Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1002/2023 01.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, xx.xx.2000-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, Cicimli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 06 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, “Runna minik” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs Sumqayıt şəhəri, Sülh küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək “Opel” markal **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Opel” markalı avtomobildə sürücü X3 güngül dərəcəli bədən xəsarəti yetirmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 17 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 01 may 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs və Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elnur Feyzullayev HK-1/48 nömrəli yoxlama materialı üzrə xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, qərarın təsviri hissəində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti vətəndaş Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt şəhəri Polis İdarəsi Dövlət yol polis şöbəsinə göndərilməsi qərara alınmışdır. Qərardan həmçinin görünür ki, təhqiqat zərurəti ilə əlaqədar X2 xəsarət alıb-almamasını müəyyən etməkdən ötrü məhkəmə-tibbi ekspertizası təyin edilmiş, məhkəmə-tibb ekspertizasının 24 saylı rəyindən müəyyən olunmuşdur ki, ekspert belə nəticəyə gəlmişdir ki, X2 bədəni üzərində sağ gicgah nahiyənin cərrahi tikişə ehtiyac olan zəilmiş-cırılmış yarası və sıyrığı, həmçinin sol qulaq seyvanın sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvə olmaqla qərarda göstərilən vaxtla və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH zamanı yarana bilrədilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmayan aiddir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri, cinayət işinin başlanmasının rədd olunması barədə qərar, 06 aprel 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, cinayət işinin başlanılmasının rədd olunması barədə qərar xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. İXM-nin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərədə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 38.3, 53.1.6, 114.2.1 115, 129 və 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1002/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1002/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver