Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-98/2022 10.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxx 1999-cu il tarixdə Siyəzən rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs sərxoş vəziyyətdə 09 iyun 2022-ci tarixdə, saat 22:45 radələrində Siyəzən rayonunun Yenikənd kəndindəki yaşadığı evin həyətində barəsində atası Bahadur Həsənovun DİN-in 102 xidməti vasitəsilə RPŞ-yə daxil olmuş şikayəti ilə əlaqədar ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, onların şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, habelə həmin məqamda orada, eləcə də küçədə ictimai qaydanı pozub, sonuncuların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 10 iyun 2022-ci il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 3(059)-98/2022 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-98/2022 saylı və 3(059)- 99/2022 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-98/2022 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, icraatına daxil olmuş raporta əsasən protokollar tərtib edilmişdir. Belə ki, DİN-in 102 xidmətinə Şəxs barəsində onunla münaqişə yaratdığına görə atası Bahadur Həsənovun şikayəti daxil olmuş, RPŞ-nin əməkdaşları isə ora gedəndə onlara tabesizlik göstərib, Nuran Ucaqovun və Babək Güləliyevin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, 09 iyun 2022-ci il tarixdə, saat 22:45 radələrində içkili olduğu üçün işdən gəlmiş atası Bahadur ilə şəxsi münasibətlər zəminində mübahisələri yaranmış, evdən çıxarkən yaşadığı evin 3 ədəd pəncərəsini sındırmışdır. Əsəbi olmaqla, sıxıldığı üçün atası Bahadurun zəngi əsasında gəlmiş polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, habelə həyətdə yerə əyləşərək, onlarla getməkdən imtina etmişdir. Bundan əlavə, özündə olmadığından həyətdə polis əməkdaşlarından birinin ünvanına nalayiq ifadə də işlətmişdir. Eyni zamanda, hadisə zamanı qonşular yığılmış, bir-iki nəfər qonşu uşaq gəlib, baş verənlərlə maraqlansalar da, o, heç nə olmadığını qeyd etmişdir. Daha sonra, polis əməkdaşları onu Siyəzən RPŞ-yə aparıb növbətçi hissəyə təhvil vermişlər. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili X2 izahatında göstərdi ki, əvvəllər Şəxs barəsində Xaçmaz Rayon Məhkəməsinin axtarış qərarı olduğu üçün onu əməliyyatçı kimi tanımışdır. 09 iyun 2022-ci il tarixdə, saat 21:35də DİN-in 102 xidməti daxil olmuş şikayətə əsasən o, təhqiqatçı Eldar Şükürov və sürücü Nuran Ucaqov hadisə yerinə getmişlər. Siyəzən rayonunun Yenikənd kəndindəki ünvana çatanda Şəxs atası Bahadurun küçədə əyləşdiyini görmüşlər. Bu zaman Bahadur oğlu Məhəbbətin onu döydüyünü, evi dağıtdığını bildirmişdir. Daha sonra, evə daxil olduqda, orada 2 ədəd qapı olmuş, ikinci qapıdan girəndə Bahadur Həsənov masada yemək yediklərini, oğlu Məhəbbətin anasını da evdən qovduğunu, onu isə döyüb evdən çıxardığını qeyd etmişdir. Bundan sonra, Eldar müəllim Bahadur Həsənovun ərizəsini almış, habelə sonuncuya xəsarətlərlə bağlı ekspertizadan keçməli olduğunu bildirmiş, o, isə baş verənləri kənardan müşahidə etmişdir. Daha sonra, Eldar müəllim Şəxs olduğu o biri otağa daxil olub, sonuncunu izahat vermək üçün şöbəyə dəvət etdikdə, Məhəbbət içkili vəziyyətdə onlara qarşı aqressiv davranmağa başlamış, qanuni tələblərinə tabe olmayaraq, onlarla birlikdə RPŞ-yə getməkdən təkidlə imtina etmiş, onlara qarşı nalayiq ifadələr işlətmişdir. Şəxs məcburi surətdə polis maşınına aparılanda başındakı papaq yerə düşdüyündən sonuncu Nuran Ucaqova papağını gətirməsini tələb etmiş, bu zaman Nuran papağı gətirmək üçün geri qayıtdıqda, artıq avtomaşına əyləşdirilmiş Məhəbbətə bilə-bilə papağının atılmadığı qeyd edərkən, Məhəbbət onun da ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan əlavə, Şəxs Siyəzən RPŞ-yə aparılarkən öz hərəkətlərini davam etdirməklə, ayaqları ilə maşındakı dəmir arakəsməni vurur, “oğru aləminə aid” mahnılar oxuyur, “rütbəlilər ölməlidi” deyir, həm onu, həm Nuranı, həm də polisin ünvanına nalayiq ifadələr işlədirdi. Daha sonra, onlar Məhəbbəti gətirib, RPŞ-yə təhvil vermişlər. İçki içmədikdə, Şəxs özünü normal aparsa da, içki içəndə özündə olmur. Belə ki, qərarla bağlı Məhəbbəti əvvəl də apararkən sonuncu içkili olduğundan bu tipli hadisə ilə qarşılaşmışdır. Məhkəmə iclasında iştirak edən digər şahid Siyəzən RPŞ-nin növbətçi hissənin polis nəfəri-sürücü X4 şahid Babək Güləliyevin izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İşdə olan sənədlərdən, o cümlədən raportlardan görünür ki, Şəxs sərxoş vəziyyətdə 09 iyun 2022-ci tarixdə, saat 22:45 radələrində Siyəzən rayonunun Yenikənd kəndindəki yaşadığı evin həyətində barəsində atası Bahadur Həsənovun DİN-in 102 xidməti vasitəsilə RPŞ-yə daxil olmuş şikayəti ilə əlaqədar ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, onların şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, habelə həmin məqamda orada, eləcə də küçədə ictimai qaydanı pozub, sonuncuların ünvanına nalayiq ifadələr işlətmişdir. İşdə olan 09 iyun 2022-ci il tarixdə, saat 23:04 də tərtib edilmiş 642495 nömrəli protokollaşdırmadan görünür ki, Şəxs alkoqol sərxoşluğu olmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də yaşadığı ünvanın həyətində xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onlarla birlikdə RPŞ-yə getməklə bağlı qanuni tələblərinə əməl etməməsini, habelə hərəkətlərini davam etdirərək, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsini, bundan sonra da əyləşdirildiyi avtomaşında hüquqazidd hərəkətlərini davam etdirməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 09 iyun 2022-ci il tarixdə, saat 22:45 radələrində faktiki saxlanmasına baxmayaraq, həmin vaxt içkili olmuş Şəxs saat 23:45-də inzibati qaydada tutulması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Bu Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 09 iyun 2022-ci il tarixdən saat 23.45-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-98/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-98/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver