Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1003/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi barədə X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayətini onunla əsaslandırdı ki, onun barəsində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və həmin maddə ilə inzibati protokol tərtib olunmuşdur. Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarı qanunsuz və əsasız olduğu üçün ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə guya zərərşəkmiş şəxs X6 ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində guya o, onu söyüb, nalayiq ifadələrlə təhqir etmişdir. Lakin izahatında da bildirdiyi kimi onun Sumqayıt şəhəri, İnşaatçılar küçəsi, 2-ci paraleldə avtotəmir sexi kimi fəaliyyət göstərən tikilisi mövcuddur. Həmin avtotəmir sexi Sumqayıt ŞPİ-nin DYP-si üçün yenicə tikilmiş inzibati binanın yaxınlığında yerləşir, lakin binanın tikintisi üçün heç bir maneə törətmir. xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində o, sexə yaxınlaşdıqda görmüşdür ki, beton piltələr sexin qarşısına düzülübdür və giriş üçün maneə yaradır. O, avtomobildən enən zaman tikinti işlərinə rəhbərlik edən X6 ona yaxınlaşaraq beton piltələr Sumqayıt ŞPİ-nin rəhbərliyinin göstərişi ilə qoyulubdur və buranı uçuracaqlarını, o da ona qayda qanun olan ölkədə yaşayırıq və heç kəs onun mülkiyyətini məhkəmə qərarı olmadan uçura bilməyəcəklərini demişdir. Həmin şəxs bir qədər uzaqlaşdıqda telefonla kiməsə zəng vurmuş, təqribən 10- 15 dəqiqə sonra post patrul xidmətini 10-a yaxın əməkdaşları yaxınlaşaraq onu və həmin vaxt ora gələn oğlu X3 Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. Səbəbini isə bildirməmişlər. Onlar bölmədə olan zaman guya o, Kərəm Sadıqovu söyüb təhqir etmişdir. Lakin o, Kərəm Sadıqovu söyüb təhqir etməmişdir. Bunu orada olan şəxslər də təsdiq edə bilər. O, heç bir qanunsuz hərəkət etməməyinə və şikayəti əsaslındıracaq, sübut edəcək heç bir dəlil olmamasına, hətta təqaüddə olan polkovnik və müharibə veteranı olmağına məhəl qoymayaraq, yalnız qərəzli olaraq izahat verən Kərəm Sadıqovun izahatına əsaslanaraq barəsində qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İXMnin 510cu maddəsi ilə protokol tərtib edilərək 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Ona görə də, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, “Seun” şirkətinin direktorudur. Sumqayıt şəhəri, İnşaatçılar küçəsi, 2-ci paraleldə avtotəmir sexi mülkiyyət hüququ əsasında Elmar müəllimə məxsusdur. xx.xx.2024-cü il tarixdə səhər Elmar müəllim ona zəng edərək sexin girişinə beton piltələrin qoyulduğunu bildirmişdir. O, həmin əraziyə gəlmiş, Elmar müəllimin göstərişi ilə beton piltələrin oradan götürülməsi üçün ekskavator çağırmışdır. Ekskavatoru sexin yaxınlığında YPX əməkdaşları tərəfindən saxlanılmış və geri qaytarılmışdır. Bundan sonra Elmar müəllimin avtomobilinə qoşqu bağlanılmış və beton piltələr sexin girişindən qırağa çəkilmişdir. Beton piltələr götürüldükdən sonra PPX əməkdaşları gəlmiş və Elmar müəllimi Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. Bölməyə getdikdən sonra güya Elmar müəllimin Kərəm Sadıqovu söyüb təhqir etməsini bildirdilər. Lakin Elmar müəllim heç kimlə mübahisə etməmiş və heç kimi söyüb təhqir etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Sumqayıt şəhər DYPŞ-nin qarşısında X4 təhqir etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİnin 4-cü PB-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, X2 İ Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsində göstərilir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 və şahidin izahatlarını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 4-cü PB-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı X1 X4 təhqir etməməsi şahid ifadəsi ilə də təsdiqini tapmışdır. X1 Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə qərardan şikayət vermiş şəxs X1 təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 4-cü PB-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1003/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1003/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver