Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-91/2020 15.05.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxx 2020-ci il tarixdə saat 19:00 radələrində yaşadığı Siyəzən şəhəri, Əliağa Vahid küçəsindəki 151 saylı evdə atası Cavanşir Tağıyevin şikayəti əsasında saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, orada növbətçi hissədə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan heroindən istifadə etməsi aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs xx xxx 2020-ci il tarixdə saat 19:00 radələrində yaşadığı Siyəzən şəhəri, Əliağa Vahid küçəsindəki 151 saylı evdə atası Cavanşir Tağıyevin şikayəti əsasında saxlanılaraq Siyəzən RPŞ-yə gətirildiyini, RPŞ-nin növbətçi hissəsində üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində heroindən istifadə aşkar edildiyini bildirdi. Odur ki, Şəxs barəsində inzibati qaydada müvafiq inzibati tənbeh tədbirinin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib etməklə məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, təxminən 3 ay olar, narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, sonuncu dəfə saxlanılmamışdan 4 gün əvvəl narkotik vasitə heroin qəbul etmiş, həmin maddəni isə çoxdan Bakı şəhərində yerləşən Nizami metrosunun yaxınlığında tanımadığı şəxsdən 15 manata almışdır. xx xxx 2020-ci il tarixdə yaşadığı ünvanda spirtli içki qəbul etməmiş, habelə ailə üzvləri ilə münaqişə yaratmamışdır. Bu səbəbdən də, atasının onun barəsində Siyəzən RPŞ-yə ünvanladığı şikayət ərizəsində göstərilənlər yalandır. Çünki, o, atası ilə həmin gün gecə saatlarında bir dəqiqəlik qapını açarkən qarşılaşmış və aralarında hər hansı bir formada münaqişə baş verməmişdir. Bununla belə, atası ondan Siyəzən RPŞ-yə guya onun yaşadığı ünvanda ailə üzvləri ilə münaqişə yaratması barədə şikayət ərizəsi ilə müraciət etmiş, həmçinin ərizəsində onun narkotik vasitə istifadə etdiyini də göstərmişdir. Bu səbəbdən də, xx xxx 2020-ci il tarixdə saat 19:00 radələrində yaşadığı Siyəzən şəhəri, Əliağa Vahid küçəsindəki 151 saylı evdə olarkən Siyəzən RPŞ-nin əməkdaşları gəlmiş və atasının onun barəsində etdiyi şikayətin araşdırılması zəruriliyini, eləcə də üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə, onu şəxsi axtarış aparılmasından ötrü Siyəzən RPŞ-yə aparmışlar. Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilmiş, bu zaman onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, onun sidiyindən analiz götürülmüş və həqiqətən də, narkotik vasitə, o cümlədən heroindən istifadə etməsi öz təsdiqini tapmışdır. Qeyd olunanların, eləcə də əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 19:00 radələrində yaşadığı Siyəzən şəhəri, Əliağa Vahid küçəsindəki 151 saylı evdə atası Cavanşir Tağıyevin şikayəti əsasında saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, orada növbətçi hissədə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində heroindən istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Rayonlararası Narkoloji Dispanserinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxx 2020-ci il tarixli, A/352 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə olan heroindən istifadə etməsi aşkar edilmişdir. İşdə olan sənəddən görünür ki, Tağıyev X2 Dövlət Universitetində Biotexniki və tibbi aparatlar və sistemlər ixtisası üzrə əyani təhsil almışdır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, ali təhsilli olmaqla əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən ali təhsilli olmaqla əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 19:00-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-91/2020
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-91/2020
15.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver