Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1004/2022 27.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 xidmətinin etibarnamə üzrə nümayəndəsi X11, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi, “SİGMA” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin (bundan sonra mətndə X15 xidməti) Abşeron-Xızı regional şöbəsinin baş əmək müfəttişi X18 tərəfindən 18 aprel 2022-ci il tarixdə hüquqi şəxs Şəxs (bundan sonra mətndə Şəxs MMC) VÖEN: ********** barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 192.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbilərini pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Mənsumov R.Ə., Qurbanov.İ.İ, Quliyev.L.F. və İsmayılov S.R. cəmiyyətin ünvan 1 ünvanda yerləşən iş yerində işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 22.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında protokol tərtib etmiş orqan X15 xidmətinin etibarnamə üzrə nümayəndəsi X18 izahatında göstərdi ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Mənsumov R.Ə., Qurbanov.İ.İ, Quliyev.L.F. və İsmayılov S.R. cəmiyyətin ünvan 1 ünvanında yerləşən iş yerində işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. İnzibati xəta ahqqında iş materialları orqana Polis İdarəsi tərəfindən təqdim edilmişdir, bundan sonra Şəxs MMC-nin məsul şəxsi X12 ilə inzibati xəta barədə araşdırmanının aparılması üçün dəfərlə əlaqə saxlanılmağa çalışmış, lakin Şəxs MMC-nin məsul şəxsi orqanın çağırışlarına gəlməmişdir. Əməyə qanunsuz cəlb edimiş şəxslərlə telefon əlaqəsi saxlanılmış, MMC-də işlədiyiklərini bildirsələr də, şöbəyə gəlməkdən imtina etmişlər. Əlavə olaraq da bildirdi ki, işçilər sınaq və ya staj dövründə olsalar belə Şəxs MMC ilə onlar arasında əmək müqaviləsi bağlanılmalı idi. Qeyd olunanların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin müdafiəçisi Vəkil təmsil etdiyi şəxsin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığını bildirərək izahatında göstərdi ki, Şəxs MMC şirkəti taksi şirkəti kimi fəaliyyət göstərir. Pandemiya dövründə epimediya qaydalarına əməl olunub-olunmaması ilə bağlı polis əməkdaşları tərəfindən Şəxs MMC-nin ünvanında mütəmadi olaraq yoxlamalar keçirilmişdir. Hadisə baş verən tarixdə də polis əməkdaşları tərəfindən yoxlama keçirilmiş, sonradan Şəxs MMC-də stajor kimi fəaliyyət göstərən Mənsumov R.Ə., Qurbanov.İ.İ, Quliyev.L.F. və İsmayılov S.R.-nin orada işlədikləri barədə izahatları alınmışdır. Rəhbərliyə isə hadisənin səhəri Polis Bölməsinə gəlmələri bildirilib. Bununla bağlı Polis İdarəsinə gelmiş və problem həll edilmişdir. Lakin polis əməkdaşı bildirmişdir ki, material baxılması üçün aidiyyatı üzrə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 xidmətinə göndəriləcək. Lakin inzibati xəta haqqında iş materialları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 xidmətinə göndərildikdən sonra orqan tərəfindən heç bir araşdırma aparılmamış və protokol tərtib edilmişdir. Protokol həqiqəti özündə əks etdirmir, belə ki adları çəkilən şəxslərin hər biri Şəxs MMC-də könüllü fəaliyyətlə bağlı “könüllü fəaliyyət haqqında müqavilə” bağlamışlar. Qeyd olunanlarla bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X12 izahatında bildirdi ki, 17 mart 2022-ci il tarixdə polis əmkdaşları onun işlədiyi Şəxs MMC-yə gələrək karantin rejimi ilə bağlı tələblərə riayət edilibedilməməsi barədə yoxlama aparmışlar və pozuntu aşkar etməmişlər. Bundan sonra polis əməkdaşları işçilərin qanuna uyğun şəkildə işləyib-işləmədikləri barədə yoxlanışın aparacağını bildirmişlər. Yoxlama zamanı orada 7 əməkdaş fəaliyyət göstərmişdir ki, onlardan üçü müqavilə əsasında fəaliyyət göstərən daimi işçilər, digərləri könülllük prinsipi əsasında işi öyrənmişlər. Lakin polis işçiləri həmin işçilərə hədə-qroxu gəlmiş, işçilər qorxmuş və müqaviləsiz işlədikləri barədə izahat vermişlər. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən onunla əlaqə saxlanılmamış, onlar araşdırmaya dəvət edilməmişlər. Elektron portalda mühasibin texniki yanlışlığına görə onun əlaqə nömrəsi yanlış qeyd edilmişdir, bu onun təqsiri olmamışdır. Həmçinin qəbul edilmiş protokolda işçilər onun işçisi kimi göstərilmişdir, bu isə tamamilə əsassızdır. İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsin təqsiri olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, o, tələbədir və hal-hazırda “OMEGA PLUS " MMC-də (vöen **********) müqavilə əsasında operator kimi fəaliyyət göstərir. Hadisə baş verən tarixdə o stajçı kimi Şəxs MMC-də işlərin aparılması qaydasını öyrənirdi. Polis əməkdaşları həmin gün epidemiya əleyhinə qaydalara riayət edilməsi ilə bağlı yoxlama keçirmiş, daha sonra ona hədə-qorxu gələrək izahat verməsini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirdi ki, hadisə baş verən tarixdə o stajçı kimi Şəxs MMC-də işlərin aparılması qaydasını öyrənirdi. O özü könüllü olaraq Şəxs MMC ilə könüllülük müqaviləsi bağlamışdır, həmin dövrdə işləməsi ilə bağlı heç bir ödəniş və əmək haqqı almamışdır. Hal-hazırda da işsizdir. Polis əməkdaşları həmin gün epidemiya əleyhinə qaydalara riayət edilməsi ilə bağlı yoxlama keçirmiş, daha sonra ona hədə-qorxu gələrək belə izahat verməsini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, o, Sumqayıt Dövlət Universitetinin tarix fakultəsinin tələbəsidir. 2022-ci ilin mart ayının 16 və 17-si tarixlərində X9 işə götürülməsi ilə bağlı müraciət etmiş, o da bildirmişdir ki gəlib işlə tanış olsun, əgər işin aparılması qaydasını öyrənsə onu işlə təmin edəcəklər. O həmin zaman orada stajçı kimi iş öyrənirdi. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 xidməti tərəfindən ona zəng edilmiş, o isə Günay xanımın nömrəsinin onda olmadığını bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müdafiəçisinin, şahidlərin və protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, "xxxx" MMC-nin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və "xxxx" MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin rəisi Aqşin Əhmədova ünvanlanmış məktubda qeyd edilmişdir ki, xüsusi karantin rejimi dövründə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarına riayət olunması vəziyyətinin yoxlanılması məqsədilə Sumqayıt şəhəri, 17-ci məhəllə, R.Qəhrəmanov küçəsi, 10A ünvanında yerləşən Şəxs MMC taksi xidmətinin ofisində fəaliyyət göstərən işçilər DİN-nin mərkəzləşdirilmiş portalı vasitəsilə yoxlanılarkən işçilərin bir qisminin qeyri-qanuni, yəni əmək müqaviləsi bağlamadan əməyə cəlb edilməsi aşkar edilmişdir. Həmin işçilər: -23.02.2003-cü il təvəllüdlü X8; -02.08.1998-ci il təvəllüdlü X13; -16.05.1983-cü il təvəllüdlü X14; -14.06.2000-cci il təvəllüdlü X5r. Göstərilənləri nəzərə alaraq, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi və nəticəsi barədə Sumqayıt ŞPİ-nə məlumat verilməsi xahiş olunur. İş materialında olan X6 izahatından görünür ki, o, 3 aya yaxındır ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, R.Qəhrəmanov küçəsi, 10A ünvanda yerləşən Şəxs MMC-də işləyir. İş materialında olan X2 izahatından görünür ki, o, 1,5 ildən çoxdur ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, R.Qəhrəmanov küçəsi, 10A ünvanda yerləşən Şəxs MMC-də işləyir. İş materialında olan X7 izahatından görünür ki, 17.03.2022-ci il tarixdən Sumqayıt şəhəri, 17-ci məhəllə, R.Qəhrəmanov küçəsi, 10A ünvanda yerləşən Şəxs MMC-də işləyir. İş materialında olan X4 izahatından görünür ki, o təxminən 16 günə yaxın müddətdir ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, R.Qəhrəmanov küçəsi, 10A ünvanda yerləşən Şəxs MMC-də işləyir. İş materialında olan 23.04.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X12 Şəxs MMC-də baş mühasib vəzifəsinə işə götürülmüşdür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X8, X13, X14 və X10 cəmiyyətin iş yerində işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsi bir və ya daha artıq işçinin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi məsələsində əməlin hüquqi tövsüfünü fərqləndirmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin müdafiəçisi Vəkil Məhkəməyə Şəxs MMC ilə X14 arasında bağlanmış 22.02.2022-ci il tarixli, Şəxs MMC ilə X10 arasında bağlanmış 28.02.2022-ci il tarixli, Şəxs MMC ilə X8 arasında bağlanmış 12.03.2022-ci il tarixli, Şəxs MMC ilə X13 arasında bağlanmış 20.04.2022-ci il tarixli “könüllü fəaliyyət haqqında müqavilə”-nin bağlanması da özü-özlüyündə X7, X3, X2, X6 Şəxs MMC-də Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlədiyini təsdiq edir. Həmçinin Şəxs MMC ilə həmin işçilər arasınnda “könüllü fəaliyyət haqqında müqavilə”-nin bağlanması “Könüllü fəaliyyət haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən “Könüllü fəaliyyətin təşkilatçısı – könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır.” Göründüyü kimi kommersiya təşkilatlarının “könüllü fəaliyyət haqqında müqavilə”-ni bağlanması qanunla nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır, Şəxs MMC tərəfindən inzibati xəta törədilmişdir. Bundan başqa məhkəmə iclasında MMC-nin vəkili tərəfindən məhkəməyə təqdim edilən könüllü fəaliyyət haqqında müqavilələrə münasibətdə məhkəmə qeyd edir ki, həmin müqavilələr MMC-ni məsuliyyətdən kənarda qoymaq məqsədilə tərtib edilmişdir. Çünki həqiqətən həmin müqavilədə göstərilən işlər görülüb müvafiq ödənişlər və sair olmuşdursa bu vergi hesabatlarında qeyd edilib bununla bağlı məhkəməyə sübut təqdim edilərdi. Lakin məhkəməyə belə bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X15 Xidməti «Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 18, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, 17-ci məhəllə, R.Qəhrəmanov küçəsi, 10A olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20.000,00 (iyirmi min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1004/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1004/2022
27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver