Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-90/2024 22.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu xx xxxx 1977-ci il tarixdə Şabran rayonunun Eynibulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Siyəzən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 26 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli və eyni tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta protokollardan və inzibati xəta haqqında iş materialından görünür ki, Şəxs müvafiq olaraq, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 26 iyun 2023-cü il tarixli, EQ 15318646 saylı, eləcə də İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 22 iyun 2023-cü il tarixli, EQ 15237084 saylı qərarları qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, DİN-in rəsmi internet səhifəsindən çıxarışların surətindən müəyyən edildi ki, EQ 15318646 və EQ 15237084 saylı qaimələr ödənilməklə, mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinin İV hissəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcudluğu məsələsini həll edir. İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs 22 iyun 2023-cü il tarixli, EQ 15237084 və 26 iyun 2023-cü il tarixli, EQ 15318646 saylı inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cəriməni tam olaraq ödədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 529.3-cü maddəsini rəhbər tutaraq, hakim qəraraaldı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-90/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-90/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver