Məhkəmə qərarları › İş №3(059)-82/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-82/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-82/2025 21.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Yetkinlik yaşına çatmayan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 10 dekabr 2024-cü il tarixdə, saat 20:00 radələrində Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 25 nömrəli evdə yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmiş və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən 21 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin TQ-dan daxil olmuş cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 10 yanvar 2025-ci il tarixli qərarı əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, habelə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı, Şəxs ilə dəfələrlə profilaktik söhbət aparılmasına baxmayaraq, sonuncu mütəmadi olaraq qəbul etdiyi spirtli içkinin təsiri altında evdə münaqişə yaratmaqda davam etmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh olaraq həbs təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs icazəsiz evi tərk edərək anası Qanuni nümayəndə yanına getməsi onu əsəbiləşdirmiş, habelə bu səbəbdən 10 dekabr 2024-cü il tarixdə, saat 20:00 radələrində Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 25 nömrəli evdə oğlu Tahiri döyərək, ona dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmişdir. Hazırda barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs izahatında göstərdi ki, atası Şəxs mütəmadi olaraq spirtli içki qəbul edir, habelə sonuncu bu içkinin təsiri altında onu döyərək, fiziki ağrı yetirdiyi üçün o, icazəsiz evi tərk etmişdir. Belə ki, atası hər gün spirtli içki qəbul edərkən hər gün də onu və bacısını döyür. Sonuncu dəfə 10 dekabr 2024-cü il tarixdə, saat 20:00 radələrində yaşadıqları Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 25 nömrəli evdə atası onu ayağından vurub, fiziki ağrı yetirdiyi üçün, evdən qaçmış və Polis Şöbəsinə gedib şikayət etmişdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında göstərdi ki, Şəxs ilə birgə nikahından iki övladı doğulmuş, habelə Şəxs tərəfindən dəfələrlə təzyiqlərə məruz qaldığı üçün özü birgə yaşadıqları evi tərk etmiş, sonuncu hadisədən sonra hüquq mühafizə orqanlarının köməkliyi ilə yetkinlik yaşına çatmayan övladlarını Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya yerləşdirmişdir. Bununla yanaşı, Şəxs dəfələrlə spirtli içkinin təsiri altında yetkinlik yaşına çatmayan övladlarını döyərək, onlara fiziki ağrı yetirir, habelə bu səbəbdən oğlu Zərərçəkmiş şəxs rayon Polis Şöbəsinə şikayət etmişdir. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, Şəxs onun oğlu olmaqla yanaşı, sonuncu ilə bir ünvanda, Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 25 nömrəli evdə, lakin ayrı-ayrı mənzillərdə yaşayırlar. Bununla yanaşı, Şəxs mütəmadi olaraq spirtçi içki qəbul etdiyi üçün, yetkinlik yaşına çatmayan övladlarını döyərək, onlara fiziki ağrı yetirir, onunla isə düzgün rəftar etmir. Şəxs sonuncu dəfə 10 dekabr 2024-cü il tarixdə, saat 20:00 radələrində yaşadıqları evdə yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmiş, nəvəsi Zərərçəkmiş şəxs ondan kömək istədiyi üçün, nəvəsi ilə birgə rayon Polis Şöbəsinə gedib, şikayət etmişlər. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan 10 yanvar 2025-ci il tarixli cinayət təqibinn başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 20 dekabr 2024-cü il tarixli, 190 nömrəli rəyin surətindən görünür ki, 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində sol bazu və bud nahiyəsinin yumşaq toxumlarının əziyi aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Hündürlükdən sərbəst yıxılmaya və öz-özünə yetirilən xəsarətlərə xarakterik deyil, yaranma müddəti 2-3 gün əvvələ qədər olub, 11 dekabr 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. İşdə olan 20 dekabr 2024-cü il tarixli qəbzin surətindən görünür ki, həmin tarixdə, saat 17:16-da Şəxs alkoqolun miqdarı 0,982 faiz olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx xxxx 2014-cü il təvəllüdlü Tahir və 03 noyabr 2015-ci il təvəllüdlü Pərvanə adında iki azyaşlı uşağı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən və yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.4 və 33.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alınır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailədə mütəmadi olaraq münaqişəli vəziyyət yaradıb, ailə üzvlərini təzyiq altında saxlamasını, milli-mənəvi dəyərlərə hörmət qoymayaraq cəmiyyətdə mənfi emosiyalar doğurmasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xətanı sərxoş halda və yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsini nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi inzibati həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 21 yanvar 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar