Məhkəmə qərarları › İş №3(060)-1/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1/2024 10.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil, Protokolu tərtib etmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində 11 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, "xxxx" MMC-yə məxsus istehsalat sahəsinin ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot-hesabatı aparılmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2219/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı (hakim E.Məmmədov) ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsindəki 11 sentyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2219/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-533/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 3(060)- 2219/2023 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmış, apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə çıxışında bildirdi ki, "xxxx" MMC dəyirman fəaliyyəti ilə məşğul olur. "xxxx" MMC-yə məxsus istehsalat sahəsinin ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot-hesabatı aparılmamışdır. "xxxx" MMC-yə iki dəfə bildiriş, Nazirlər Kabinetinin müvafiq qərarları göndərilmiş, lakin "xxxx" MMC tərəfindən münasibət bildirilməmişdir. "xxxx" MMC tərəfindən həmin ərazinin onlara məxsus olmaması barədə hər hansı sənəd təqdim edilməmiş, məlumat verilməmişdir. Bu səbəbdən də tərəflərindən hüquqi şəxs barəsində protokol tərtib edilmişdir. Lakin həmin əraziyə baxış keçirilən zaman orada başqa hüquqi şəxsin fəaliyyət göstərdiyini aşkar etmişlər. Bu səbəbdən tərtib edilmiş protokolun həlli məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil çıxışında bildirdi ki, hüquqi şəxs barəsində tərtib edilmiş akt və protokol əsassızdır. "xxxx" MMC ekologiyaya təsir edən hər hansı fəaliyyətlə məşğul olmayıb. Eyni zamanda protokol tərtib etmiş şəxs tərəfindən həmin dəyirmanın "xxxx" MMC-yə məxsus olması araşdırılmamışdır. Belə ki, məhkəməyə sənədlər təqdim edərək bildirir ki, həmin dəyirman "xxxx" MMC-yə deyil, başqa hüquqi şəxsə məxsusdur. "xxxx" MMC dənli bitkilərin alqısatqısı ilə məşğuldur və orada bir yeri anbar kimi istifadə edir. "xxxx" MMC tərəfindən ətraf mühitə heç bir zərər vurulmadığından uçot aparılmamışdır. Hal-hazırda "xxxx" MMC fəaliyyətini dayandırıb. Odur ki, "xxxx" MMC-nin barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materialında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları baş məsləhətçi müfəttiş Aysəf Bayramov və Rafiq Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 82100№ aktdan görünür ki, idarənin 092 saylı xx.xx.2023cü il tarixli sərəncamına əsasən “Ətraf mühitin mühafizəsi haqqında” Qanunların və bu sahədə mövcud olan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Sumqayıt şəhəri, ev Baş Dəmir yolu Stansiyası, Bakı-Dərbənd avtomobil yolunun şimal hissəsində yerləşən "xxxx" MMC-yə məxsus istehsalat sahəsinin ətraf mühitin müəssisəsində (un dəyirmanı) ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin təsərüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot-hesabatının aparılmaması müəyyən edilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000583 qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, "xxxx" MMC Sumqayıt şəhəri, Dəmir yolu Stansiyası, Bakı-Dərbənd avtomobil yolunun şimal tərəfində yerləşən 3512,0 kv.m qeyriyaşayış sahəsi üzərində hüquqları əldə etmişdir. İş materialından görünür ki, icarəyə verən qismində hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) direktor X3 ilə icarəçi qismində hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) direktoru İ.M.Musayev arasında bağlanmış xx.xx.2023-cü il tarixli 12/12 №-li qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsasən icarəyə verən "Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət komitəsi tərəfindən verilmiş Şəhadətnamə 000583 nömrəli şəhadətnaməyə əsasən mülkiyyətində olan Sumqayıt şəhəri, Bakı - Dərbənd yolu, avtomobil yolunun Şimalında yerləşən obyekti (bundan sonra "icarə predmeti" adlandırılacaq) icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür. İş materialından görünür ki, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli gömrük bəyannamələrinə əsasən "xxxx" MMC tərəfindən Rusiya Federasiyası SPSK SOYUZ “ZRK Prigorodnoe”-nin sifarişi ilə 4-cü sinif yumşaq buğda növündə mal göndərilmişdir. Bundan başqa iş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, "xxxx" MMC tərəfindən müxtəlif hüquqi şəxslərin ünvanına “əla növ un” növündə mal göndərilmişdir. Göründüyü kimi Sumqayıt şəhəri, Bakı-Dərbənd yolu, avtomobil yolunun şimalında yerləşən ərazi icarə müqaviləsi əsasında "xxxx" MMC-yə məxsusdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi inzibati xətanın aşkar olunduğu ərazi "xxxx" MMC-yə deyil, "xxxx" MMC-yə məxsusdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC barəsində İXM-nin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən inzibati xəta törədilməsinə aidiyyəti olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya Hazartürk LTDyəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar