Məhkəmə qərarları › İş №3(059)-87/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-87/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-87/2024 16.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin DYPB-nin yol-patrul xidməti baş inspektoru X1 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin Yeni Yaşayış massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2, 329.1 və 333.2-ci maddələri ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 11 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 11 may 2024-cü il tarixdə, saat 18:55 radələrində VAZ 21045 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən rayonunun Məşrif kəndi ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etməklə, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə saxlanılmış, bu zaman onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 22 yanvar 2024-cü il tarixdə inzibati tənbeh olunmasına baxmayaraq, inzibati tənbeh edilməsinə dair qərar qüvvəyə mindiyi gündən bir il ərzində avtomobili təkrar sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin DYPB-nin yol-patrul xidməti baş inspektoru X2 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 11 may 2024-cü il tarixdə, saat 18:55 radələrində Siyəzən rayonunun Məşrif kəndi ərazisində Siyəzən RPŞ-nin DYPB-nin yolpatrul xidməti inspektoru X3 ilə birlikdə xidmətdə olduğu zaman “VAZ 21045” markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs təhlükəsiz kəməri bağlamadan avtomobil idarə etdiyi üçün tərəflərindən saxlanılmışdır. Bu zaman, həmin avtomobili idarə edən şəxs manevr etmə qaydalarını pozmaqla avtomobili saxlamış, habelə sonuncudan kəskin spirtli içki qoxusu gəlmiş, habelə soruşulduqda, sürücü spirtli içki qəbul etdiyini etiraf etmişdir. Bundan sonra, sürücü tərəflərindən Siyəzən RPŞ-yə gətirilərək, alkotest müayinəsindən keçirilmiş, habelə bu zaman sürücünün həqiqətən də spirtli içki qəbul etdiyi, habelə bu xətanı il ərzində təkrarən törətdiyi müəyyən olduğu üçün, sonuncu Sumqayıt Şəhər Narkoloji Dispanserinə aparılmış, habelə orada onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi aşkar edilmişdir. Daha sonra, elə həmin tarixdə şəxs sərbəst buraxılsa da, sonuncunun Siyəzən RPŞ-nin inzibati binasının həyətində saxlanılan avtomobili 13 may 2024-cü il tarixində şəxsə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.2, 329.1 və 333.2-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, 22 yanvar 2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati tənbəh vermə haqqında qərara əsasən 400 manat cərimə edilmişdir. Bundan başqa, 11 may 2024-cü il tarixdə Siyəzən rayonunun Məşrif kəndi ərazisində yerləşən “Balbulaq” adlı kafedə dayısı oğlu Babəkin doğum günü məclisində spirtli içki araq qəbul etmiş, bundan sonra, arvadı və üç övladı ilə birlikdə idarəçiliyində olan “VAZ 21045” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Şabran rayonuna gedərkən, Siyəzən rayonunun Məşrif kəndində, təhlükəsiz kəməri bağlamadan avtomobil idarə etdiyi üçün yol-patrul xidməti inspektorları tərəfindən saxlanılmış, bu zaman sonuncular ondan spirtli içki qoxusu gəldiyini bildirdikdə, o, spirtli içki qəbul etdiyini etiraf etmişdir. Bundan sonra, avtomobilində olan ailə üzvlərini dayısı oğlu Babəkin avtomobilinə əyləşdirmiş, özü isə inspektorlar ilə birlikdə könüllü olaraq, alkoqol müayinəsindən keçmək üçün Siyəzən RPŞyə, oradan isə Sumqayıt Şəhər Narkoloji Dispanserinə aparılmış, sərxoşluq vəziyyətinin tibbi müayinəsindən sonra isə, elə həmin tarixdə sərbəst buraxılmışdır. Daha sonra, yəni 13 may 2024-cü il tarixində avtomobilini Siyəzən RPŞ-nin inzibati binasının həyətindəki duracaqdan çıxarmışdır. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınmasını xahiş edir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 327.2, 329.1 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Çünki, Şəxs 11 may 2024-cü il tarixdə, saat 18:55 radələrində VAZ 21045 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən rayonunun Məşrif kəndi ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etməklə, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə saxlanılmış, bu zaman onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 22 yanvar 2024-cü il tarixdə inzibati tənbeh olunmasına baxmayaraq, inzibati tənbeh edilməsinə dair qərar qüvvəyə mindiyi gündən bir il ərzində avtomobili təkrar sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Bundan əlavə inzibati xəta materialına əlavə edilmiş 11 may 2024-cü il tarixli, 2267 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, həmin gün Şəxs spirtli içki qəbul etməsi ilə əlaqədar alkoqol sərxoşluğu faktı aşkar edilmişdir. İş materiallarında olan Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru tərəfindən tərtib olunmuş 11 may 2024-cü il tarixli aktın surətindən görünür ki, VAZ 21045 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın həmin gün duracağa yerləşdirilmiş, 13 may 2024-cü il tarixdə isə Şəxs qaytarılmışdır. İş materiallarında olan 07 mart 2020-ci il tarixdə verilmiş AF seriyalı, 330070 nömrəli B C kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 07 mart 2030-cu il tarixədək nəqliyyat vasitəsini idarə etmə hüququ vardır. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 22 yanvar 2024-cü il tarixdə qəbul edilmiş və qanuni qüvvəsini almış TP seriyalı, ******* nömrəli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan sənədlərdən, o cümlədən “Asanpay” ödəniş portalındakı Daxili İşlər Nazirliyi üçün ayrılmış səhifədən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə Şəxs tətbiq edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında 22 yanvar 2024-cü il tarixli qərar hazırkı inzibati xəta hadisəsi baş verənədək qüvvəyə minmiş, habelə həmin cərimə ödənilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 07 dekabr 2011-ci il təvəllüdlü Fatimə, 08 fevral 2013-cü il təvəllüdlü Zəhra və 07 iyul 2014-cü il təvəllüdlü Ali adında uşaqları vardır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 327.2 və 329.1-ci maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Sözügedən Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində üç uşağının olması və əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, əmlak vəziyyətini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini, o cümlədən bir il ərzində alkoqoldan istifadə etməsi ilə əlaqədar inzibati xəta törətməsinə görə müvafiq olaraq inzibati tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da tərbiyələnmək niyyətinin olmamasını, lakin onun məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 333.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, inzibati cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.3, 34, 35, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinsin və o, inzibati tənbeh olaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğdə inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2 və 329.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Siyəzən RPŞ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar