Məhkəmə qərarları › İş №3(059)-86/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-86/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-86/2022 10.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxx 1998-ci il tarixdə Siyəzən rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 08 may 2022-ci il tarixdə, saat 09:40 radələrində Siyəzən şəhəri, H.Talıbov küçəsində yerləşən “Balıq bazarı” adlanan ərazidə xidməti vəzifəsini yerinə yetirən, Siyəzən RPŞ-nin əməkdaşlarının ünvanına nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən 08 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin DYPB-nin YPX əməkdaşları tərəfindən tərtib edilmiş raport icraata daxil olmuş və həmin raportla əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində onun tərəfindən material toplanmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 08 may 2022-ci il tarixdə, saat 09:00 radələrində yaşadığı Siyəzən rayonunun Yenikənd kəndindən çıxıb, etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E 220” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən şəhəri, H.Talıbov küçəsində yerləşən “Balıq bazarı” adlanan əraziyə getmiş, bu zaman avtomaşının qabaq hissəsindəki dövlət qeydiyyat nişanını bağlamadığından avtomobili nömrəsiz olmuşdur. Elə həmin vaxt ərazidə olan Siyəzən RPŞ-nin DYPB-nin YPX əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etməklə, avtomaşınını dövlət qeydiyyat nişanı olmadan idarə etmə səbəbini soruşduqda, o, evdən əsəbi çıxdığından polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, habelə bundan sonra Siyəzən RPŞ-yə aparılmışdır. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin DYPB-nin yol patrul xidmətinin inspektoru X5 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tanısa da, sonuncu ilə arasında ədavət və ya düşmənçilik yoxdur. 08 may 2022-ci il tarixdə, təxminən saat 09-10:00 radələrində Siyəzən şəhərinin H.Talıbov küçəsində “Balıq bazarı” adlanan ərazidə xidmətdə olarkən avtomaşının ön qabaq dövlət nömrə nişanı yerində olmadığı üçün Şəxs yaxınlaşmış, sonuncu əvvəlcə avtomaşınını təmir etdirdiyini bildirsə də, sonradan əsəbi halda, onların ünvanına ucadan nalayiq ifadələr işlətməklə, təhqir etməyə başlamışdır. Bu zaman onlar Şəxs nizam-intizama dəvət etmək istəsələr də, snuncu, buna məhəl qoymayaraq, öz hərəkətlərinə davam etmiş, habelə “mən beləyəm, belə sürürəm” deyə bildirmişdir. Bundan sonra, onlar Şəxs Siyəzən RPŞ-yə aparıb, növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında iştirak edən şahid Siyəzən RPŞ-nin DYPB-nin yol patrul xidmətinin inspektoru X1, digər şahid Vasif Səfərovun izahatına uyğun, eyni məzmunlu izahat verməklə, baş vermiş inzibati xəta hadisəsini bir daha təsdiqləmişdir. İşdə olan Siyəzən RPŞ-nin DYPB-nin yol patrul xidmətinin əməkdaşlarının 08 may 2022-ci il tarixli raportunun surətindən, eləcə də digər mötəbər sənədlərdən görünür ki, Şəxs 08 may 2022-ci il tarixdə, saat 09:40 radələrində Siyəzən şəhəri, H.Talıbov küçəsində yerləşən “Balıq bazarı” adlanan ərazidə xidməti vəzifəsini yerinə yetirən, Siyəzən RPŞ-nin əməkdaşlarının ünvanına nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi, gəncliyi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi kimi yüngülləşdirən halların olmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməklə, sonuncuların ünvanına nalayiq ifadələr işlətməsi, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar törətməsinə görə müvafiq olaraq inzibati tənbehlər edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək niyyətinin olmamasını, əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 10 may 2022-ci il tarixdən saat 17.30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar