Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-100/2024 29.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş hüquqi şəxsi AR ƏƏSMN yanında X4 Xidməti Abşeron-Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X2 iştirakları ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir Protokola görə Şəxs MMC tərəfindən Əmək Məcəlləsinin (bundan sonra ƏM-nin) 7-ci (Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır) və 49cu (Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir) maddələrinin tələblərinin pozularaq Şahid Şəxs MMC-də ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Buna görə də hüquqi şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş X4 Xidməti Abşeron-Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X3 bildirdi ki, Şahid Şəxs MMC-də xx.xx.2023-cü il tarixdə iş vaxtı xəsarət alması barədə daxil olmuş məlumata aidiyyəti üzrə AR ƏƏSMN DƏMX-nin Abşeron-Xızı regional şöbəsində özləri tərəfindən baxılmış və ƏM-nin 7-ci və 49-cu maddələri tələbləri pozularaq Şahid Şəxs MMC-də ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Belə ki, Şəxs MMC ilə Şahid arasında əmək müqaviləsi 16 noyabr 2023-cü il tarixdə kağız formasında bağlanılmış, həmin əmək müqaviləsi 17 noyabr 2023-cü il tarixdə, saat 09:38:35 dəqiqədə elektron informasiya sistemində qeydiyyata alınmış, lakin Şahid faktiki olaraq 17 noyabr 2023-cü il tarixdə 08:00-da əmək fəaliyyətinə cəlb olunmuşdur. Nəticədə hüquqi şəxs kimi Şəxs MMC (VÖEN:**********) barəsində İXM-nin 192.1 -ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. İnzibati xəta Şəxs MMC-nin ünvan 1 ünvanında törədildiyindən və İXMnin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edildiyindən protokol və materiallar baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Eyni zamanda bildirir ki, tərəflərindən Şəxs MMC-yə xx.xx.2023-cü il tarixli, 3-17-5/2-53437/2023 nömrəli (SS879983733AZ) məktubla inzibati xəta haqqında iş üzrə icraatın başlanması, tarixi, yeri, vaxtı qeyd edilməklə səlahiyyətli nümayəndənin iştirakının təmin olunması ilə bağlı rəsmi müraciət olunmuş, rəsmi müraciət məktubu xx.xx.2023-cü il tarixində Şəxs MMC-yə çatdırılmış, lakin tərəflərindən inzibati xəta haqqında protokol tərtib olunarkən iştirak edən olmamışdır. Qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində yuxarı həddə inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Şəxs MMC-nin direktoru X5 ilə Şahid arasında 16 noyabr 2023-cü il tarixdə kağız daşıyıcıda əmək müqaviləsi bağlanılmış, Şahid Şəxs MMC-də 17 noyabr 2023-cü il tarixdən başlayaraq, 3 ay sınaq müddəti ilə İstehsalat Şöbəsinə fəhlə işinə təyin edilmişdir. X1 Edilməsi ilə X6 bildirişindən görünür ki, X5 Şəxs MMC-nin direktoru vəzifəsində çalışır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus elektron çıxarışdan görünür ki, Şahid əmək müqaviləsi 17 noyabr 2023-cü il tarixdə, saat 09:38:35 dəqiqədə elektron informasiya sistemində qeydiyyata alınmışdır. “Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxs X8 Xəstəxanasının” 16 dekabr 2023cü il tarixli, 1329 nömrəli məktubundan görünür ki, Şahid 17 noyabr 2023-cü il tarixdə, saat 08:30-da xəstəxananın reanimasiya şöbəsinə stasionar müalicəyə daxil olmuş, xx.xx.2023-cü il tarixdə, saat 12:30-da özəl klinikaya aparıldığı üçün evə yazılmışdır. Şahid ƏƏSMN yanında DƏMX Abşeron-Xızı regional şöbəsinə ünvanlanmış 15 dekabr 2023-cü il tarixli izahatından görünür ki, 17 noyabr 2023-cü il tarixdə, saat 08:00-da işə başlamış, kəsim aparatının yanında iş görərkən arxa-arxaya gedib özü də bilmədən bıçağa ilişmiş və xəsarət almışdır. Hadisə 17 noyabr 2023-cü il tarixdə, saat 08:40 radələrində baş vermişdir. AR ƏƏSMN yanında X4 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən Şəxs MMC-yə xx.xx.2023-cü il tarixli, 3-17-5/2-53437/2023 nömrəli (SS879983733AZ) məktubla inzibati xəta haqqında iş üzrə icraatın başlanması, tarixi, yeri, vaxtı qeyd edilməklə səlahiyyətli nümayəndənin iştirakının təmin olunması ilə bağlı rəsmi müraciət olunmuş, rəsmi müraciət məktubu xx.xx.2023-cü il tarixində Şəxs MMC-yə çatdırılmış, lakin Şəxs MMC tərəfindən inzibati xəta haqqında protokol tərtib olunarkən iştirak edən olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sübutlar ilə tam təsdiq edilir. Bu səbəbdən Şəxs MMC İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 192.1-ci maddəsinə görə ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, ƏM-nin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək hüquq münasibətlərini yaradır. ƏM-nin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Normaların məzmunundan aydın olur ki, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və bundan sonra tərəflər arasında əmək hüquq münasibətləri yaranır. İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid Məhdud Məsuliyyətli Cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb etmiş, nəticədə inzibati xəta törətmişdir. Belə ki, Şəxs MMC ilə Şahid arasında əmək münasibətləri 17 noyabr 2023-cü il tarixdə, saat 09:38:35 dəqiqədə yaranmasına baxmayaraq işəgötürən işçini əmək müqaviləsi qüvvəyə minmədən, hüquq münasibətləri yaranmadan 17 noyabr 2023-cü il tarixdə, saat 08:00-dan artıq işə cəlb etmişdir. Bundan başqa məhkəmə qeyd etməyi vacib hesab edir ki, Şəxs MMC ilə işçi arasında xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi bağlansa da, nədənəsə işəgötürən əmək müqaviləsini həmin tarixdə deyil, məhz bir gün sonra yəni xx.xx.2023-cü il tarixdə özü də istehsalat qəzası baş verəndən sonra həmin əmək müqaviləsini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmişdır. Məhkəmə qeyd edir ki, İXM-nin bir və ya daha artıq işçinin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi məsələsində əməlin hüquqi tövsifini fərqləndirmir. İnzibati xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi və tənbeh edilməsi üçün sadalanan şərtlərin mövcudluğu mütləq zəruridir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İXM-nin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirindən törəyir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyri və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-100/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-100/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver