Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-100/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyilə, protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 xidmətinin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 və hüquqi şəxsin müdafiəçisi Vəkil iştirakları ilə, “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 xidmətinin (bundan sonra mətndə X20 xidməti) əmək müfəttişi X23 tərəfindən 08 dekabr 2021-ci il tarixdə hüquqi şəxs “X24” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə “X24” MMC) VÖEN: ********** barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 192.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, “X24” MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid, A.A.Nəsiyev, T.T.Hacıyev və M.M.Mirzəliyev cəmiyyətin Yasamal rayonu, M.Muxtarov küçəsi 5 ünvanında yerləşən iş yerində işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli 3(004)-3387/2021 saylı qərardadı ilə “X24” MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 10.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında protokola baxılması 21 yanvar 2022-ci il tarixə təyin olunmuşdur. Lakin, protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədiyindən işin baxılması 24 yanvar 2022-ci il tarixə təxirə salınmışdır. 24 yanvar 2022-ci il tarixli məhkəmə iclasında protokol tərtib etmiş orqan X20 xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 izahatında göstərdi ki, “X24” MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid, A.A.Nəsiyev, T.T.Hacıyev və M.M.Mirzəliyevi cəmiyyətin Yasamal rayonu, M.Muxtarov küçəsi 5 ünvanında yerləşən iş yerində işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Qeyd olunanların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X24” MMC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında “X24” MMC-nin müdafiəçisi Vəkil təmsil etdiyi şəxsin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığını bildirərək izahatında göstərdi ki, protokoldan görünür ki, inzibati xətanın mövcudluğu Yasamal rayon prokurorluğunun 22.112021-ci il tarixli, 366-C-21 nömrəli məktubu, Şahid və X11 izahatları ilə əsaslandırılmışdır. Qeyd edilənlərlə yanaşı, həm Yasamal rayon prokurorluğunun X20 Xidmətinə ünvanladığı məktubda, həm də X20 xidməti tərəfindən tərtib edilmiş protokolda qeyd edilir ki, hadisə “X24” MMC-nin Yaşamal rayonu, M.Muxtarov küçəsi 5 ünvanında yerləşən iş yerində baş vermişdir. Halbuki, hadisə baş verdiyi vaxtda nə “X24” MMC-nin nə də X25 rayonu, M.Muxtarov küçəsi 5 ünvanında nə bir başa, nə də dolaysı ilə fəaliyyəti olmamışdır. Hadisənin baş verdiyi yer nə işə götürən qismində, nə də iş yeri qismində həqiqəti özündə əks etdirmir. Barəsində tərtib edilmiş protokolda da X16 izahatında bildirmişdir ki, həmin vaxt “X24” MMC-nin fəaliyyəti olmayıb, fiziki şəxs kimi fəaliyyət göstərmişdir. Qeyd olunanlarla bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X16 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsin təqsiri olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, o, 13.09.2021 tarixdən "X24 " MMC-də (vöen **********,direktor X17) əmək müqaviləsi bağlanmadan fəhlə kimi işləmiş, nədənsə əmək müqaviləsiz onu işlətmiş və əlbətdə ki, tibbi sığorta da etməmişdir. O 21.09.2021 tarixdə taxta rəf yığıb, taxtanı kəsərkən, təxminən saat 17:30 radələrində iş görən zaman əlində olan iti alət qəflətən əlindən çıxıb ayağına düşmüş və ayağını kəsmişdir. Hadisə zamanı diz qapağın üstündən (budun üstündən) diz qapağın altına kimi kəsilərək xəsarət almışdır. O an onu müdriyyətlə tanış edən və özü də orada çalışan Turan Hacıyev adlı şəxs də yanında olmuşdur. Onu iş yerindən işçilər Turan və Azər xəstəxanaya aparmışlar. Hadisə 20 yanvar metrostansiyasının yaxınlığında Kino Studiyanın yerləşdiyi binada baş vermişdir. Həmin vaxt orada 10 nəfərdən artıq şəxs işləmişdir. Onu işə dəvət edən şəxs Turan Hacıyev olmuşdur. İşlədiyi işin pulunu X22 alıb ona vermişdir. O ayağını kəsəndən sonra direktor X16 200,00 manat pul Turan Hacıyevə verərək bildirdi ki, xəstəxanada hadisənin evdə baş verdiyini bildirilsin və ona bildirildi ki, orda desin ki, hadisə evdə baş verib, hər şey yaxşı olacaq, o da onlara inanmışdır. Onunla əmək müqaviləsi bağlanmadan işlədildiyinə görə tibbi sığortası edilməmiş və müalicə xərcləri də ödənməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun, onun müdafiəçisinin, şahidin və protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, "X24" MMC-nin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və "X24 " MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan 366-c-21 №-li Bakı şəhər Yasamal rayon Prokurorluğudan X20 xidmətinin rəisi Fuad Heydərərova ünvanlanmış məktubdan görünür ki, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Şahid (şəxsiyyət vəsiqəsi: AZE ********) 21.09.2021-ci il tarixdə ünvan 4 ünvanında fəaliyyət göstərən “X24” MMC-nin ofisində laqonda ilə iş görərkən ehtiyyatsızlıqdan ayaq nahiyəsini kəsərək xəsarət alması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zərurətilə əlaqədar baş vermiş hadisə - Şahid tərəfindən işlərin görülməsi zamanı xəsarət alması barədə X20 Xidmətinin aparatına və Xidmətin yerli bölməsinə işəgötürən tərəfindən hər hansı məlumatın daxil olub-olmaması, müsbət halda həmin məlumat üzrə araşdırma aparılıb-aparılmaması barədə rayon prokurorluğuna məlumat verilməsini, eləcə də həmin şirkətdə işlərin görülməsinə cəlb edilməsi üçün xx.xx.1993-cü təvəllüdlü Şahid, bundan başqa, həmin vaxt “X24” MMC-də təmir işlərini yerinə yetirən 21.02.1990-cı il təvəllüdlü X18, 24.10.1992-ci il təvəllüdlü X11 (şəxsiyyət vəsiqəsi: AA 1182112), 11.04.1986-cı il təvəllüdlü X1 (şəxsiyyət vəsiqəsi: AA2834706) adına tərtib edilmiş əmək müqaviləsinin olub-olmaıuast barədə məlumat verilməklə, müsbət halda həmin müqavilələr barədə müvafiq bildirişlərin və müvafiq sənədlərin qısa müddət ərzində rayon prokurorluğuna göndərilməsini təmin etməyinizi xahiş edilmişdir. İş materialında olan X11 izahatından görünür ki, o, 2021-ci ilin avqustun ayında Rövşən Kərimov tərəfindən ünvan 5 ünvanında “X24” MMC-yə işə götürülmüşdür. İş materialında olan Şahid izahatından görünür ki, o, 2021-ci ilin sentyabr ayında X19 vasitəsi ilə “X24” MMC-yə işə götürülmüşdür. İş materialında olan 20.11.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 Rövşən Rəhim oğlu tərəfindən “X24” MMC-yə icraçı asisstan, icraçı vəzifəsinə işə götürülmüşdür. İş materialına əlavə edilmiş 02 avqust 2021-ci il tarixli 08 №-li müqavilədən görünür ki, C.Cabbarlı adına "xxxx" MMC-nin direktoru X21 digər tərəf isə ünvan 6 ünvanında yaşayan və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş ********** N-li VÖEN əsasında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs X16 ilə müqavilə imzalanmışdır. İş materialına əlavə edilmiş 12 avqust 2021-ci il tarixli 001 №-li podrat müqavilədən görünür ki, X5 Turan Telman oğlu ilə Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə müvafiq olaraq, müqavilə imzalanmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "X24 " MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid, X26, X19 və X3 cəmiyyətin iş yerində işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhz Şahid xəsarət almasından sonra "X24 " MMC ilə X19 arasında 20.11.2021-ci il tarixdə əmək müqaviləsinin bağlanması MMC-nin işçini əmək müqaviləsi bağlamadan içə cəlb etməsinin sübutudur. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsi 1 və ya daha artıq işçinin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi məsələsində əməlin hüquqi tövsüfünü fərqləndirmir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən “X24” MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, Şahid M.Muxtarov küçəsi 5 ünvanında və yaxud "xxxx"nın binasının yerləşdiyi ünvanda xəsarət alması inzibati xəta hadisəsinin baş verməməsi kimi qiymətləndirilə bilməz. Fakt odur ki, “X24” MMC tərəfindən inzibati xəta törədilmişdir. Bundan başqa məhkəmə iclasında MMC-nin vəkili tərəfindən məhkəməyə təqdim edilən müqavilələrə münasibətdə məhkəmə qeyd edir ki, həmin müqavilələr MMC-ni məsuliyyətdən kənarda qoymaq məqsədilə tərtib edilmişdir. Çünki həqiqətən həmin müqavilədə göstərilən işlər görülüb müvafiq ödənişlər və sair olmuşdursa bu vergi hesabatlarında qeyd edilib bununla bağlı məhkəməyə sübut təqdim edilərdi. Lakin məhkəməyə belə bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X20 Xidməti «“X24” MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş “X24” MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “X24” MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 18, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 1, mənzil 94 olan “X24” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20.000,00 (iyirmi min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-100/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-100/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver