Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-10/2021 28.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Tovuz rayonu, Alakol kəndində doğulmuş, natamam ali təhsilli, “xxxx” MMC-də sürücü vəzifəsində işləyən, subay, Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsi X8i şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektoru polis kapitanı Əhməd İsmayılov tərəfindən 26 iyul 2020-ci il tarixdə inzibati xəta haqqında AP ******* №li protokol tərtib olunmuşdur ona görə ki, AE 338837 saylı sürücülük vəsiqəsi ilə **-XG-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Vito 115 CDİ minik” markalı avtomobili idarə edən xx.xx.1994-cü ildə Tovuz rayonu, Alakol kəndində doğulmuş, natamam ali təhsilli, “xxxx” MMC-də sürücü vəzifəsində işləyən, subay, Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan sürücü Şəxs Sumqayıt şəhərində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, sürücü maşını sərxoş halda idarə edir. Sürücü həkim müayinəsinə aparılmış, tibbi müayinənin nəticəsinə əsasən alkoqol sərxoşluğu məlum olmuşdur. (Sürücü Şəxs protokolda protokolla razı olmadığını, araşdırılması üçün məhkəməyə göndərilməsinə dair qeyd vermişdir). Polis kapitanı Əhməd İsmayılov tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 07.08.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1450/2020 saylı 25 avqust 2020-ci il tarixli qərarı ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400,00 manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1450/2020 saylı 25 avqust 2020-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-430/2020 saylı 05 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 3(060)-1450/2020 saylı qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün 15 oktyabr 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. İnzibati xəta haqqında işə baxılması 29 oktyabr 2020-ci ilə təyin olunmuş, lakin Sumqayıt şəhər polis idarəsi X8 bölməsinin nümayəndəsi və inzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclasına gəlmədiklərindən işin baxılması 05 noyabr 2020-ci il tarixə təxirə salınmışdır. 05 noyabr 2020-ci il tarixli məhkəmə iclasında məhkəmə hazırki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-430/2020 saylı 05 oktyabr 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq sərxoşluğun təyini barədə ekspertiza təyin etmişdir. Ekspertiza rəyi 06.01.2021-ci il tarixdə məhkəməyə daxil olsa da, lakin Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq məlumatına əsasən işin baxılması 28 yanvar 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi X8 bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, etibarnamə əsasında tərəfindən idarə edildiyi **-XG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı avtonəqliyyatı idarə edərkən onu Sumqayıt şəhərində yerləşən Sülh küçəsi ilə Nərimanov küçəsinin kəsişməsində saxlayaraq cihaz vasitəsi ilə sərxoş olubolmamasını yoxlayarkən ona sərxoş olduğu bildirilmiş və onu Sumqayıt şəhəri X8 İdarəsinə aparmışlar. O, içgili olmadığını bildirsədə onun barəsində sərxoş olduğuna dair protokol tərtib etmişlər. Buna baxmayaraq 26.07.2020-ci ildə Azərbaycan Respublikası Narkoloji Mərkəzə gedərkən sərxoşluq halların bütün növlərini təyini məqsədi ilə aparılan tibbi müayinədən keçmiş, nəticədə həmin protokolda onun sərxoş olmadığı qeyd olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunanların nəzərə alınmasını iş üzrə icraata xitam verilməsini məhkəmədən xahş etdi. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 333.1-ci maddədən əlavə İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolu, ekspertiza rəyini və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmalıdır. İş materiallarından görünür ki, 4126 №-li 26 iyul 2020-ci il, saat 08:25-də tərtib olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs sərxoşluq vəziyyəti 0,33% promil aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Respublika Narkoloji Mərkəzinin 2/4827№-li 26 iyul 2020-ci il, saat 13:30-də tərtib olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5 X2 Ekspretizasının 17.12.2020-ci il tarixli 3493 №-li rəyindən görünür ki, alkoqol qəbulundan sonra 1 saat ərzində qanda alkoqolun miqdarı təxminən 0,1 - 0,2 promil 0/00 azalır, aşağı düşür. Beləki, 26.07.2020-ci il tarixdə, saat 08:25-də alkometr 500 cihazı ilə müayinə zamanı göstərici 0,33% olduğunu nəzərə alsaq, 26.07.2020-ci il tarixdə, saat 13:30-da göstəricinin 0,00 olması mümkündür. Şəxs müayinə olunduğu 26.07.2020-ci il saat 08:25-dən təkrar müayinə edildiyi 26.07.2020-ci il tarixə, saat 13:30-dək olan müddət ərzində sərxoşluğu aradan qalxması mümdündür. Məhkəmə ekspertizanın rəyini nəzərə alaraq 2/4827№-li 26 iyul 2020-ci il, saat 13:30-də tərtib olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını Şəxs barəsində olan İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta üzrə icraata xitam verilməsi üçün tutarlı sübut hesab etmir. İş materiallarından görünür ki, Şəxs məxsus AE 338837 saylı sürücülük vəsiqəsi 12.03.2019-cu ildən 12.03.2029-cu ilədək etibarlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol, Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 4126 №li 26 iyul 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5 X2 Ekspretizasının 17.12.2020-ci il tarixli 3493 №-li rəyi ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (26 iyul 2020ci il tarixdə) alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 124-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-10/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-10/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver