Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-86/2024 14.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən vəkil X1, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin polis sahə rəisi X3 iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, rayonunun Çarxana kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 11 dekabr 2023cü il tarixdə, saat 14:30 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonunun Çarxana kəndində yaşadığı evdə Zərərçəkmiş şəxs başının ənsə nahiyəsinə dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, ona qəsdən fiziki ağrı vermişdir. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən 14 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X6 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin İB-nin müstəntiqi Murad Məmmədlinin 04 aprel 2024cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarına əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs xəsarəti ilə bağlı ekspert rəyi olmasına baxmayaraq, Şəxs təqsirini etiraf etməyərək, tərəfindən tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Belə ki, Şəxs 11 dekabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Siyəzən rayonunun Çarxana kəndində yaşadığı evdə qaynanası Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 11 dekabr 2023-cü il tarixdə, günorta saatlarında yaşadıqları Siyəzən rayonun Çarxana kəndindəki evlərinin həyətində avtomobilini qaynaq edərkən, qaynanası Zərərçəkmiş şəxs, qaynatası X7 və sonuncunun mərhum qardaşı X4 yaşadıqları evə gəlmiş, sonuncu ilə salamlaşaraq, onları evə dəvət etmişdir. Bu zaman qaynanası Gülzadə, arvadı Fəridə Rüstəmovanı toya getməyinə icazə verməməsinə görə ona irad bildirməklə, onunla mübahisə etməyə başlamış, habelə davam edən mübahisə aralarında dartışmaqla nəticələnməklə, bu dartışma zamanı qayınatası Əvəzin əli onun gözünə dəymişdir. Bundan sonra, o, arvadı Fəridəyə, əşyalarını yığdığı çantalarını və azyaşlı uşaqlarını özü ilə aparmasına icazə verməmiş, habelə həmin çantaları əlindən alıb yerə atmışdır. Bundan başqa, həmin vaxt arvadı Fəridəni, eləcə də, qaynanası Zərərçəkmiş şəxs vurmamaqla, onlara heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 10 dekabr 2023-cü il tarixdə qızı Fəridə Rüstəmova ona zəng vuraraq, sonuncunun əri Şəxs tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qaldığını bildirməklə, onu həmin evdən aparmasını istəmiş, habelə, bunu etməyəcəyi təqdirdə özünü öldürəcəyini qeyd etmişdir. Belə ki, 11 dekabr 2023-cü il tarixdə, saat 14:30 radələrində əri X7 və mərhum qaynı X4 ilə birlikdə qızı Fəridəgilin yaşadıqları Siyəzən rayonunun Çarxana kəndindəki evlərinə getmişlər. Həmin vaxt orada əri Əvəz, Rüstəmin atası Əlibaladan nə baş verməsini soruşmuş, sonuncuda öz növbəsində bunu Rüstəm ilə Fəridənin özlərinin bildiyini qeyd etmişdir. Evdə olarkən o, qızı Fəridəyə onlarla birlikdə getməsini bildirmiş, bu zaman, Rüstəm qızının saçlarından dartmaqla, sürümüş, bunu görüb müdaxilə etmək istədikdə Rüstəm, onun da, saçlarından tutmaqla, kəskin nalayiq ifadələrlə təhqir edərək, itələyib yerə yıxmış, nəticədə baş nahiyəsi beton örtüyə dəymişdir. Həmin vaxt hadisəni qızı Fəridə və mərhum qaynı İsmayıl müşahidə etmişdir. Beləliklə, hadisə təxminən 30 dəqiqə davam etmişdir. Odur ki, Şəxs şikayətçi olmaqla, sonuncu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə iclasında şahid, X5 izahatında göstərdi ki, 09 dekabr 2023-cü il tarixdə əri Şəxs ilə aralarında mübahisə yaranmış, bu səbəbdəndə növbəti gün yəni, 10 dekabr 2023-cü il tarixdə anası Zərərçəkmiş şəxs zəng vurub, Rüstəm tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qaldığını bildirməklə, onu həmin evdən aparmasını istəmiş, habelə, bunu etməyəcəyi təqdirdə özünü öldürəcəyini qeyd etmişdir. Beləliklə, 11 dekabr 2023-cü il tarixdə, saat 14:30 radələrində anası Zərərçəkmiş şəxs, atası X7 və mərhum əmisi X4 yaşadıqları Siyəzən rayonunun Çarxana kəndindəki evlərinə gəlmişlər. Həmin vaxt otaqda oğlu Əlibalanı yatızdırarkən anası Gülzadənin onu səsləməsini eşidib otaqdan çıxmışdır. Söhbət əsnasında anası ondan nə baş verdiyini soruşmuş, o da, öz növbəsində Rüstəm ilə birlikdə yaşamaq istəmədiyini, aralarında davamlı, kəskin mübahisə olduğunu bildirmişdir. Daha sonra, atası Əvəz, anası Gülzadə və mərhum əmisi İsmayıl evə daxil olmuş, habelə bu zaman anası Gülzadə, Rüstəmə hansı səbəbdən onun toya getməsinə icazə verməməsini soruşmuş, bununla da, Rüstəm anası ilə mübahisə etməyə başlamışdır. Eyni zamanda, ata evinə getməsi üçün əşyalarını yığdığı çantasını əlindən alan Rüstəm, pilləkən ilə gedərkən onun saçlarından dartmaqla, sürüyərək, evə qaytarmış, evdə isə boğazından sıxıb, başını divara vuraraq, “səni öldürərəm, amma getməyə qoymaram” deyə bildirmişdir. Bu zaman onu evin həyətində gözləyən anası Gülzadəni köməyinə çağırsa da, Rüstəm, anasının da, saçlarından tutmaqla, itələyib yerə yıxmış, nəticədə sonuncunun baş nahiyəsi beton örtüyə dəymişdir. Bundan başqa, anasının ayaqlarında dəmir olmaqla, İİİ qrup əlillik dərəcəsinin olmasından Rüstəmin hadisədən əvvəl də, məlumatı olmuşdur. Beləliklə, təxminən 30 dəqiqə davam etmiş hadisə zamanı Rüstəm onun anası Gülzadəyə qarşı nalayiq ifadələr işlətdiyindən, atası Əvəz buna əsəbləşmiş, bu səbəbdən də, DİN-nin 102 xidmətinə zəng vurub, hadisə barədə məlumatı özü vermişdir. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs, Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirdiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbirin görülməsi üçün sözügedən qərar RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 11 dekabr 2023-cü il tarixdə, saat 14:30 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonunun Çarxana kəndində yaşadığı evdə Zərərçəkmiş şəxs başının ənsə nahiyəsinə dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, ona qəsdən fiziki ağrı vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 12 dekabr 2023-cü il tarixli, 252 nömrəli rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti bir-iki günə qədər olub, 11 dekabr 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 23 oktyabr 2018-ci il təvəllüdlü Uğur və 16 sentyabr 2020-ci il təvəllüdlü Əlibala adında iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan, eləcə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, Zərərçəkmiş şəxs sol bud-çanaq oynağının total endoprotezləşdirilməsi, onurğa sütununun L5-S1 fəqərəarası diskin yırtığına görə edilmiş cərrahi əməliyyatdan sonraki vəziyyət, yerişin pozulması diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz İİİ dərəcə əlilliyi olan şəxsdir. İş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(059)-30/2024 saylı hökmünün surətindən görünür ki, Şəxs Siyəzən Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən öz əməlinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, ailədə mütəmadi olaraq münaqişəli vəziyyət yaradıb, ailə üzvlərini təzyiq altında saxlamasını, arvadını əzab verməklə döyüb bunu davam etdirməsini, bu səbəbdən də, barəsində olan cinayət işi ilə əlaqədar ittihamedici hökm çıxarılmasını, hazırkı iş üzrə qaynanası olan zərərçəkmiş şəxsin kifayət qədər yaşı olmaqla yanaşı, İİİ qrup əlillik dərəcəsinin olmasını bildiyi halda ona qəsdən fiziki ağrı yetirməsini, bununla da, hüquqazidd əməllər törədərək, zərərçəkmiş şəxsin, eləcə də, cəmiyyətin heysiyyətinə toxunmasını, milli-mənəvi dəyərlərə hörmət qoymayaraq cəmiyyətdə mənfi emosiyalar doğurmasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bununla belə onun məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 14 may 2024-cü il tarixdən saat 18.50-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-86/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-86/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver