Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-82/2022 21.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhəri, X4 küçəsi, ev 7 ünvanında qeydiyyatda olmaqla, bu şəhərin O.Qoçəliyev küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 17 mart 2022-ci il tarixdə saat 10:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən şəhərinin O.Qoçəliyev küçəsində, birgə yaşadıqları nömrəsiz fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs döyməklə, sonuncuya başın alın, üzün sol almacıq və çənəaltı nahiyələrinin sıyrıqları, sağ almacıq və sol gözaltı nahiyələrinin qançırları ilə nəticələnən xəsarətlər yetirmişdir. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 21 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, 17 mart 2022-ci il tarixdə, səhər saatlarında Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə etdiyi müraciət əsasında sonuncu Siyəzən RPŞ-yə dəvət edilməklə, təhqiqatçı tərəfindən ondan ərizə alınmış, habelə təhqiqatçının qəbul etdiyi müvafiq qərar əsasında Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 17 mart 2022-ci il tarixdə, saat 10:00 radələrində yaşadıqları evdə yuxudan oyanmış, habelə arvadı Zərərçəkmiş şəxs atası Xəqani Şərifova ona aid VAZ 2107 markalı avtomaşını təmir etdirməsi üçün zəng vurdurmuş, qayınatası isə onun ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. O, isə bundan qəzəblənib, yataq otağında arvadı Sevdanı üzün sağ nahiyəsindən 1 dəfə sillə ilə bərk vurmuşdur. Həmin vaxt yanlarında heç kim olmamışdır. Bundan sonra, Sevda yenidən atası ilə əlaqə saxlamış, o, isə qonaq otağına keçmiş, təxminən 5-10 dəqiqə sonra yataq otağına qayıtdıqda, arvadının orada olmadığını çıxıb getdiyini görmüşdür. Belə ki, arvadı Sevda taksiyə əyləşib, Siyəzən RPŞ-yə gedib, ondan şikayət vermişdir. Hazırda əməlindən çox peşmandır. O, arvadından küsməmiş, ona heç nə bildirməmiş, habelə hazırda arvadı Sevda onunla birgə yaşamamaqla, çıxıb getmişdir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 17 mart 2022-ci il tarixdə, saat 10:00 radələrində yaşadıqları evdə yuxudan oyanmış, habelə əri Şəxs ondan atası Xəqaniyə zəng vurmasını istəmişdir. Belə ki, atası Xəqani əri Şəxsla onun arasında baş vermiş başqa mübahisə ilə əlaqədar ərinə əsəbləşdiyi üçün sonuncunun avtomaşınını taxta ilə vuraraq, zərər yetirmişdir. Bu səbəbdən də, əri ondan atasına zəng vurub, avtomaşınını təmir etdirməyi istəməsini bildirmiş, əks təqdirdə onu hədələmiş, təmirə görə atasından 300 manat pul gətirib verməsini tələb etmişdir. Söhbət əsnasında əri Şəxs telefonu onun əlindən alaraq, atası ilə danışmış, habelə onların hər ikisi bir-birinə qarşı nalayiq ifadələr işlətmiş, bundan sonra atası Xəqaninin əsəbdən şəkəri qalxdığı üçün sonuncu telefonu söndürmüşdür. Bundan sonra, Şəxs sağ əli ilə onun üzünün sol nahiyəsindən, eləcə də üzün sağ nahiyəsindən sillə ilə vurmuş, həmçinin bunun onun cəzası olduğunu, atası avtomaşınını təmir etdirmədiyi üçün gününü qara edəcəyini bildirmişdir. Daha sonra, atası ona gələ bilirsə gəlməsini, əks təqdirdə polisə şikayət etməsini tövsiyə etmişdir. Bundan əlavə, o, sillələrin təsirindən yerə yıxıldıqdan sonra, əri Şəxs onu iki dəfə ayaq zərbələri ilə də vurmuşdur. Mübahisədən sonra o, oğlu Hüseyni evdə qoymağa məcbur qalmış, həmçinin piyada Siyəzən RPŞ-yə gedib, orada ərizə ilə müraciət etmiş, daha sonra yenidən evə gəlib, uşağını da götürərək, ata evinə getmişdir. O, Şəxsla iki il olar evli olmaqla, sonuncu ilə telefon vasitəsilə tanış olmuşdur. Sənədləri olmadığı üçün nikahın pozulması ilə bağlı müraciət edə bilməmişdir. Lakin, buna niyyəti vardır. Bundan başqa, o, Şəxsla barışmaq istəmir, sonuncudan şikayətçidir. İş materiallarında olan 02 aprel 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbirin görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 17 mart 2022ci il tarixdə saat 10:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən şəhərinin O.Qoçəliyev küçəsində, birgə yaşadıqları nömrəsiz fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs döyməklə, sonuncuya başın alın, üzün sol almacıq və çənəaltı nahiyələrinin sıyrıqları, sağ almacıq və sol gözaltı nahiyələrinin qançırları ilə nəticələnən xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 26 mart 2022-ci il tarixli, 51 nömrəli rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın alın, üzün sol almacıq və çənəaltı nahiyələrinin sıyrıqları, sağ almacıq və sol gözaltı nahiyələrinin qançırları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti bir günə qədərdir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən 21 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Şəxs şikayətçidir və barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş edir. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 17 mart 2022-ci il tarixdə saat 10:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən şəhərinin O.Qoçəliyev küçəsində, birgə yaşadıqları nömrəsiz fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs döyməklə, sonuncuya başın alın, üzün sol almacıq və çənəaltı nahiyələrinin sıyrıqları, sağ almacıq və sol gözaltı nahiyələrinin qançırları ilə nəticələnən xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti ağırlaşdıran halın olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən narkotik vasitə istifadəçisi olub, əvvəllər də müxtəlif inzibati xətalar törətməklə, hüquq pozuntusuna meylli olmasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yüngülləşdirici halı nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 21 aprel 2022-ci il tarixdə saat 10.15-də tutulması (faktiki saxlanması) və buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 21 aprel 2022-ci il tarixdən saat 10.15-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-82/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-82/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver