Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-81/2024 22.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi ilə, 12 avqust 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" QSC-də elektrik montyoru işləyən, Siyəzən rayonunun Beşdam kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş 29 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, 09 mart 2024-cü il tarixdə, saat 16:30 radələrində, Siyəzən rayonunun Qara Siyəzən kəndində Şəxs aid “VAZ 21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə onun müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə edərək saxladığı “Zlataust” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, ZK modelli, 7200-Д nömrəli, çaxmaqlı, tək hamar lüləli, yivsiz odlu ov silahı və 04 ədəd ov patronları aşkar olunaraq götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 06 aprel 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməklə, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, bu qərardan görünür ki, Şəxs götürülmüş “Zlataust” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, ZK modelli, 7200-Д nömrəli, çaxmaqlı, tək hamar lüləli, yivsiz odlu ov silahı və 04 ədəd ov patronları müvafiq qaydada saxlanması üçün DİN-in X1 Baş İdarəsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 03 aprel 2024-cü il tarixli, 24/696 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd 7200-Д nömrəli silah, “Zlataust” silah zavodunda istehsal olunmuş, 16 kalibrli, ZK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahdır və silah texniki cəhətdən saz olmaqla, atəş üçün yararlıdır. Silahın hissə-mexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patronların gilizləri xarici dövlətdə zavod üsulu ilə, daxili komponentləri isə kustar üsulla doldurulmuşdur. Patronlar 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuşdur, ov döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 30 oktyabr 2007-ci il təvəllüdlü İslam və 20 iyul 2012-ci il təvəllüdlü Yağmur adında iki övladı vardır. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halın olması ilə yanaşı, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində alət olmuş predmetlər, yəni “Zlataust” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, ZK modelli, 7200-Д nömrəli, çaxmaqlı, tək hamar lüləli, yivsiz odlu ov silahı və 04 ədəd ov patronu müsadirə edilməklə, 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın törədilməsində alət olmuş predmetlər, yəni “Zlataust” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, ZK modelli, 7200-Д nömrəli, çaxmaqlı, tək hamar lüləli, yivsiz odlu ov silahı və 04 ədəd ov patronu müsadirə edilməklə, 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-81/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-81/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver