Məhkəmə qərarları › İş №3(059)-88/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-88/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-88/2022 17.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhəri, Nizami küçəsi, Ailə yataqxanada qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 24 oktyabr-26 oktyabr 2021-ci il tarixlərdə, müvafiq olaraq saat 22:00 və 15:00 radələrində Siyəzən şəhərinin Nizami küçəsindəki Ailəvi yataqxananın ümumi istifadədə olan dəhlizindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd 10 manat dəyərində istifadədə olmuş 5 litr tutumlu paslanmayan metaldan olan “Nikelli” çayniki, 1 dəst 45 manat dəyərində 2016-cı ildə alınmış içərisində 3 ədəd qazanları, 2 ədəd tavası olan Qalaksi markalı qazan dəstini, 1 ədəd 25manat dəyərində istifadədə olmamış vəziyyətdə üzərində markalanma göstəriciləri olmayan qırmızı-qara rəngli çaynik çaydanı, 1 dəst 120 manat dəyərində içərisində 3 ədəd tavası olan istifadədə olmamış ”Vest” markalı tavaları, 1 dəst 20 manat dəyərində ağ rəngli şüşədən ibarət, istifadədə olmamış çay servisini, 1 ədəd 15 manat dəyərində 2021-ci ilin may ayında yeni vəziyyətdə alınmış 3 litr həcmində, çəhrayı rəngli dəmir və kauçuk qarışıq materialdan olan Tefal markalı çayniki, 1 ədəd 80 manat dəyərində 2017-ci ildə alınmış qara rəngli, qapaq örtüyü şüşədən olan Vest markalı böyük tavanı, 1 ədəd 70 manat dəyərində 2017-ci ildə alınmış qara rəngli, qapağı olmayan 1 ədəd iki tərəfli Vest markalı tavanı, 1 dəst 70 manat dəyərində göy rəngli üzərində gülü olan 2021-ci ildə alınmış içərisində 3 ədəd qazanları olan qazan dəstini, 6 ədəd hər birinin qiyməti 1 manat olmaqla, ümumilikdə 6 manat dəyərində dərin boşqabları, 6 ədəd hər birinin qiyməti 0,60 manat olmaqla, ümumilikdə 3,60 manat dəyərində orta ölçülü boşqabları, 6 ədəd hər birinin qiyməti 0,50 manat olmaqla, ümumilikdə 3 manat dəyərində kiçik ölçülü boşqabları oğurlamaqla, zərər çəkmiş şəxsə cəmi 467,60 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan əlavə, o, 16 may 2022-ci il tarixdə, saat 16:00 radələrində Siyəzən şəhəri, Nizami küçəsində oğurluqda şübhəli bilindiyindən ora gəlmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının onunla şöbəyə getməklə bağlı qanuni tələbinə qəsdən tabe olmayaraq, oradan qaçmağa cəhd göstərmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən 16 may 2022-ci il tarixli, MN seriyalı ******* və 17 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 3(059)-88/2022 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-88/2022 və 3(059)-89/2022 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-88/2022 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, Babayev X4 şəhərinin Nizami küçəsindəki Ailəvi yataqxananın ümumi istifadədə olan dəhlizindən Zərərçəkmiş şəxs məxsus əşyaları oğurlamaqda şübhəli bilindiyindən 16 may 2022-ci il tarixdə saat 16:00 radələrində RPŞ-nin İTB-nin sahənin polis nəfəri Bəxtiyar Nadirovla birlikdə Şəxs yaxınlaşmış, sonuncuya onlarla birlikdə sözügedən hadisə ilə əlaqədar RPŞ-yə getməli olduğunu bildirdikdə, o, hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Beləliklə, Şəxs qanuni tələblərinə tabe olması təklif edilsə də, sonuncu onlara tabesizlik göstərdiyindən Elməddini saxlayaraq, RPŞ-yə aparmışlar. Odur ki, Elnur Məmmədyarovun barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci və 535.1-ci maddələrinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, o, təxminən 4-5 ay əvvəl pulu olmadığı üçün Zərərçəkmiş şəxs məxsus cəmi 467,60 manat dəyərində əşyaları oğurlamış, lakin vurduğu maddi ziyanı ödəmək imkanı olmadığından qaytarmamışdır. Zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasa da, bir-iki gün sonra zərəri ödəmək niyyəti vardır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs ona məxsus əmlakları oğurlamaqla, cəmi 467,60 manat dəyərində maddi ziyan vurmuş, talanmış əşyalardan bir qismi qaytarılsa da, bir hissəsi qaytarılmamışdır. Bundan əlavə, Şəxs qonşu kimi gəlib, ondan üzr istəməmiş, qalıq əşyalara görə zərəri ödənilməmişdir. Bu səbəbdən də, o, Şəxs şikayətçi olmaqla, barışmamış, habelə sonuncuya ciddi inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid Siyəzən RPŞ-nin İTB-nin sahənin polis nəfəri X1 inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Elmir Əsgərovun izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İşdə olan 19 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, bu qərardan görünür ki, Şəxs 24 oktyabr-26 oktyabr 2021-ci il tarixlərdə, müvafiq olara saat 22:00 və 15:00 radələrində Siyəzən şəhərinin Nizami küçəsindəki Ailəvi yataqxananın ümumi istifadədə olan dəhlizindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd 10 manat dəyərində istifadədə olmuş 5 litr tutumlu paslanmayan metaldan olan “Nikelli” çayniki, 1 dəst 45 manat dəyərində 2016-cı ildə alınmış içərisində 3 ədəd qazanları, 2 ədəd tavası olan Qalaksi markalı qazan dəstini, 1 ədəd 25 manat dəyərində istifadədə olmamış vəziyyətdə üzərində markalanma göstəriciləri olmayan qırmızı-qara rəngli çaynik çaydanı, 1 dəst 120 manat dəyərində içərisində 3 ədəd tavası olan istifadədə olmamış ”Vest” markalı tavaları, 1 dəst 20 manat dəyərində ağ rəngli şüşədən ibarət, istifadədə olmamış çay servisini, 1 ədəd 15 manat dəyərində 2021-ci ilin may ayında yeni vəziyyətdə alınmış 3 litr həcmində, çəhrayı rəngli dəmir və kauçuk qarışıq materialdan olan Tefal markalı çayniki, 1 ədəd 80 manat dəyərində 2017-ci ildə alınmış qara rəngli, qapaq örtüyü şüşədən olan Vest markalı böyük tavanı, 1 ədəd 70 manat dəyərində 2017-ci ildə alınmış qara rəngli, qapağı olmayan 1 ədəd iki tərəfli Vest markalı tavanı, 1 dəst 70 manat dəyərində göy rəngli üzərində gülü olan 2021-ci ildə alınmış içərisində 3 ədəd qazanları olan qazan dəstini, 6 ədəd hər birinin qiyməti 1 manat olmaqla, ümumilikdə 6 manat dəyərində dərin boşqabları, 6 ədəd hər birinin qiyməti 0,60 manat olmaqla, ümumilikdə 3,60 manat dəyərində orta ölçülü boşqabları, 6 ədəd hər birinin qiyməti 0,50 manat olmaqla, ümumilikdə 3 manat dəyərində kiçik ölçülü boşqabları oğurlamaqla, zərər çəkmiş şəxsə cəmi 467,60 manat dəyərində maddi ziyan vurmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs 17 may 2022-ci il tarixdə məhkəmədə tərtib edilmiş ərizəsindən, eləcə də işin faktiki hallarından görünür ki, talanmış əşyalardan “Nikelli” çaynik, 1 dəst çaynik çaydanı, 1 dəst ”Vest” markalı tavalar, 1 ədəd Tefal markalı çaynik, 6 ədəd dərin və orta ölçülü boşqablar, həmçinin 6 ədəd kiçik ölçülü boşqablar zərər çəkmiş şəxsə qaytarılsa da, sonuncu Şəxs şikayətçi olmaqla, ona ciddi inzibati tənbeh verilməsini xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs 16 may 2022-ci il tarixdə, saat 16:00 radələrində Siyəzən şəhəri, Nizami küçəsində oğurluqda şübhəli bilindiyindən ora gəlmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının onunla şöbəyə getməklə bağlı qanuni tələbinə qəsdən tabe olmayaraq, oradan qaçmağa cəhd göstərmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 01 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs qaçıb gizləndiyinə görə inzibati xəta haqqında iş üzrə icraat həmin tarixdən dayandırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi barədə 17 may 2022-ci il tarixli qərardan görünür ki, Şəxs yeri müəyyən edilərək saxlanılmış və onun barəsində icraatı dayandırılmış inzibati iş üzrə icraat təzələnmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, Şəxs İXM-nin 227-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi şəkildə etiraf etməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 3(059)-177/2021 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, müxtəlif vaxtlarda iki inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, müəyyən müddətdə axtarışda olmasını, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 227-ci və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbehin tətbiq edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 16 may 2022-ci il tarixdə, saat 16:00 radələrindən faktiki saxlanılması, habelə həmin gün saat 20:20-də inzibati qaydada tutulması, bundan sonra azad edilməyərək, məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Zərərçəkmiş şəxs, Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 16 may 2022-ci il tarixdən saat 16.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar