Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-81/2023 19.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən vəkil X2, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, 14 fevral 2023-cü il tarixdə tutulmuş, Siyəzən Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı ilə barəsində 29 (iyirmi doqquz) gün müddətində həbs qətimkan tədbiri seçilmiş və bu Məhkəmənin 10 mart 2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti 1(bir) ay 29 (iyirmi doqquz) gün, yəni 14 may 2023-cü il tarixədək uzadılmış, Siyəzən şəhəri, X6 küçəsi, ev 40 ünvanında qeydiyyatda olan, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 08 dekabr 2022-ci il tarixdə, saat 20:20 radələrində Zərərçəkmiş şəxs sonuncunun yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndindəki evdə onun gəlini Yasəmən Binyətovanı 4 saylı körpələr evi-uşaq bağçasına dayə kimi işə düzəltmək vədi ilə aldadaraq, 345 manat məbləğində pulunu alıb, Zərərçəkmiş şəxs əmlakını dələduzluq yolu ilə talamışdır. Bu barədə Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən 05 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 08 dekabr 2022-ci il tarixdə, saat 20:20 radələrində Zərərçəkmiş şəxs sonuncunun yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndindəki evdə onun gəlini Yasəmən Binyətovanı 4 saylı körpələr evi-uşaq bağçasına dayə kimi işə düzəltmək vədi ilə aldadaraq, 345 manat məbləğində pulunu almış, bundan sonra, vədini yerinə yetirməmiş, həmçinin həmin məbləğdən zərərçəkmişə heç bir ödəniş etməmişdir. Həmçinin, 28 fevral 2023-cü il tarixli qərarla Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs sonuncunun gəlini Yasəmənin qardaşı Rafiq adlı şəxs vasitəsilə tanımışdır. Eyni zamanda o, Zərərçəkmiş şəxs gəlini Yasəməni "xxxx" MMC-nin təhkimliyi ilə 4 saylı körpələr evi-uşaq bağçasına işə düzəltmək vədi vermiş, habelə bu səbəbdən Vahid onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, həmçinin buna görə Siyəzən rayon ərazisində görüşməli olsalar da, 08 dekabr 2022-ci il tarixdə, axşam saatlarında Zərərçəkmiş şəxs evində görüşmüşlər. Həmin vaxt o, Zərərçəkmiş şəxs sonuncunun arvadının, gəlinin və oğlunun yanında 345 manat məbləğində pulu gəlini Yasəməni işə düzəltmək vədi ilə almışdır. Hazırki vaxta kimi həmin məbləği qaytarmasa da, əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 2022-ci ilin dekabr ayında gəlini Yasəmən üçün iş axtarmış, həmin ərəfədə sonuncunun qardaşı Rafiq də öz arvadı Zeynəbi işə düzəltmək istəmişdir. Həmin vaxt Rafiq onlar ilə əlaqə saxlayıb, adını Ramazan bildikləri Şəxs "xxxx" MMC-də işlədiyini, sonuncunun gəlinini 300 manat pul müqabilində 4 saylı körpələr evi-uşaq bağçasına işə düzəldə biləcəyini qeyd etmişdir. Bundan sonra, o, 08 dekabr 2022-ci il tarixindən təxminən 1-2 iki gün öncə Siyəzən rayonuna gəlmiş, Şəxs ilə görüşmək üçün istifadəsində olan 070 640 05 21 mobil telefon nömrəsindən sonuncunun hazırda xatırlmadığı mobil telefon nömrəsinə zəng etmiş, lakin, Mazan görüşmək üçün onun yaşadığı evə gələcəyini bildirmişdir. 08 dekabr 2022-ci il tarixdə, saat 20:20 radələrində Şəxs onun yaşadığı Siyəzən rayonun Böyük Həmyə kəndindəki evinə gəlmiş, bu zaman onların arasında “etibar”, “vicdan” və “ağsaqqal” mövzusunda söhbətlər getmiş, habelə o, arvadı Çeşminin, gəlini Yasəmənin yanında 345 manat məbləğində pulun 300 manatını gəlini Yasəməni işə düzəltmək, 45 manatını isə sonuncunun adına sağlamlıq haqqında arayış almaq adı ilə Şəxs vermiş, sonuncu isə onun gəlininin 15 dekabr 2022-ci il tarixdə işə çıxacağını bildirmişdir. 15 dekabr 2022-ci il tarixdə o, Şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, sonuncu ilin sonu olduğunu, hesabat getdiyini bildirmiş, gəlininin həmin ayın sonunda işə çıxacağını, daha sonra əlaqə saxladıqlarında isə növbəti ilin, yəni 2023-cü ilin yanvar ayının 5-i işə çıxacağını qeyd etmişdir. Sonra, o, Şəxsla sonuncunun arvadı vasitəsi ilə əlaqə saxlamış, bu zaman isə Mazan telefonunu itirdiyini və ya Xaçmaz rayonunda olduğunu qeyd etmişdir. O, bir neçə müddət ürəyindən müalicə aldığı üçün 18 fevral 2023-cü il tarixdə Siyəzən RPŞ-yə müraciət etmişdir. Hazırda Şəxs onun pulunu qaytarmamışdır. Ona görə də, şikayətçidir. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-in 227-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbirin görülməsi üçün qəbul edilmiş qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 08 dekabr 2022-ci il tarixdə, saat 20:20 radələrində Zərərçəkmiş şəxs sonuncunun yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndindəki evdə onun gəlini Yasəmən Binyətovanı 4 saylı körpələr evi-uşaq bağçasına dayə kimi işə düzəltmək vədi ilə aldadaraq, 345 manat məbləğində pulunu alıb, sonuncunu aldatmışdır. İşdə olan 19 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizədən görünür ki, Şəxs onu aldadaraq, 345 manat pulunu mənimsəmiş, habelə həmin məbləğdən heç bir ödəniş etmədiyinə görə o, Şəxs şikayətçi olmaqla, sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 01 iyul 2012-ci il təvəllüdlü Oqtay, 15 sentyabr 2014-cü il təvəllüdlü Rauf və 21 dekabr 2017-ci il təvəllüdlü Tuncay adında uşaqları vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində üç yetkinlik yaşına çatmayan uşaqları olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər sağlamlıq və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar törətməklə, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini, həmçinin mülkiyyət əleyhinə cinayət əməlini törətməsinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 1(001)-340/2019 saylı hökmü ilə məhkum edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halın olmasını, həmçinin, dəymiş zərərin ödənilməməsini nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs həbs etməsinin əvvəli 19 aprel 2023-cü il tarixdən saat 17:30-dan hesablanmaqla, onun hazırda, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə həbsdə olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 24 (iyirmi dörd) gün müddətində həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbs etməsinin əvvəli 19 aprel 2023-cü il tarixdən saat 17:30-dan hesablanmaqla, onun hazırda, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Zərərçəkmiş şəxs Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-81/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-81/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver