Məhkəmə qərarları › İş №3(059)-82/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-82/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-82/2023 26.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən Vəkil, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə xx xxxxxxxx 2001-ci il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 26 aprel 2023-cü il tarixdə, saat 11:20 radələrində Siyəzən rayonunun Yenikənd kəndindəki yaşadığı evin qarşısında, küçədə həmin kənddə yerləşən mağazalardan edilmiş oğurluq faktları ilə əlaqədar ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, habelə həmin məqamda orada, eləcə də küçədə ictimai qaydanı pozub, ucadan nalayiq ifadələr işlətmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 26 aprel 2023-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 3(059)-82/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-82/2023 saylı və 3(059)- 83/2023 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-82/2023 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞnin CAB-nin rəisi Fikrət Məstəliyev tərəfindən Şəxs barəsində icraatına daxil olmuş raporta əsasən sonuncunun izahatı alınmışdır. Belə ki, xidmət apardığı ərazidə, yəni Siyəzən rayonunun Yenikənd kəndindəki 2 ərzaq mağazasında baş vermiş oğurluq hadisələri ilə bağlı şübhə yarandığına görə RPŞ-nin əməkdaşları Şəxs yaşadığı ünvana getmiş, lakin sonuncu polis əməkdaşlarının çağırışına adekvat cavab verməmiş, habelə aqressivlik göstərib, nalayiq ifadələr işlədərək, tabesizlik göstərmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, 26 aprel 2023-cü tarixdə, saat 11:20 radələrində Siyəzən rayonunun Yenikənd kəndində yaşadığı ünvanda olarkən, polis əməkdaşları qapını döyərək onu çağırmış, küçəyə çıxdıqda isə Siyəzən RPŞ-nin əməkdaşlarına qarşı aqressivlik nümayiş etdirərək, ünvansız nalayiq ifadələr işlətmiş, habelə özünü şübhəli bilmədiyi üçün polis əməkdaşları ilə RPŞ-yə getməkdən sözlə etiraz etmişdir. Daha sonra, polis əməkdaşları onu nizamintizama dəvət etmiş, onlarla birlikdə “Mercedes” markalı avtomobil ilə RPŞ-yə getmişdir. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin CAB-nin rəisi X1 izahatında göstərdi ki, əvvəllər Şəxs tanımamış, habelə onunla düşmənçilik və ədavəti olmamışdır. Belə ki, 21 aprel 2023-cü il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində yerləşən ərzaq mağazalarından oğurluq hadisələri olmuş, həmçinin bununla bağlı, şübhəli şəxs qismində digər kənd sakinləri gələrək izahat versələr də, Şəxs RPŞ-yə gəlməkdən yayınmışdır. Bu səbəbdən də, 26 aprel 2023-cü tarixdə, saat 11:20 radələrində Şəxs Siyəzən rayonunun Yenikənd kəndindəki yaşadığı ünvana gedilmiş, sonuncuya yaxınlaşıb hansı səbəbdən RPŞ-yə gəlmədiyi soruşulmuşdur. Bundan sonra, Şəxs küçədə əvvəlcə nalayiq ifadələr işlədərək, tabesizlik göstərsə də, sonradan sonuncunu Cavidan Dadaşovun “Mercedes Benz” markalı avtomobilinə məcburi əyləşdirərək, barəsində protokol tərtib olunması üçün RPŞ-nin növbətçi hissəsinə aparmışlar. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti X5 izahatında göstərdi ki, əvvəllər Şəxs tanımamış, habelə onunla düşmənçilik və ədavəti olmamışdır. Belə ki, 26 aprel 2023-cü tarixdə, saat 11:20 radələrində Siyəzən rayonunun Yenikənd kəndində yerləşən ərzaq mağazalarından edilmiş oğurluq hadisələri ilə əlaqədar, şübhəli şəxs qismində Şəxs yaşadığı evə gedərək, onu RPŞ-yə dəvət etsələr də, sonuncu gəlməkdən yayınmış, habelə ünvansız nalayiq ifadələr işlədərək, tabesizlik göstərmişdir. Bundan əlavə, nizam-intizama dəvət edilmiş Şəxs izahatı alındıqdan sonra sərbəst buraxılacağı bildirilsə də, sonuncu onlarla RPŞ-yə getməkdən bir daha imtina etdiyindən, onu məcburi qaydada özünün istifadəsində olan “Mercedes Benz C class” markalı, qara rəngli, **-EJ-*** qeydiyyat nişanlı avtomobilə məcburi əyləşdirərək RPŞ-yə aparmışlar. İşdə olan sənədlərdən, o cümlədən raportlardan görünür ki, Şəxs 26 aprel 2023-cü il tarixdə, saat 11:20 radələrində Siyəzən rayonunun Yenikənd kəndindəki yaşadığı evin qarşısında, küçədə həmin kənddə yerləşən mağazalardan edilmiş oğurluq faktları ilə əlaqədar ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, habelə həmin məqamda orada, eləcə də küçədə ictimai qaydanı pozub, ucadan nalayiq ifadələr işlətmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti ağırlaşdıran və yüngülləşirən halların olmamasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də yaşadığı ünvanın qarşısında, küçədə xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onlarla birlikdə RPŞ-yə getməklə bağlı qanuni tələblərinə əməl etməməsini, habelə hüquqazidd hərəkətlərini davam etdirərək, ucadan nalayiq ifadələr işlətməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddi həcmində cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 26 aprel 2023-cü il tarixdə, saat 11.20 radələrindən faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 26 aprel 2023-cü il tarixdən saat 11.20-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar