Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1003/2025 06.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 Qərarından şikayət verilən orqan Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin yol-nəqliyyat hadisəsi üzrə inspektoru, polis mayoru X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Amal Səmədov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Amal Səmədov şikayətini onunla əsaslandırmışdır ki, o, 8 aprel 2025-ci il tarixində idarə etdiyi **-KQ-*** qeydiyyat nişanlı, “TOYOTO AQUA HİBRİD MİNİK” markalı avtomobili ilə Sumqayıt şəhərində Səməd Vurğun küçəsi və Nizami küçəsinin kəsişməsində - baş yolda hərəkət edərkən 2-ci dərəcəli yolla gələn minik avtomobili dayanma nişanını saymadan, qoşa xətti tələbini pozaraq dayanmadan, qəflətən onun qarşısına keçib maşınını vurmuş, yəni baş yolda olduğu üçün onu buraxmalı olduğu halda ona maneə törətmiş, üstəlik avtomobilini sağ tərəfdən əzib ona ziyan vurmuşdur. Hadisə vaxtı həmin yol təmirdə olmuşdur. DYP əməkdaşı Habil Şəmmədli ziyan vuranı deyil, onu saxlayıb, onun yol hərəkət qaydasını pozduğunu bildirərək 8 aprel tarixli İXP ******* saylı protokol tərtib etmişdir. Protokol əsasında barəsində inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qəbul edilmişdir. Qərarda qeyd etmişdir ki, guya, o, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməmiş və maneəni kənardan keçməmişdir. Halbuki, bu, tam qanunsuzdur. Qaydanı fotodan da göründüyü kimi digər yol hərəkət iştirakçısı pozmuşdur. İXM-nin 327.2-ci maddəsi ilə cərimə edilməsi haqqında TP ******* saylı, 18 aprel 2025-ci il tarixli qərarı qanusuz və əsassız hesab edib, onun ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Amal Səmədov şikayətini müdafiə edərək eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Sumqayıt ŞPİ-nin DYPŞ-nin yolnəqliyyat hadisəsi üzrə inspektoru, polis mayoru Habil Şəmmədli izahatında bildirdi ki, Amal Səmədov barəsində İXM-nin 327.2-ci maddəsi ilə yəni nizamlanmayan yolayrıclarının keçilməsi qaydalarının pozulması əsası ilə qərar qəbul etmişdir. Bildirir ki, hadisə yerinin müayinəsi zamanı hadisənin xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri Səməd Vurğun küçəsi ilə Nizami küçələrinin kəsişməsində baş verdiyi müəyyən edilmişdir. Belə ki, **-KQ-*** qeydiyyat nişanlı, “TOYOTO AQUA HİBRİD MİNİK” markalı avtomobilin sürücüsü Səməd Vurğun küçəsi ilə hərəkətdə olarkən ondan sağda, yəni Nizami küçəsi ilə hərəkət edən avtomobillə həmin küçələrin kəsişməsində toqquşmuşlar. Qeyd edir ki, hadisə yerini müayinə edən vaxt “Toyoto” markalı avtomobilin hərəkət etdiyi və yolayrıcına daxil olduğu hissədə artıq yolun təmirdə olan hissəsi bitdiyi müəyyən edilmişdir. Sürücü həmin yolayrıcına daxil olan zaman dərhal yolun sağ hərəkət hissəsinə keçməli olduğu halda hərəkət axının əksi istiqamətində hərəkətini davam etdirmiş nəticədə məlum yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinin müayinəsi zamanı sürücünün öz zolağına daxil olmalı olduğu hada bunu etmədiyini həmin zolaqla 30 metr məsafə qət etdikdən sonra toqquşmanın baş verdiyi müəyyən edilmişdir. Bu fakt tərtib etdiyi “Hadisə yerinin müayinəsi” protokolunda öz təsdiqini tapmışdır. Bildirir ki, digər avtomobilin hərəkət etdiyi və yolayrıcının qarşı tərəfində “STOP” nişanı olmuşdur. Həmin sürücü izahatında yolda “STOP” nişanının tələbinə riayət ediyini bildirmişdir. “Yol Hərəkəti haqqında” qanunun müddəlarını əsas götürərək bu nəticəyə gəldiyini bildirmişdir. Qeyd olunanların nəzərə alınmasını və qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Məhkəmə iclasında sürücü Amal Səmədov tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Hacıbala Salayev küçəsilə hərəkətdə olan “TOYOTO AQUA HİBRİD MİNİK” markalı, **-KQ-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Amal Səmədov eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağ tərəfdən yəni Nİzami küçəsi ilə hərəkətdə olan sürücü Siyasət Xudiyevin idarə etdiyi “MERCEDES BENZ C200 MİNİK” markalı, **-DG-*** qeydiyyat nömrə nişanlı avtomobili gözləmədən hərəkətini davam etdirmiş, nəticədə hər iki avtomobil toqquşmuş, yol nəqliyyat-hadisəsi baş vermişdir. Həmin görüntüyə baxış keçirilərkən o da, müəyyən edilmişdir ki, sürücü Siyasət Xudiyevin “MERCEDES BENZ C200 MİNİK” minik markalı, **-DG-*** qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olduğu Nizami küçəsi də asfalt örtüklüdür. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 08 aprel 2025-ci il tarixli, 2106 və 2110 №li aktlardan görünür ki, müayinə nəticəsində Amal Səmədovda sərxoşluq halı aşkar edilməmişdir. “Yol nəqliyyat hadisəsi yerinin sxemi” iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” İXM-nin 327.2-ci maddəsinə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Məhkəmə Amal Səmədovun şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 12-ci bəndində nizamlanan yolayrıcı dedikdə hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcılarının başa düşüldüyü qeyd edilmişdir. Həmin qanunun 13-cü bəndində nizamlanmayan yolayrıcı dedikdə nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıların başa düşüldüyü qeyd edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 77.2-ci maddəsinə əsasən yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. Məhkəmə iclasında baş vermiş hadisənin görüntüsünü özündə əks etdirən 01 ədəd diskə baxış keçirərkən məlum olmuşdur ki, sürücü Amal Səmədov “TOYOTO AQUA HİBRİD MİNİK” markalı, **-KQ-*** qeydiyyat nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri Səməd Vurğun küçəsi və Nizami küçəsinin kəsişməsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozaraq sağ tərəfdən yəni eyni əhəmiyyətə malik olan Nizami küçəsi küçəsindən yaxınlaşan Siyasət Xudiyevin idarə etdiyi “MERCEDES BENZ C200 MİNİK” markalı, **-DG-*** qeydiyyat nömrə nişanlı avtomobilə yol verməmiş, nəticədə Qanunun yuxarıda qeyd edilən tələbini pozaraq inzibati xəta hadisəsi törətmişdir. Göründüyü kimi məhkəmə tərəfindən şikayətdə göstərilən hər bir xüsusat yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Amal Səmədov barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Hadisənin görüntüsünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1003/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1003/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver