxlanılması haqqında” 02993/3-2023 nömrəli şəhadətnaməsinin surətindən aydın olur ki, “CAS NT- 501A” tipli, zavod (seriya) nömrəsi ********* olan elektron avtomobil tərəzisinin son yoxlama tarixi 29 dekabr 2023-cü il olmaqla, 29 dekabr 2024-cü il tarixədək istifadə oluna bilər. İş materiallarında olan 19 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun əsasında 07 sentyabr 2023-cü il tarixdə qəbul edilmiş və qanuni qüvvəsini almış TP seriyalı, ******* nömrəli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilməklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin YPXA-nın Vİ tağımının yol patrul xidməti inspektoru X3 tərəfindən tərtib olunmuş 19 avqust 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və DİN-in rəsmi internet səhifəsindən çıxarılmış çıxarışın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tənbeh edildiyi inzibati cəriməni ödəmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 16 may 2017-ci il təvəllüdlü Gülər adında bir azyaşlı övladı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, Şəxs törətmiş olduğu inzibati xəta işə əlavə olunmuş sənədlərlə, izahatla, inzibati xəta haqqında protokolla və işin digər halları ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1 -ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21 -ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən, bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. İnzibati xətanın xarakterini, əmlak vəziyyətini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini, o cümlədən il ərzində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi ilə əlaqədar inzibati xəta törətməsinə görə inzibati tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini təkrar davam etdirməsini, bununla da tərbiyələnmək niyyətinin olmamasını, lakin onun məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, Şəxs İXM-nin 353.5-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinsin və o, inzibati tənbeh olaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılmaqla, 1200 (bir min iki yüz) manat məbləğdə inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-80/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-80/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver