Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-93/2021 21.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-3734/2019 saylı icra vərəqəsinə əsasən cəmi 1430 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən xx xxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-3734/2019 saylı icra sənədi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədi ümumiyyətlə, üzrsüz səbəbdən icra edilməmiş, habelə borclu aliment borcunu ödəməkdən qəsdən və qərəzli şəkildə yayınmışdır. Hazırkı vaxta sözügedən icra sənədi üzrə Şəxs cəmi 1430 manat məbləğində aliment borcu vardır və hazırda sonuncu həmin borcu ödəməkdən imtina edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə olan aliment borcunu ödəməmişdir. Belə ki, o, bir müddət “xxxx” MMC-də nəzarətçi işləsə də, xx xxxx 2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən azad edilmişdir. Bundan sonra, bir müddət işsiz olsa da, son zamanlarda fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, gündəlik 20 manat qazanc əldə etməyə başlamışdır. Hazırkı vaxtadək cəmi 970 manat aliment ödəməsinə baxmayaraq, yaranmış 1430 manat aliment borcunu işləməməsi və maddi imkanının olmaması səbəbindən icra edə bilməmişdir. Lakin, bundan sonra, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üzərinə düşən öhdəliyi icra edəcəyinə, yəni, aliment borcunu ödəyəcəyinə söz verir. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən, həmçinin etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-3734/2019 saylı icra sənədi icra olunması üçün aidiyyəti üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmiş, həmin icra sənədi icraata qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. İşdə olan Zərərçəkmiş şəxs xx xxxxx 2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, 1430 manat aliment borcunun borclu Şəxs tərəfindən ona ödənilməsi təmin edilməyəcəyi təqdirdə, borclu barəsində onun iştirakı olmadan tədbir görülməsini, habelə Şəxs həbs edilməsini xahiş etmişdir. İşdə olan Elektron İcra İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində anaları Sənubər Qurbanova olan xx xxxxxxx 2009-cu il təvəllüdlü Ədalət, xx xxxxxxxx 2014-cü il təvəllüdlü Nilay və xx xxxxxx 2019-cu il təvəllüdlü Sənan adında uşaqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, həmçinin, əməlindən səmimi peşmançılıq çəkməsi, eləcə də himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, əməlindən səmimi peşmançılıq hissi çəkməsi, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması kimi yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-93/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-93/2021
21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver