Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-94/2023 17.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlu xx xxxxx 1976-cı il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 07 mart 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş materialından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 03 avqust 2022-ci il tarixli, EQ seriyalı 10829297 saylı qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Həmçinin, Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 07 aprel 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş materialından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 24 avqust 2022-ci il tarixli, EQ seriyalı 11084997 saylı qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Siyəzən Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 3(059)-95/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-94/2023 saylı və 3(059)- 95/2023 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-94/2023 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının “Hökumət ödəniş portalı”ndakı Daxili İşlər Nazirliyi üçün ayrılmış pəncərədə həmin Nazirliyin qurumları tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarlar üzrə şəxslərin ödənilməmiş cərimələrinin olub-olmaması yoxlanılarkən müəyyən edildi ki, həmin şəxsin adına inzibati xəta haqqında yuxarıda qeyd edilən protokol məhkəməyə daxil olduğu vaxta, protokolda göstərilən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə minmiş, lakin EQ ********* və EQ 10829297 saylı qaimələr ödənilməklə, mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs 24 avqust 2022-ci il tarixli, EQ seriyalı 11084997 saylı və 03 avqust 2022-ci il tarixli, EQ seriyalı 10829297 saylı inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimələri tam olaraq ödədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 529.3-cü maddəsini rəhbər tutaraq, hakim QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-94/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-94/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver