Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1002/2024 11.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Səfərli Nicat Rüstəm oğlunun iştirakı ilə, Səfərli Nicat Rüstəm oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Bakı şəhər X3 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli qərarından Səfərli Nicat Rüstəm oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Səfərli Nicat Rüstəm oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Bakı şəhər DYPİ yol patrul xidmətinin 10 may 2024-cü il tarixli inzibati xəta barədə qərarı ilə onun AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta işi üzrə icraata əməlində inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməsinixahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, Səfərli Nicat Rüstəm oğlu Bakı şəhər DYPİ yol patrul xidmətinin 10 may 2024-cü il tarixli inzibati xəta barədə qərarı ilə AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 80 manat məbləğində cərimə olunmuşdur. Bakı şəhər DYPİ yol patrul xidmətinin 10 may 2024-cü il tarixli, inzibati xəta barədə qərarından narazıdır. O, həmin qərarı rəsmi qaydada əldə etməmişdir. 29 aprel 2024-cü il tarixli, İXP6216181 nömrəli protokoldan şikayət versə də, bu günə qədər də şikayətinə baxılmamış və qərarın olması barədə bildiriş ona bu gün elektron qaydada bildiriş kimi gəlmişdir. O, 29 aprel 2024-cü il tarixində etibarnamə ilə idarə etdiyi 77GS191 nömrəli avtomobillə Tbilisi pr 69 b ünvanında hərəkət edərkən Bakı şəhər DYPİ yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Ona İXM nin 327 ci maddəsinin tələblərini pozduğu və işıqforun qırmızı işığında keçdiyi bildirilmişdir. Lakin o, patrul xidmətinin əməkdaşlarına belə halın baş vermədiyini əminliklə bildirmişdir. Patrul xidmətinin əməkdaşları isə həmin hadisə ilə bağlı video və şəkilin olduğunu bildirmişlər. O da israrla həmin video və şəkili tələb etsə də, sözügedən video və şəkil ona təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Səfərli Nicat Rüstəm oğlu şikayət ərizəsində qeyd olunanları təsdiq edərək şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, Səfərli Nicat Rüstəm oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş videodiskdəki görüntündən ilə müəyyən olunur ki, svetoforun qırmızı işığından qara rəngli Səfərli Nicat Rüstəm oğlunun idarə etdiyi markaya və rənginə uyğun avtomobili keçir, yan tərəfdən videoçəkilişə düşən həmin avtomobili yol polisi əməkdaşı təqib edilərək saxlanılır. Videogörüntüdən müəyyən edildiyi kimi qayda pozuntusunu müəyyən edən inspektor həmin avtomobilin təqib etmək üçün hərəkətə başlayır və digər avtomobillər sırasından qısa məsafə ərzində qayda pozutusuna yol verən sürücünü saxlayaraq barəsində inzibati protokol tərtib edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, qayda pozuntusuna yol vermiş avtomobilin nişan nömrəsinin görüntüyə düşməməsi özlüyündə inzibati xətanın sübuta yetirilməməsi kimi qiymətləndirilə bilməz. Şəfərli Nicat Rüstəm oğlunun mübahisələndirdiyi inzibati xətanın törətməsi məhkəmədə hər hansı şübhə doğurmur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də 29 aprel 2024-cü il tarixdə 77GS191 nömrəli avtomobilin sürücüsü Səfərli Nicat Rüstəm oğlu Bakı şəhəri, Tbilisi pr 69 b ərazisində idarə etdiyi avtomobillə işıqforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Bakı şəhər X3 İdarəsi tərəfindən İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokl əsasında qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli Qərar qanunvericiliyin tələblərinə uyğundur və Səfərli Nicat Rüstəm oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Səfərli Nicat Rüstəm oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Bakı şəhər X3 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Səfərli Nicat Rüstəm oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X3 İdarəsi tərəfindən Səfərli Nicat Rüstəm oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1002/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1002/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver