Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-86/2025 13.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X7, İnzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin nümayəndəsi Nümayəndə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X3 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25586420 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X7 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25586420 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə, barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 17 yanvar 2025-ci il tarixində Bakı şəhəri istiqamətində M-1-65,1 kilometr Xızı rayonu, Giləzi kəndi ərazisində **-UK-*** dövlət qeydiyyat nişanlı Yəhərli dartıcı və **-YE-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yarım qoşqu ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında (hərəkət halında çəki ölçmə nəzarət sistemi kistler 9835a) Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə barəsində 17 yanvar 2025ci il tarixli, EQ seriyalı, 25586420 saylı inzibati tənbeh vermə haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə olunması, habelə nəqliyyat vasitəsinin görüntülərinə dair fotoşəkillər mobil telefonuna elə həmin tarixdə SMS vasitəsi ilə göndərilmiş, habelə həmin qərarı 23 yanvar 2025-ci il tarixdə Siyəzən rayon PŞ-nin DYPB-dən müraciəti əsasında əldə etmişdir. Beləliklə inzibati xəta haqqında elektron protokolun, qərarın məzmununa və video görüntülərinə əsasən müəyyən olunur ki, idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı yükün çəkisi guya iddia olunana görə limit 40000 kiloqram olduğu halda, çəki normadan artıq 42610 kiloqram olmuş və bununla da, ona Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə 600 manat inzibati cərimə tətbiq edilmişdir. Ona tətbiq olunan inzibati xətanın əsasız olması və idarə etdiyi nəqliyyat vasitəsinin yük götürmə qabiliyyətinə münasibətdə X5 verilən çəki parametrlərini aşılmaması aşağıdakılarla müəyyən olunur. Belə ki, adəti üzrə yük avtomaşını Quba rayon ərazisində yerləşən çınqıl karxanasında yükləndikdən sonra, elə yerindəcə 17 yanvar 2025-ci il tarixdə (saat:00:56:47) çəkilərək ona avtomaşının yükü (çəkisi) dolu halda 40120 kiloqram olduğuna dair həmin tarixli, 14438 nömrəli qaimə verilmişdir və yükün çəkisi Azərbaycan Respublikası İXM-nin 353-cü maddəsini tələbinə görə “İriqabarilli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini icazə verilən ümumi kütlə üzrə (icazə verilə bilən limitə 40000 kiloqram münasibətdə) 5 faiz və daha artıq aşmadığına görə Bakı səhəri istiqamətində hərəkətə başlamışdır. Qeyd etdiyi kimi Xızı rayonu, Giləzi kəndi ərazisində **-UK-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə hərəkətdə olarkən mobil telefonuna SMS gəlmiş və məlum olmuşdur ki, guya iddia olunana görə limit 40000 kiloqram olduğu halda, avtomaşının çəkisi normadan artıq 42610 kiloqram olmuş və bununla da ona Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə 600 manat inzibati cərimə tətbiq edilmişdir. Odur ki, o, yük avtomaşındakı yükü boşaltmadan məhkəmədə haqlı olduğunu yəni, inzibati xəta hadisəsini törətmədiyini sübut etmək məqsədi ilə avtomobili saxlayıb, 102 və 902 xidmət mərkəzlərinə zəng vuraraq məsələni onlara izah etmiş və az müddətdən sonra ona **-YP-*** dövlət qeydiyyat nişanlı YPX-nin Şahid adlı inspektorunun yaxınlaşmış və sonuncunun müşahidəsi ilə yük avtomaşını gətirilərək, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən X3 Xidməti MMC 1 nömrəli X4 17 yanvar 2025-ci il tarixdə, saat 03.48:49 radələrində çəkilmiş və yükün ümumi çəkisi 40196,8 kiloqram olduğuna dair ona həmin tarixli, 62933 nömrəli qaimə verilmişdir. Haqlı olduğu yəni, inzibati xəta hadisəsi törətmədiyi məlum olduqdan sonra DYİ-dən barəsində qanunsuz tərtib edilmiş “İnzibati tənbeh vermə haqqında” qərarın ləğvini və cərimənin silinməsini tələb etsə də, ona izah olunmuşdur ki, cərimənin silinməsi üçün gərək AYNA-dan onlara rəsmi göstəriş olsun, əks təqdirdə cəriməni silə bilməzlər. Bununla da, bu iki orqan məsələnin həllini bir birinin üzərinə ataraq onu “başlarından etmişlər”. Beləliklə, yükləmə yerində 17 yanvar 2025-ci il tarixdə çəkilərkən avtomaşının çəkisi (yükü) dolu halda 40120 kiloqram olduğuna dair 17 yanvar 2025-ci il tarixli ( saat 00:56:47) 14438 nömrəli qaiməyə və elektron qaydada 17 yanvar 2025-ci il tarixli (saat 02:26:34-da) EQ seriyalı, 25586420 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın tərtib edildikdən sonra isə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən X3 Xidməti MMC 1 nömrəli X4 17 yanvar 2025-ci ildə saat 03.48:49 radələrində çəkilmiş və avtomobilin ümumi çəkisi (yük) 40196,8 kiloqram olduğuna görə məlum olmuşdur ki, tərəfindən inzibati xəta hadisəsi törədilməmiş və barəsində tətbiq edilən inzibati xəta haqqında qərar qanunsuz olmuşdur. Ona görə ki, guya baş vermiş inzibati xəta hadisəsində tətbiq edilmiş Azərbaycan Respublikası İXM-nin 353-cii maddəsini tələbinə görə “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini icazə verilən ümumi kütlə üzrə (bu işə münasibətdə 40000 kiloqram) 5 faiz və daha artıq aşmaqla törədildikdə bu maddənin tərkibi yaranır. Lakin qanuna görə habelə, video görüntülərdə (limit 40000 kiloqram) göstərildiyinə görə onun inzibati xəta törətməyi üçün avtomaşının çəkisi həqiqətən maraqlı şəxslərin video görüntüdə göstərdikləri, 42950 kiloqram həcmində olmalı idi. Başqa sözlə inzibati xəta tərkibi yaranmasından ötrü onun idarə etdiyim yük avtomaşının ümumi çəkisi 42000 kiloqram və ya artıq olmalı idi. Avtomaşının yükləmə məntəqəsində çəkisinə görə verilən qaimədə qeyd edilən çəki 40120 kiloqram və yük kütlə parametrlərini ölçən elektron tərəzilərin qeydindən sonra (inzibati protokol tərtib edildikdən sonra) ölçülən çəki 40196,8 kiloqram olduğundan məlum olur ki, o, iddia edilən inzibati xəta hadisəsini törətməmişdir. Belə ki, Azərbaycan Respublikası NK-nin 2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” qaydalarına əsasən 3.X5 X19” X5 X19 (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır: 2 nömrəli cədvəl-ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə-40 ton. Azərbaycan Respublikası İXM-nin 353-cü maddəsini tələbinə görə “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini icazə verilən ümumi kütlə üzrə 5 faiz və daha artıq aşmaqla törədildikdə bu maddənin tərkibi yaranır. Yəni, ona münasibətdə qanun qeyd olunur ki, əgər X5 X19 40 t x <5 % =40(+<2t ~ <42t) başqa sözlə onun idarə etdiyim avtomaşının kütləsi 42 tonu aşsaydı onda əməlim Azərbaycan Respublikası İXM-nin 353-cü maddəsi ilə tövsif olunub barəsində inzibati xəta tədbiri görülə bilərdi. Göründüyü kimi çəki barəsində qaimələr sübut edir ki, o, hərəkətdə olarkən normadan artıq yük daşımamışdır. Odur ki, işin yuxarıda qeyd edilən faktiki hallarına və aşağıda göstərilən hüquq normalarına əsasən onun barəsində elektron qaydada tərtib edilmiş 17 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25486420 nömrəli inzibati xəta haqqında protokol və eyni zamanda qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verməklə, əlavə olaraq izahatında göstərdi ki, avtomobildə artıq çəki xüsusi texniki vasitə ilə aşkar edilirsə, buna dair inzibati xəta haqqında protokol tərtib edilə bilməz. Belə ki, xüsusi texniki vasitə avtomobildə artıq çəkinin müəyyən etdikdən sonra, bu barədə məlumatı Baş X21 İdarəsinə ötürməli, sonuncu qeyd olunan idarənin yaxında olan əməkdaşları avtomobili saxlatdırıb, artıq yük olduğu təqdirdə bu yükü boşaltmalı və daha sonra, bu barədə protokol tərtib olunmalıdır. Lakin, 17 yanvar 2025-ci il tarixdə yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən mobil telefonuna inzibati qaydada cərimə olunmasına dair mesaj gəlmiş, o, dərhal avtomobilini dayandıraraq, 102 xidmət mərkəzinə zəng vurmaqla, bu barədə məlumat vermiş, daha sonra, YPX-nin Şahid adlı əməkdaşı ona zəng vuraraq yaxınlıqda olan X11 gəlməsini bildirmiş, o, X11 gedərkən Şahid da orada olmuş, onun iştirakı ilə avtomobili yenidən çəkilmiş və bu barədə qaimə tərtib edilmişdir. Həmçinin, yük avtomobili məntəqədə ölçülərkən YPX-nin əməkdaşı avtomobilin çəkisini görməklə yanaşı, buna dair mobil telefon vasitəsi ilə video çəkiliş aparmışdır. Odur ki, şikayətinin təmin edilməsi, barəsində elektron qaydada tərtib edilmiş 17 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25586420 nömrəli inzibati xəta haqqında protokolun və eyni zamanda qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, sürücünün avtomaşında daşıdığı yükün normadan artıq olması xüsusi texniki vasitə ilə aşkar edildikdən sonra, buna dair məlumat Baş X21 İdarəsi mərkəzi informasiya sisteminə inteqrasiya olunur və daha sonra, müvafiq protokol tərtib olunur. Lakin, tranzit yük daşımaları həyata keçirən avtomobillər X4 çəkilirlər. Bununla belə, Əbil Mirzəyev 102 xidmətinə zəng etməklə, barəsində elektron protokol tərtib olunmasına dair şikayət etmiş, habelə növbətçi yol patrul xidmətinin əməkdaşının göstərişi ilə birinci avtomobili ilə X11 yaxınlaşmış və onun yük avtomobili orada çəkilmişdir. Ehtimalı edir ki, xüsusi texniki vasitəsinin quraşdırıldığı yer ilə məntəqə arasında kifayət qədər məsafə olduğundan, sürücü avtomobilində olan yükü həmin məsafəni qət edərkən azalda bilər. Bundan başqa, şikayətçi tərəfindən təqdim olunmaqla, X13 tərəfindən tərtib olunmuş qaiməni hər kəs tərtib edə bilər. Odur ki, qəbul edilmiş qərarın qanuni və əsaslı olmasının nəzərə alınmasını, şikayətin təmin edilmədən, 17 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25586420 saylı inzibati tənbeh vermə haqqında qərarın isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X3 Xidmətinin nümayəndəsi X8 izahatında bildirdi ki, sürücü tərəfindən təqdim edilməklə, iş materiallarına əlavə edilmiş qaimə təmsil etdiyi xidmət tərəfindən elektron qaydada tərtib edilmiş, habelə elektron qaydada tərtib edildiyi üçün məsul şəxsin imzası ilə təsdiq edilməmişdir. Xidmətə məxsus elektron avtomobil tərəzisi müvafiq sertifikata malikdir. Həmçinin, yük avtomobillərində çəki xüsusi texniki vasitə ilə aşkar edilərkən, avtomobilin surəti, hava şəraiti nəzərə alınaraq 5 faiz limitin tətbiq olunması nəzərdə tutulsa da, xidmətə məxsus elektron avtomobil tərəzisində bu hallar nəzərə alınmamaqla bərabər daha dəqiq ölçü aparılır. Qeyd olunanların nəzərə alınaraq şikayətin təmin edilibedilməməsi məsələsinin məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-i BDYPİ-nin bilavasitə tabe olan YPXA-ı yol patrul xidməti inspektoru Şahid izahatında göstərdi ki, o, X1nu tanıyır, sonuncu ilə aralarında qohumluq münasibəti, habelə düşmənçilik və ədavəti yoxdur. Bununla yanaşı, Əbil Mirzəyevin 102 xidmətinə etdiyi şikayəti əsasında sonuncu ilə əlaqə saxlamış, habelə ondan H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən X3 Xidməti MMC 1 nömrəli X11 yaxınlaşmasını istməmiş, özü də həmin məntəqəyə getmişdir. Beləliklə, tərəfindən hər-hansı müdaxilə olmamaqla, Əbil Mirzəyevin idarə etdiyi yük avtomobili həmin məntəqədə çəkilmiş, bu zaman mobil telefon vasitəsi ilə videoçəkiliş aparsa da, hazırda həmin videoqeyd mobil telefonundan silinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X3 Xidmətinin mütəxəssisi X9 izahatında göstərdi ki, o, X1nu tanımır, sonuncu ilə aralarında qohumluq münasibəti, habelə düşmənçilik və ədavəti yoxdur. Bununla yanaşı, 17 yanvar 2025-ci il tarixdə xidmətin üç nəfər əməkdaşı ilə birlikdə növbədə olmuş, həmin tarixdə Əbil Mirzəyev yol patrul xidməti inspektoru ilə birlikdə məntəqəyə yaxınlaşmışdır. Qeyd edir ki, yol patrul xidməti əməkdaşının iştirakı olmadığı halda, onların yük avtomobilini çəkmələrinə ixtiyarları yoxdur. Beləliklə, Əbil Mirzəyevin yük avtomobili məntəqədə olan elektron avtomobil tərəzisində çəkilmiş, buna dair elektron qaydada tərtib edilmiş qaimə verilmiş, həmin qaimə nömrələndiyi üçün imzalanmamış, həmçinin qaimədə avtomobilin dövlət qeydiyyat nişanı və markası qeyd edilmişdir. Məntəqədə avtomobil çəkilərkən sürücüdən 5 km/saat sürəti ilə keçməsi tələb olunmuş, həmçinin hər bir oxa düşən yüklər toplanaraq, avtomobilin cəmi çəkisi hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin 09 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25445416 saylı qərar ləğv edilərək iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinə) göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən 17 yanvar 2025-ci il tarixdə tərtib edilmiş EQ seriyalı, 25586420 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X14 17 yanvar 2025-ci il tarixdə, saat 02:26-da “MAN TGX18.440 YÜK” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xızı rayonun Giləzi kəndi ərazisindən keçən Bakı-Quba yolunun 65.1-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 14438 nömrəli tərəzi qəbzindən görünür ki, sürücü Əbilin idarəçiliyində olan **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 17 yanvar 2025-ci il tarixdə, saat 00:56-da tara çəkisi 15850 kiloqram, netto çəkisi 24280 kiloqram olmaqla, burutto çəkisinin 40120 kiloqram olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X3 Xidməti MMC-nin 1 nömrəli X13 tərəfindən 17 yanvar 2025-ci il tarixdə, saat 03:48-də tərtib edilmiş 62933 nömrəli qaimədən görünür ki, Man markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1-ci oxuna 6562,05, 2-ci oxuna 8919,15, 3-cü oxuna 8109,2, 4-cü oxuna 8051 və 5-ci oxuna 8555,4 kiloqram düşməklə, cəmi çəkisi 40196,8 kiloqram olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiihnisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” X18 “ölçmə vasitələrinin yoxlanılması haqqında” R№038662, ÖVY № 165585 olan şəhadətnaməsinin surətindən görünür ki, 9835A tipli, İsveçrə istehsalı, Zavod (seriya) nömrəsi ******* olan ölçmə vasitəsinin son yoxlama tarixi 14 oktyabr 2024-cü il olmaqla, 14 oktyabr 2025-ci il tarixədək istifadə oluna bilər. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 8268/224 nömrəli Kalibrlənmə sertifikatından görünür ki, “X3 Xidməti” PHŞ-in Bakı-Quba yolunun 45-ci kilometrdə yerləşən NT-501A tipli, ********* seriya nömrəli, “elektron avtomobil tərəzisi” 25 noyabr 2024-cü il tarixdə kalibrlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Məhkəmə iş materiallarını və yuxarıda qeyd olunan qanunvericilik normalarını əsas götürərək qeyd edir ki, işin araşdırılan hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 17 yanvar 2025-ci il tarixdə yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən mobil telefonuna inzibati qaydada cərimə olunmasına dair sms gəldikdən sonra dərhal avtomobilini dayandıraraq, 102 xidmət mərkəzinə zəng eləmiş və bu barədə məlumat vermişdir. Daha sonra YPX-nin Şahid adlı əməkdaşı ona zəng vuraraq yaxınlıqda olan X11 gəlməsini bildirmiş, o, 01 saylı X11 gedərək avtomobili yenidən çəkilmiş, bu barədə qaimə tərtib edilmiş və həmin qaiməyə əsasən onun çəkisinin 40196,8 kq olduğu müəyyən edilmişdir. Qeyd olunan bu fakt məhkəmə iclasında izahat verən şahidlər Şahid və Elnur Hüseynovun izahatları ilə təsdiq olunmuşdur. Həmçinin məhkəmə iclasında izahat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X3 Xidmətinin nümayəndəsi 01 saylı X6 sertifikatını təqdim edərək onlar tərəfindən verilmiş 62933 saylı qaimənin həqiqiliyini təsdiq etmişlər. Lakin yuxarıda sadalanan hallar inzibati xəta haqqında qərar qəbul edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən araşdırılmadan X7 inzibati cərimə növündə tənbeh edilməsi barədə qərar qəbul edilmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, Əbil Mirzəyev tərəfindən məhkəməyə təqdim edilmiş yükün çəkisi haqqında 14438 saylı qəbz sübut kimi qəbul edilməsə də, faktiki olaraq həmin qaimədə yükün çəkisi 40120 kq müəyyən edilərək 01 saylı X4 çəkilən 40196,8 kq çəkiyə yaxın çəkidə olmuş, bu hal onun həqiqiliyinə dəlalət etsə də, inzibati xəta haqqında qərar qəbul edən orqan tərəfindən araşdırılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin 09 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25445416 saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinə) göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin 09 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25445416 saylı qərar ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinə) göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-86/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-86/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver