Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1005/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisləri-X3, zərərçəkmiş şəxslər X2 və X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə döngə, bina 139 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərarlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 31.03.2021-ci il tarixli MN seriyalı ******* №li və 31.03.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 05.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, Ceyranbatan ərazisində “Socar” YDM-dən “Kia Optima minik” markalı avtomobil ilə 60 manatlıq benzin vurub pulunu vermədən qaçmışdır; 15.02.2021-ci il tarixdə Sumqayıt şəhəri, Ceyranbatan ərazisində “Socar” YDM-dən 62 manatlıq benzin vurub pulunu vermədən qaçmışdır. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 31.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-1004/2021 və 3(060)-1005/2021 №li işlər bir icraatda 3(060)-1005/2021 nömrə ilə birləşdirilmişdir. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X8 tərtib etdiyi protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 məhkəməyə yazılı ərizəsini təqdim edərək izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona vurulmuş maddi ziyan tam olaraq ödəmişdir. Bu səbəbdən də sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs X6 qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 məhkəməyə yazılı ərizəsini təqdim edərək izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona vurulmuş maddi ziyan tam olaraq ödəmişdir. Bu səbəbdən də sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs X9 qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, 05.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, Ceyranbatan ərazisində “Socar” YDM-dən “Kia Optima minik” markalı avtomobil ilə 60 manatlıq benzin vurub pulunu vermədən qaçmışdır; bundan başqa 15.02.2021-ci il tarixdə Sumqayıt şəhəri, Ceyranbatan ərazisində “Socar” YDM-dən 62 manatlıq benzin vurub pulunu vermədən qaçmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda törətdiyi inzibati xətadan səmimi peşman olmaqla zərərçəkmiş şəxslər X2 və X5 vurulmuş maddi ziyanı ödəməsini və həmin şəxslərin ona qarşı şikayətinin olmamasını nəzərə alaraq həmin inzibati xəta haqqnda protokollar üzrə barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun özünün və protokolu tərtib etmiş şəxsin izahatı ilə yanaşı, iş materiallarında olan cinayət işinin başlanmasının rədd olunması barədə qərarla da sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən, bu Məcəllənin 227-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tam ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsindəki 27 fevral 2020-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 114.1.1-ci və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsindəki 31.03.2021-ci il tarixli MN seriyalı ******* №li və 31.03.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1005/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1005/2021
31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver