Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-93/2022 31.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs və X3, müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən Vəkil, tərcüməçi X1, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X6 iştirakları ilə xx xxxx 1975-ci il tarixdə Abşeron rayonunun Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, İİ dərəcə əlil, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 22 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən şəhər qəbiristanlığından Zərərçəkmiş şəxs atası, anası və qardaşının məzar daşlarının ətrafında qoyulmuş 4 ədəd dəmir barmaqlığı oğurlamaqla, zərər çəkmiş şəxsə 60 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan əlavə, o, 07 mart 2022-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhər qəbiristanlığından X3 ailə üzvlərinə aid qəbirlərin ətrafındakı 20 il əvvəl qoyulmuş 11 metr uzunluğunda dəmir armaturu oğurlamaqla, zərər çəkmiş şəxsə 40 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa, o, 08 mart 2022-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhər qəbiristanlığından X4 babasının və əmisinin qəbirləri üzərində 17 il əvvəl qoyulmuş 4 ədəd dəmir şam qabını oğurlamaqla, zərər çəkmiş şəxsə 20 manat dəyərində maddi ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X9 tərəfindən 31 may 2022-ci il tarixli, MN seriyalı 1344619, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 3(059)-93/2022 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-93/2022, 3(059)-94/2022 və 3(059)-95/2022 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-93/2022 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X9 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, Şəxs fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaqla, sonuncu oğurluq vaxtlarını dəqiq xatırlamadığı müddətlərdə Zərərçəkmiş şəxs ailə üzvlərinə aid qəbirlərin ətrafında qoyulmuş 4 ədəd dəmir barmaqlığı oğurlamaqla, zərər çəkmiş şəxsə 60 manat dəyərində, X3 ailə üzvlərinə aid qəbirlərin ətrafındakı 11 metr uzunluğunda dəmir armaturu oğurlamaqla, zərər çəkmiş şəxsə 40 manat dəyərində, X4 ailə üzvlərinə aid qəbirlərin üzərindən 4 ədəd dəmir şam qabını oğurlamaqla, zərər çəkmiş şəxsə 20 manat dəyərində maddi ziyan vurmuşdur. Odur ki, Şəxs barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokollar tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 22 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən şəhər qəbiristanlığından Zərərçəkmiş şəxs ailə üzvlərinin məzar daşlarının ətrafında qoyulmuş 4 ədəd dəmir barmaqlığı, 07 mart 2022-ci il tarixdə, saat 19:00 radələrində X3 ailə üzvlərinə aid qəbirlərin ətrafındakı 11 metr uzunluğunda dəmir armaturu, 08 mart 2022-ci il tarixdə, saat 18:00 radələrində isə X4 ailə üzvlərinə aid qəbirlərin üzərindən 4 ədəd dəmir şam qabını oğurlamış, habelə bu əşyaları Xızı rayonunun Yaşma kəndində metal qəbulu məntəqəsinə 4 ədəd dəmir barmaqlığı 30- 35, 11 metr uzunluğunda dəmir armaturu 40 manata satsa da, 4 ədəd dəmir şam qabının satışı heç 10 manat etməmişdir. Zərərlər ödənilməmişdir. Bununla belə əməllərindən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Siyəzən şəhər qəbiristanlığına tez-tez gedib-gəlir. Novruz bayramı ərəfəsində, yəni ilk çərşənbədə, 22 fevral 2022-ci il tarixdə, axşam saatlarında ailə üzvləri, o cümlədən atası Kamil İmanquliyevin, anası Xansənəm İmanquliyevanın və qardaşı Əli İmanquliyevin məzarlarını ziyarət etməyə getmişdir. Sözügedən ailə üzvlərinə aid qəbirlər yan-yana yerləşir. Məzarların ətrafında genişləndirmə işləri aparıldığından ümumilikdə təxminən 14 metr uzunluğunda 4 ədəd dəmir barmaqlığı sökdürərək, kənara qoymuş, habelə həmin predmetlər 2 ildən artıq müddətdə orada olmuşdur. Həmin əşyalar oğurlanmasa idi, onlar suvaq işlərindən sonra yerinə qoyulacaqdı. İmzaladığı izahatda ona aid oğurlanmış 4 ədəd dəmir barmaqlığın dəyəri ilə razı olmasa da, 60 manat məbləğində göstərilmişdir. Əşyaları qayıtmadığı üçün Şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, oğurluq onun ailə üzvlərinə, o cümlədən atası Canlar Balabəyova, qardaşı Möhüb Balabəyova və sonuncunun övladlarına aid qəbirlərin ətrafından edilmişdir. Belə ki, sözügedən qəbirlərin ətrafındakı 11 metr uzunluğunda dəmir armaturun oğurlanması nəticəsində ona 40 manat dəyərində maddi ziyan vurulmuşdur. Şikayətçi olmasa da, ona dəyən zərər ödənilməmiş, habelə o, Şəxsla barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, oğurluq onun ailə üzvlərinin, o cümlədən babası X5 və əmisi X2 qəbirlərinin üzərindən edilmişdir. Belə ki, Novruz bayramı ərəfəsində, yəni sonuncu çərşənbədə sözügedən qəbirləri ziyarət etmək məqsədilə gedərkən onların üzərindən 4 ədəd dəmir şam qabının oğurlandığını müəyyən etmişdir. Həmin əşyaların dəyəri 20 manat təşkil edir. Ona vurulmuş zərər ödənilməmiş, əşyaları qayıtmamışdır. İşdə olan qanuni qüvvəsini almış 04 mart və 08 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarların surətlərindən görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, habelə xırda talamalarla əlaqədar inzibati qaydada tədbirlərin görülməsi üçün qərarların surətləri Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, bu qərarların surətlərindən görünür ki, 22 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən şəhər qəbiristanlığından Zərərçəkmiş şəxs atası, anası və qardaşının məzar daşlarının ətrafında qoyulmuş 4 ədəd dəmir barmaqlığın oğurlanması nəticəsində sonuncuya 60 manat, 07 mart 2022-ci il tarixdə, saat 19:00 radələrində həmin yerdən X3 ailə üzvlərinə aid qəbirlərin ətrafındakı 20 il əvvəl qoyulmuş 11 metr uzunluğunda dəmir armaturun oğurlanması nəticəsində sonuncuya 40 manat, 08 mart 2022-ci il tarixdə, saat 18:00 radələrində yenə oradan X4 babasının və əmisinin qəbirləri üzərində 17 il əvvəl qoyulmuş 4 ədəd dəmir şam qabının oğurlanması nəticəsində sonuncuya 20 manat dəyərində maddi ziyan dəymişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 22 mart 2008-ci il təvəllüdlü Aynur adında yetkinlik yaşına çatmayan uşağı olan Şəxs İİ dərəcə əlilliyə görə müavinət alır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi şəkildə etiraf etməsi, eləcə də himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, İİ dərəcə əlil olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda, Şəxs əməlində İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmaqla, həmin maddənin sanksiyası daxilində tənbeh edilməli olsa da, onun barəsində bu maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər və ya həbs növündə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi istisna edilir. Çünki, İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətmiş şəxs yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28-ci maddəsinin 4-cü hissəsinin İ bəndinə əsasən birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara ictimai işlər tətbiq oluna bilməz. Yenə həmin Məcəllənin 30-cu maddəsinin İİ hissəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Bununla belə, İXM-nin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Odur ki, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, təqsirinin dərəcəsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, İİ dərəcə əlil olmasını, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yuxarıda qeyd edilən yüngülləşdirən halların mövcud olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə, İXM-nin 227-ci maddəsi ilə cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34-1-ci maddəsi tətbiq edilməklə, ona 400 (dörd yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-93/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-93/2022
31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver