Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-88/2024 20.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, DİN-in NBPİ-nin Dəmir yolu NPİ-nin Xaçmaz st. XPŞ-nin Siyəzən st. Xətt polis məntəqəsinin məntəqə rəisi X2 iştirakları ilə, xx xxxxxxxx 1989-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Siyəzən-Broyler ASC”-də ixtisassız bağban işləyən, Vətən müharibəsi iştirakçısı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən rayonunun Böyük Həmyə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə DİN-in NBPİ-nin Dəmir yolu NPİ-nin Xaçmaz st. X6 daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 12 mart 2024-cü il tarixdə, saat 19:30 radələrində Siyəzən rayonunun ərazisindəki dəmir yolunun keçidində NBPİ-nin Dəmir yolu NPİ-nin Xaçmaz st. X9 Siyəzən st. Xətt polis məntəqəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli şəxs qismində saxlanılaraq, Xaçmaz st. X11 gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibində olan siqaret qutusunun içərisindən az miqdarda yəni, 0,397 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 20 may 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in NBPİ-nin Dəmir yolu NPİ-nin Xaçmaz st. XPŞ-nin Siyəzən st. Xətt polis məntəqəsinin məntəqə rəisi X4 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs Azərbaycan Dəmir Yollarının Siyəzən rayon ərazisindən keçən hissəsində narkotik vasitə istifadə etməsi barədə daxil olmuş məlumat əsasında, sonuncu 12 mart 2024-cü il tarixdə, təxminən saat 18-19:30 radələrində Siyəzən st. Xətt polis məntəqəsinin əməkdaşları tərəfindən Siyəzən rayon ərazisindəki dəmir yolu xəttinin keçidində şübhəli şəxs qismində saxlanılmış, habelə üzərində şəxsi axtarış keçirilməsi üçün Xaçmaz st. X11 dəvət edilmişdir. Orada videoçəkiliş vasitəsi ilə Şəxs üzərində keçirilən şəxsi axtarış zaman onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olan siqaret qutusunun içərisindən tütün ilə qarışıq olmaqla, spesifik qoxuya malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, habelə sonuncu bir gün Xaçmaz st. X10 saxlanılsa da, 13 mart 2024-cü il tarixdə azad edilmişdir. Daha sonra, təyin edilmiş müvafiq ekspertiza rəyinə əsasən Şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Bundan əlavə, Şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 44 günlük Vətən Müharibəsindən qayıtdıqdan sonra psixoloji vəziyyətində yaranmış gərginliyə görə ara-sıra narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Bundan başqa, 12 mart 2024-cü il tarixdə Siyəzən rayonunun “dərə” məhəlləsi deyilən ərazisindəki qaz borusunun yanından bükülü tapmış, habelə həmin bükülünün içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildikdən sonra, onu üzərində olan “Rothmans” markalı siqaret qutusuna yerləşdirmişdir. Bundan sonra, taksi fəaliyyəti ilə məşğul olan Vüqar adlı şəxsə zəng edərək, sonuncudan onu yaşadığı evə aparmasını istəmiş, habelə həmin tarixdə, təxminən saat 18-19:30 radələrində, Siyəzən rayon ərazisindəki dəmir yolu xəttinin keçidində Vüqarın idarə etdiyi qara rəngli, “Mercedes” markalı avtomobildə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmaqla, Xaçmaz st. X11 dəvət edilmişdir. Orada üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindəki siqaret qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, habelə bir gün saxlanıldıqdan sonra, 13 mart 2023-cü il tarixdə, təxminən saat 11:00 radələrində sərbəst buraxılmışdır. Bununla yanaşı polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra narkotik vasitə istifadə etməməsinin, ilk dəfə inzibati xəta törətməsinin, onkoloji xəstə olmasının, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 12 mart 2024-cü il tarixdə, saat 19:30 radələrində Siyəzən rayonunun ərazisindəki dəmir yolunun keçidində NBPİ-nin Dəmir yolu NPİ-nin Xaçmaz st. X9 Siyəzən st. Xətt polis məntəqəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli şəxs qismində saxlanılaraq, Xaçmaz st. X11 gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibində olan siqaret qutusunun içərisindən az miqdarda yəni, 0,397 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 12 aprel 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun haqqında Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün sözügedən qərarın surəti Xaçmaz st. X9 Siyəzən XPM-nə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, Şəxs götürülməklə, bir ədəd zərfdə qablaşdırılmış, qurudulmuş marixuana saxlanması üçün Xaçmaz st. X9 anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 14 mart 2024-cü il tarixli, 3-16- 16/2-7/426 nömrəli rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş zərdə tütün ilə qarışıqda təmiz çəkisi 0,397 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram marixuana sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 0,377 qram təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəməbioloji ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 Ekspert komissiyası tərəfindən 17 aprel 2024-cü il tarixdə verilmiş 2452 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 12 mart 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Şəxs həmin tarixdə, saat 20:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 13 mart 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş Şəxs həmin tarixdə, saat 10:00-da azad edilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan, eləcə Azərbaycan Respublikası Siyəzən RİH-nin rəsmi internet səhifəsinə yerləşdirilmiş Siyəzən rayonunda müharibə veteranı almış şəxslərə dair məlumatdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs vətən müharibəsi iştirakçısı olmasına görə 80 manat məbləğində pensiya alır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, həmçinin, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, vətən müharibəsi iştirakçısı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, vətən müharibəsi iştirakçısı olmasını, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 12 mart 2024-ci il tarixdə, saat 20:00-dan inzibati qaydada tutulmuş, daha sonra,13 mart 2024-cü il tarixdə, saat 10:00-da azad olunmuşdur. Hazırda, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən Şəxs aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,377 qram olan, maddi sübut sayılan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin, Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məhkəmə xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 55, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Şəxs götürülmüş, qalıq çəkisi 0,377 qram olan maddi sübut, narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-88/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-88/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver