Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-83/2024 10.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə xx xxxxxxxx 1994-cü il tarixdə Siyəzən rayonunun, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonunun, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 08 may 2024-cü il tarixdə, saat 12:00 radələrində Siyəzən rayonunun Yenikənd kəndində ucadan nalayiq ifadələr işlətmiş, həmçinin ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, ictimai qaydanı pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən 08 may 2024-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 3(059)-83/2024 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-83/2024 saylı və 3(059)- 84/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-83/2024 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X6 tərtib etdiyi protokolları müdafiə etməklə, onların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 08 may 2024-cü il tarixdə Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X7 tərəfindən tərtib edilmiş raport icraatına daxil olduqdan sonra, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokolları tərtib etmişdir. Belə ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, polis əməkdaşları, tövlədən quzu oğurlamaqda şübhəli olan Şəxs yaxınlaşıb, özlərini təqdim edərək, sonuncunu Siyəzən RPŞ-yə dəvət edərkən, o, ucadan nalayiq ifadələr işlətməklə, qaçmağa cəhd edərək, tabesizlik göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 08 may 2024-cü il tarixdə, saat 12:00 radələrində yaşadığı Siyəzən rayonunun Yenikənd kəndində yerləşən evin qarşısından Siyəzən rayon icra və probasiya şöbəsinə gəlmək istəyərkən Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X7 tərəfindən saxlanılaraq, RPŞ-yə gətirilmişdir. Bundan başqa, barəsində tərtib olunmuş protokolda qeyd olunanlar böhtandan ibarətdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələri ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X7 izahatında göstərdi ki, Siyəzən rayonunun Yenikənd kənd sakini X1 tövləsindən quzu oğurlanması barədə DİN-nin 102 xidmətinə etdiyi şikayət əsasında yaradılmış əməliyyat qrupu, habelə o, polis nəfərləri X8 və X3 08 may 2024-cü il tarixdə, saat 12:00 radələrində həmin kəndə getmişlər. Orada olarkən Mədinə adlı şəxsin tövləsindən oğurlanmış quzunun Şəxs əmisi İntiqam Teymurova məxsus həyətyani sahədə olması barədə məlumat daxil olmuş, habelə həmin quzu sonuncunun həyətyani sahəsindən ayaqları bağlı vəziyyətdə aşkar edilmişdir. Bundan sonra, həmin kənddə Şəxs yaşadığı ev istiqamətində hərəkətdə olarkən, sonuncu onları görüb qaçmağa başlamışdır. Bu zaman Şəxs kənddə yerləşən evlərdən birinin hasarına tullanaraq, həmin evin həyətinə daxil olmuş, habelə sonuncunu orada çətinliklə olsa da, saxlamağa müvəffəq olmuşlar. Tərəflərindən saxlanılan Bədirxan ünvanlarına nalayiq ifadələr işlətməsə də, barəsində məlumat vermiş şəxsin ünvanına ucadan nalayiq ifadələr işlətmiş, həmçinin onlar ilə birlikdə RPŞ-yə gəlməkdən qəti şəkildə imtina etmişdir. Qeyd edir ki, təxminən 6-7 dəqiqə davam edən hadisə zamanı PPX-nin xidməti avtomobilini görən kənd sakinləri ətrafa yığılaraq, onları müşahidə etmişlər. Hətta, hadisəni müşahidə edən kəndin yaşlı qadın sakini həyətindən ev quşlarının Şəxs tərəfindən oğurlanmasını ona bildirsə də, qorxduğu üçün şikayət etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin PPXB-nün manqa komandiri X8 izahatında göstərdi ki, Şəxs narkotik vasitə istifadəçisi kimi Siyəzən RPŞ-yə gətirilməsi səbəbindən hadisədən əvvəl də, tanımışdır. Bundan başqa, 08 may 2024-cü il tarixdə, saat 12:00 radələrində Siyəzən rayonunun Yenikənd kəndinə gedərək, əvvəl DİN-nin 102 xidmətinə şikayət etmiş X1 evinə yaxınlaşıb dəqiqləşdirmə apardıqdan sonra, sonuncunun tövləsindən oğurlanmış quzunu Şəxs əmisi İntiqam Teymurova məxsus həyətyani sahədə aşkar etməklə, götürmüşlər. İntiqam Teymurov həmin quzunu həyətyani sahəsinə özü tərəfindən gətirilmədiyini bildirməklə, Şəxs həyətində görsəndiyini qeyd etmişdir. Bundan sonra, Şəxs yaşadığı ev istiqamətində hərəkətdə olarkən, sonuncu onları görərək qaçmış, bu zaman polis əməkdaşları Babək Güləliyev və X9 arxası ilə qaçsalar da, o, xidməti avtomobil ilə hərəkət etmişdir. Daha sonra, Şəxs kənddə yerləşən evlərdən birinin hasarına tullanaraq, həmin evin həyətinə daxil olarkən tərəflərindən saxlanılmışdır. Eyni zamanda, təxminən 15-20 dəqiqə davam edən hadisə zamanı Bədirxan ünvanlarına olmasa da, ünvansız nalayiq ifadələr işlədərək, onlar ilə birlikdə Siyəzən RPŞ-yə gəlməkdən qəti şəkildə imtina etmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin PPXB-nün polis nəfəri X3 izahatında göstərdi ki, 08 may 2024-cü il tarixdə, saat 12:00 radələrində Siyəzən rayonunun Yenikənd kəndinə gedərək, əvvəl DİN-nin 102 xidmətinə şikayət etmiş X1 evinə yaxınlaşıb dəqiqləşdirmə apardıqdan sonra, sonuncunun tövləsindən oğurlanmış quzunu Şəxs əmisi İntiqam Teymurova məxsus həyətyani sahədə aşkar etməklə, götürmüşlər. Bundan sonra, həmin kənddə olmaqla, yaşadığı evin yaxınlığında onlar ilə rastlaşmış Şəxs Siyəzən RPŞyə dəvət edərkən sonuncu qaçaraq, tabesizlik göstərsə də, tərəflərindən çətinliklə saxlanılaraq RPŞ-yə gətirilmişdir. Eyni zamanda, təxminən 15-20 dəqiqə davam edən hadisə zamanı Şəxs ünvansız ucadan nalayiq ifadələr işlətmiş, bu səbəbdən ətrafa kənar şəxslər yığılmışdır. İşdə olan sənədlərdən, o cümlədən raportlardan və izahatlardan görünür ki, Şəxs Siyəzən rayonunun Yenikənd kəndində ucadan nalayiq ifadələr işlətmiş, həmçinin ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, ictimai qaydanı pozmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni vaxtda iki inzibati xəta törətməsini, bu cür davranışları ilə idarəçilik qaydalarının pozulduğunu, eləcə də bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, həmçinin, Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, oğurluq hadisəsi ilə əlaqədar izahatının alınması üçün onlarla birlikdə RPŞ-yə getməklə bağlı qanuni tələblərinə əməl etməməsini, habelə hüquqazidd hərəkətlərini davam etdirərək, hadisə yerindən yayınmağa cəhd etməsini, hərəkətlərini davam etdirərək, nalayiq ifadələr işlətməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 08 may 2024-cü il tarixdən saat 13:00-dan inzibati qaydada tutulması və buraxılmadan məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 34.3, 40, 43, 48-51, 110, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 535.1-ci maddəsi ilə ona inzibati tənbeh olaraq 14 (on dörd) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 08 may 2024-cü il tarixdən saat 13:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-83/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-83/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver